“Tozlu-dumanlı, qaranlıq bir fitnə olacaq, bunu digərləri də izləyəcək...” (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 26)
Bu hədisdə isə, Mehdinin çıxışından əvvəl, tozlu-dumanlı, qaranlıq bir fitnənin olacağından bəhs edilir. Fitnə-insanın ağlını və ürəyini birbaşa haqq və həqiqətdən uzaqlaşdıran şeydir, “döyüş, azğınlıq, qarışıqlıq, ixtilaf, münaqişə" kimi mənaları bildirən bir sözdür.* Hədisdə bu fitnənin ardından toz-duman olacağı bildirilir. Həmçinin, bu fitnənin "qaranlıq" kimi xarakterizə edilməsi, haradan gəldiyi naməlum olan, gözlənilməz bir hadisənin olacağına işarə edə bilər.
Buna görə bəhs edilən hədisin, 11 Sentyabr 2001-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Nyu York və Vaşinqton şəhərlərində yaranan, dünya tarixinin ən böyük terror hadisəsi kimi tanınan hücuma işarə edə bilər. Televiziya ekranlarında və qəzetlərdə göstərildiyi kimi, bu iki böyük terror hadisəsindən sonra böyük bir toz buludu və duman ətrafı bürümüşdü.
Nyu Yorkda Dünya Ticarət Mərkəzinə və Vaşinqtonda Pentaqon binasına dəyən təyyarələrin yanacaqlarının səbəb olduğu partlayışları nəticəsində böyük bir duman yaranmış və bu duman bütün şəhərdən və hətta ətraf şəhərlərdən görünəcək dərəcədə yüksəlmiş və yayılmışdır. Partlayış nəticəsində çökən binalar isə, daha da böyük bir duman buludunun əmələ gəlməsinə səbəb olmuşdur, hətta ətrafdakı insanların üstləri tamamilə toza bulaşmışdır.
Bu hadisə, həm dünya tarixinin ən böyük terror hücumlarından biri olmağı, həm digər əlamətlərlə yaxın dövrlərdə baş verməyi və üstəlik hədisdə bildirilən hadisələrə bənzədiyinə görə olduqca əhəmiyyətlidir. Xülasə minlərlə günahsız insanın ölümünə və yaralanmasına səbəb olan, insanlıq tarixinin ən faciəvi terror hadisələrindən biri, hədisdə xəbər verilən və Mehdinin çıxış əlamətlərindən biri olaraq bildirilən "tozlu-dumanlı, qaranlıq fitnə" ola bilər.