BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Laxdar Brahimi (Lakhdar Brahimi) Şam rejimi tərəfindən təxminən 600 gündür ki, mühasirə altında olan və heç bir köməyin edilə bilmədiyi Homsda insanlıq dramı yaşandığını bildirir.
Bir milyon əhalisi olan şəhərin müxaliflərin nəzarətində olan 13 məhəlləsi mühasirə ilə yanaşı iki ilə yaxındır ki, bombardımana məruz qalır. Bu günə qədər həmin ərazidə olan mülki vətəndaşların sayının 1500-dən çox olduğu təxmin edilir. Mühasirədə olan 4 min nəfərin təcili olaraq dərman və qida yardımına ehtiyacı olduğu bildilir. http://tr.euronews.com/2014/01/26/cenevre-den-humus-a-insani-yardim-umudu/ WFP (Beynəlxalq Qida Proqramı) Suriya müdiri Hollingworth bölgədəki vəziyyəti, "Heç kim özünə, uşaqlarına və ailələrinə yemək tapa bilmir. İnsanlar acından ölməmək üçün ətrafdan topladığı yabanı otları yemək məcburiyyətində qalır.. Bölgə tamamilə dağılmış vəziyyətdədir” deyə bildirir. http://www.zaman.com.tr/suriye_humusta-insanlik-oluyor_2199371.html
Cenevrədə aparılan danışıqlarda Suriya höküməti və müxalif qruplar arasında qadınların, 55 yaşdan yuxarı kişilərin və 15 yaşından aşağı uşaqlar başda olmaqla vətəndaşların şəhərdən çıxmalarına icazə verilməsi və bölgəyə humanitar yardımların çatdırılması barədə razılıq əldə olundu. 7 fevraldan 16 fevrala qədər 1.100 nəfər bölgədən artıq çıxarılıb. Digər tərəfdən də BMT nümayəndələri 20 ayda ilk dəfə bölgəyə daxil olaraq ehtiyacı olanlara təcili yardımlar çatdırırlar. Bundan başqa bölgədən çıxarılma əsnasında rejim tərəfindən həbs edilən 300 nəfərin 190-ından hələ də xəbər yoxdur.
BMT və müxalifət nümayəndələri sadəcə Homs və bir neçə günlük insani koridorun tətbiq edilməsinin açılan yaralara məlhəm olmayacağını bildirir. Müxalifətdən Munzer Akbik “Şamın şərqində, Şərqi Qutada mühasirə altında yüzminlərcə insan var. Bu insanlar mühasirədədirlər və aclıq çəkirlər. Bir çox yerdə vəziyyət bu şəkildədir. Homsdaki vəziyyət sadəcə müvəqqətidir. Biz istəyirk ki, beynəlxalq humanitar qaydalar bütün ölkə ərazisində tətbiq edilsin” qeyd edərək vəziyyətin ağırlığını bildirir. http://tr.euronews.com/2014/02/07/kusatma-altindaki-humus-a-insani-yardim-goturulmesine-izin-verildi/
Suriyada hər on nəfərdən biri yardıma möhtacdır. BMT Fövqəladə Hallar kordinatoru Valeri Amos Suriyadakı vəziyyətin getdikcə pisləşdiyini və ölkədə təcili humanitar yardıma ehtiyacı olan insanın sayının 9 milyon 300 minə çatdığını bildirir. http://www.dw.de/her-on-ki%C5%9Fiden-d%C3%B6rd%C3%BC-yard%C4%B1ma-muhta%C3%A7/a-17204269 UNHCR, Suriya üçün 6,5 milyard dollar rekord məbləğındə yardıma səslədi, ancaq bu məbləğ toplana bilmir. http://www.unhcr.org.tr/?content=417
Dünya ölkələri Suriyada ölüm və yaralanmaları durdurmaq əvəzinə, yarası olanlara kömək edə bilərikmi düşüncəsini yaymağa çalışırlar. Bu təşəbbüslər nəticəsiz və yetərsiz olduğu kimi, dərdlərə də dərman olmur.
Belə ki, Avstaliya, İordaniya ve Lüksemburqun hazırladığı, Suriyada bütün bölgələrə fasiləsiz yardım çatdırılmasını nəzərdə tutan qərar layihəsi BMT-nin Təhlükəsizlik Şurasında müzakirə edilməyə başlanılsa da, Rusiya bu təklifi veto edəcəyini açıqladı.
Göründüyü kimi, müsəlman torpaqlarındakı problemlər nə BMT, nə də digər təşkilatlar tərəfindən həll edilə bilmir.
Digər tərəfdən müharibə bütün acmasızlığı ilə davam edir. İngiltərə mərkəzli Suriya İnsan Hüquqları İzləmə təşkilatı son 3 həftə ərzində ölkədə həyatını itirən vətəndaşların sayının Cenevrə 2 müzakirələrindən sonra daha da çox olduğunu bildirdi. Gün ərzində orta hesabla 230 nəfərin həlak olduğunu bildirən insan hüquqları təşkilatı müzakirələrin başladığı yanvar ayının sonundan etibarən 4 min 959 nəfərin öldüyünü bildirdi. BMT 3 ildir davam edən müharibə dövrü ərzində 136 mindən çox olduğu düşünülən ölü sayının gələn məlumatların düzgün olmadığından yenilənməyəcəyini elan etdi. http://www.zaman.com.tr/dunya_suriyede-olenlerin-sayisini-artik-aciklamayacak_2192032.html
Həll yolu İslam dövlətlərinin birliyidir
Sadəcə Suriyada deyil, Yaxın Şərqin bir çox bölgəsində Afrikada, Asiyada, onlarca İslam ölkəsində böyük acılar yaşanır. Ölümlər, əlverişsiz həyat şəraiti, yaralanmalardan əlavə məcburi köçkün fəlakəti da yaşanır.
Bütün bu problemlər üçün insani koridorlar açmaq, qısa müddətli atəşkəslər elan etmək və ya çökmüş bir sistəmə davamlı olaraq maddi yardım toplamağa çalışmaq əsla həll yolu deyil. Ölkələrin özlərini təmin edəcək şəraiti təmin etmədən daima yardım toplamaq ağıllı həll yolu deyil.
Məsələn, bir Afrika ölkəsində aclığı bu ay həll etsək, növbəti ay yenə aclıq olacaq. Suriyada bir məhəlləyə kömək etsək, müharibə davam etdiyi üçün sabah o məhəllədə yenə insanlıq dramı yaşanacaq və acılar digər məhəllələrə də yayılacaq.
Bütün bu problemləri həll etməyin yolu müsəlman dövlətlərin Avropa Birliyi kimi bir Birlik qurmalarıdır. 57 İslam ölkəsini əhatə edəcək bu Birlik öz daxili problemlərini təcili olaraq həll etmək imkanına malik olacaq. Bu birlik İslam ölkələrində sülh və təhlükəsizliyi təmin etməkdən əlavə dünya səviyyəsində ehtiyac içində olan hər bölgəyə də yardım edəcək bir ruha sahib olacaqdır.
Cənab Adnan Oktarın Daily Maildə yayımlanan məqaləsi: