ADNAN OKTARIN KAHRAMANMARAŞ AKSU TV-DƏKİ CANLI REPORTAJI (DEKABR 2010)
ADNAN OKTAR: "Dedilər ki: "Öldüyümüz, bir torpaq və bir sümük olduğumuz zaman, həqiqətən biz mi dirildiləcəkmişik?" 82-də küfr əhli deyir. "And olsun, bu təhdid, bizə və bizdən əvvəlki atalarımıza edilmişdi; bu, keçmişlərin uydurma nağıllarından başqa bir şey deyildir" deyirlər. "Bu təhdid, bizə və bizdən əvvəlki atalarımıza" yəni " bu, onsuzda qədim dinlərdə də vardır " deyirlər, yəni "ölüm, ölümdən sonra dirilmə; biz buna inanmırıq." Deyirlər. "Bu, keçmişlərin uydurma nağıllarından başqa bir şey deyildir." "Bunlar bir əfsanədir" deyirlər, "yəni belə qədim mifoloji məlumatlardır. Buna görə əfsanədir. Bunların bir həqiqəti yoxdur" küfr əhli, tüğyan deyir. "De ki: "Əgər bilirsinizsə (söyləyin:) Yer üzü və onun içində olanlar kimindir?" Yəni "yer üzü və içində olanlar kimindir?" "Allahındır" deyirlər. "Amma" deyir, "mən Allahı qəbul edirəm; dini qəbul etmirəm" deyir. Elə tiplər də vardır. İndi Quran ona diqqət çəkir. "Allahındır" deyəcəklər. De ki: "Yenə də öyüd alıb-düşünməyəcəksinizmi?" "De ki: "Yeddi göyün Rəbbi və böyük Ərşin Rəbbi kimdir?" Yəni "göyü kim yaratdı? Ərşi kim yaratdı?" deyir. "Allahındır" deyir yenə, "Allah yaratdı" deyir. "De ki: "Yenə də çəkinməyəcəksinizmi?" deyir Allah. "De ki: "Əgər bilirsinizsə (söyləyin:) Hər şeyin mələkutu (mülk və rəhbərliyi) kimin əlindədir? Ki O, qoruyarkən Özü qorunmur." Allah, hər kəsi qoruyur, amma Özü qorunmur. Allah Müstağni olduğu üçün, güc sahibi olduğu üçün. "Allahındır" deyəcəklər. De ki: "Elə isə necə olur ki, belə" baxın, diqqət yetirin "ovsunlana bilirsiniz?" deyir Allah. Dəccaliyyətə diqqət çəkir. Dəccal caduyla bunu əldə edir. Çünki bax, Allahın varlığına hər kəs əmindir, inanırlar. "Allah var, amma din yoxdur" deyir. Allah varsa, var olduğuna görə, hər şey bir səbəblə yaradılmışdır. Qələm qələmlik edir. Stəkan stəkanlıq edir. Masa masa üçün lazımdır. Ayaqqabı, ayaqqabı lazımdır. Pencək, ehtiyac olduğu üçün. Kitabların məqsədi var. Hərflərin məqsədi var. Hər şeyin bir məqsədi var. O zaman yaradılışın necə məqsədi olmur? Necə dünyanın bir məqsədi olmur, deyilmi? Yəni çünki məqsədsiz heç bir şey yoxdur. Hamısını sayır adam, bir milyard saydırsan, adam sənə sayar. Bunun bu məqsədi var, bunun bu məqsədi var; hamısını söyləyər. Yaxşı, dünyanın necə məqsədi olmur? Bax, deyir ki Allah; "elə isə necə olur da ovsunlanırsınız?" deyir Allah, "niyə bu cadunun təsirindəsiniz?" Axırzamanda indi insanlar dəccaliyyətin etdiyi cadunun təsirindədirlər. "Sehr, hipnoz və ruh çağırma növündən" deyir, "fövqəladə möcüzələrə məzhər olan dəccal isə" deyir "daha irəli gedib, cabbaranə suri hökumətini bir cür ağalıq qəbul edərək" yəni "özünü ilah olaraq göstərərək ilahlığını elan edər" deyir. Yəni "Allah mənəm deyər" deyir, haşa. "Xeyr, Biz onlara haqqı gətirdik, ancaq onlar həqiqətən yalançıdırlar." Çünki darvinizm, materializm və mürtəcelik, mövhumatçılıq ancaq yalançılıqla hökm sürür. Diqqət yetirsəniz, mövhumatçı və mürtəcelər, xurafatçılar həmişə yalan danışırlar. Münafiqlər həmişə yalan danışır, küfr həmişə yalan danışır. Başqa cür gedə bilməzlər. Baxın, küfr yalan danışır. Darvinist və materialistlər; yalan danışdıqlarını isbat edirik, deyilmi? Münafiqlər; onsuz da bütün üslubları yalan üstünə qurulur. Xurafatçılar, müşrik dəstəsi; onlar da yalançıdırlar, həmişə yalan danışırlar. Onları da isbat edirik, görürsünüz.
"De ki: "Rəbbim, əgər onlara vədolunan (əzab)ı mütləq mənə göstərəcəksənsə, Rəbbim, bu vəziyyətdə məni zülm edən qövmün içində buraxma." Bax, Qiyamət qopacaqsa, böyük bir fəlakət gələcəksə, nə deyir? "Rəbbim, bu vəziyyətdə məni zülm edən qövmün içində buraxma." "Məni ayrı tut." Ayrı tutmayınca nə olur? Məsələn, Mehdi (ə.s) var, ayrı tutmayınca nə olur? Qiyamət dayanır. Qiyamət hərəkət halındaykən, dünyanın üstünə doğru gələrkən birdən dayanır. Soruşursan qiyamətdən; "niyə dayandın?" deyirsən. "Mehdi (ə.s) var" deyir. Mehdi (ə.s) getdikdən sonra qiyamət irəliləyə bilir. Hz. İsa Məsih (ə.s) getdikdən sonra irəliləyə bilir. Ondan sonra qiyamət dünyanın üstün çökür, inşaAllah. "Həqiqət budur ki, Biz, onları təhdid etdiyimiz şeyi şübhəsiz, sənə göstərmə gücünə sahibik. Pisliyi ən gözəl olanla uzaqlaşdır; Biz, onların xarakterizə etdiklərini ən yaxşı bilənik" deyir Allah. Yalan danışırlar, fırıldaqlıq edirlər, saxtakarlıq edirlər.
Məsələn, bax, burada açdıq; dəccaliyyət var və mehdiyyət var. Adam deyir ki; "dəccaliyyət haradadır?" Sənin gözün kordursa, mən nə edim? Sən Qurana baxmırsan ki. "Dedilər ki: "Öldüyümüz, bir torpaq və bir sümük olduğumuz zaman, həqiqətən biz mi dirildiləcəkmişik?"" Bunu kim söyləyir? Dəccaliyyət söyləyir. "Xeyr; onlar, keçmişdəkilərin söylədiklərinin bənzərini söylədilər" Allah deyir. Məsələn, müsəlmanlığı, Quranı, İslamı adam necə qiymətləndirir? "Mifoloji bir məlumat" deyir "bu" deyir. Marksizm, leninizm necə söyləyir? "Mifologiya" demirmi İslam üçün? Quran da eynisini söyləyir. Marksizm, leninizm, darvinizm, materializm nədir? Dəccaliyyətdir. Quran dəccaliyyəti izah edir və "ovsunlanmışlar" deyir Allah, "cadu edir" deyir. "İnsanlar cadunun təsirinə girdi" deyir. Müsəlmanlara, İslama uyanlara, dünyadakı insanlara Allah səslənir. "Elə isə necə olur da ovsunlanırsınız?" deyir Allah, "cadunun təsirinə girirsiniz?" deyir. "Dəccalın cadusuna etiraz edin" deyir Allah, "müqavimət göstərin" deyir, " cadunun təsirindən çıxın" deyir. Bax, "bu təhdid, bizə və bizdən əvvəlki atalarımıza edilmişdi; bu, keçmişlərin uydurma nağıllarından başqa bir şey deyil." Aç materialistlərin, marksistlərin kitablarını; eynisi, sözü sözünə belə. Eynisini söyləyirlər. Nə deyirlər? "Qiyamət təhdidi keçmiş dövrlərdə, ən qədim tarixi dövrlərdə də həmişə mifoloji bir hadisə olaraq işlənmişdir. Bu mifologiyadan gələn bir uydurmadır. Belə bir şey yoxdur." deyir adam.
ALTUĞ BERKER: Mehdiyyətə "İsrailiyyat" deyir.
ADNAN OKTAR: "O da İsrailiyyatdır." Yəni çox ağılsızdırlar. İsrailiyyat, onsuz da İsrailiyyat olması mehdiyyətin doğruluğunu göstərər. Çünki, Quran onsuz da İsrailiyyata göndərmə edir. Nəyə? Tövrata və Zəbura göndərmə edir. Quran göndərmə edir. Allah göndərmə edir. Orada onsuz da mehdiyyətdən bəhs edilir.