Ənbiya surəsi, 63-56 (Məsləhətə görə bəzi kəslər hz. Mehdi (ə.s)-dan bəhs etməyə bilərlər, amma şəxs-i mənəvi deyənlərin hamısı Mehdi (ə.s)-ın şəxs olduğunu bilir)
ucgen

Ənbiya surəsi, 63-56 (Məsləhətə görə bəzi kəslər hz. Mehdi (ə.s)-dan bəhs etməyə bilərlər, amma şəxs-i mənəvi deyənlərin hamısı Mehdi (ə.s)-ın şəxs olduğunu bilir)

2160

Hörmətli Adnan Oktarın Kaçkar TV-dəki canlı reportajı (1 dekabr 2010)

 

ADNAN OKTAR: Tək İbrahim (ə.s) çox yamandır, bəzi insanlar vardır, məsələn, mübarizə aparar, amma avamca və ağılsızca edər. İbrahim (ə.s)-ın hər yerindən ağıl axır, maşaAllah. "'Xeyr" dedi", baxın yalan danışır, buna məsləhət deyilir. Bu yalan deyil. "Xeyr" deyir, halbuki, o qırmışdır. Doğru söyləməsi günahdır, haramdır burada, yalan danışması lazımdır. "Xeyr" dedi. "Bu etmişdir, bu onların böyükləridir, əgər danışa bilirsə ondan soruşun", deməli, bütü alçaltmaq, hörmətdən salmaq ağıllı bir metodla edilməlidir və məsləhət yalan deyil, ağıllı olmaq lazımdır. "Bunun üzərinə öz vicdanlarına baş vurdular. "Həqiqət budur ki, zalım olanlar sizlərsiniz" dedilər", (Ənbiya surəsi, 64) yəni özlərinin zalım olduqlarını anlayırlar. Deməli, təbliğ edilərkən, məsələn, biz deyirik ki; mehdiyyət şəxsdir. Biz bunu izah etdiyimizdə bunu anlamayan heç kim qalmır, hər kəs anlayır. İnad etmələri əhəmiyyətli deyil, vicdani olaraq həqiqətən zalım olduqlarını özləri başa düşürlər. Yəni "zalımlıq edirik, həqiqətən dürüstlük etmirik" deyirlər. Amma bir qismi də təbii ki, məsləhət məqsədiylə yalan danışır. Onlara mən bir şey demirəm, taktika olaraq Mehdi (ə.s)-ın rahat fəaliyyət göstərə bilməsi üçün mehdiyyəti gündəmə gətirməyə bilərlər. Yəni "şəxs-i mənəvidir" deyib bağlayıb, Mehdi (ə.s)-ın yolunu, üsulunu genişlətmək, ona zəmin hazırlamaq üçün ledüni bir məsləhət, yalan söyləyə bilərlər. Söyləyirlər də necə ki, bunu bilirəm, belə olduğunu bilirəm. Çünki açıqca desələr; "Bəli bu Mehdi (ə.s)-a işarə edər". İnsanlar deyəcəklər; "Mehdi (ə.s) haradadır?" O  zaman "mənim imamım Mehdi (ə.s)-dır" deyəcəklər, qarmaqarışıq bir mühit olacaq deyə düşünürlər. Elə də düşünülə bilər, yəni mən onu ayıb saymaram. Amma şəxs-i mənəvi deyənlərin hamısı Mehdi (ə.s)-ın şəxs olduğundan əmindirlər, onu söyləyə bilərəm. Yəni Mehdi (ə.s)-a şəxs-i mənəvi deyib, Mehdi (ə.s)-ın şəxs olduğunu bilməyən heç kim yoxdur, hamısı bilir. Amma özlərinə görə bir qismi 5-10 nəfər saxtakarlığından söyləyir, mən onları söyləyirəm. Yoxsa böyük hissəsi yaxşı niyyətlə edir.

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo