İnsanların əksəriyyəti bir vaxtlar özləri kimi normal yaşayan milyonlarla qaçqının kədərinə laqeyd qaldıqları üçün vəziyyət daha da pisləşir. Dünyanın hər tərəfində davam edən qarşıdurmalar və yoxsulluq hər gün daha çox insanı qaçqın və köçkün vəziyyətinə salır.
Məsələn, dünyadakı bir çox insanın nəzərindən qaçmış ola bilər, ancaq 2017-ci ilin sentyabr ayında Demokratik Konqo Respublikasının səlahiyyətli şəxsləri etiraz aksiyası keçirən brundili qaçqınların üzərinə atəş açdı və on yaşında bir qız uşağı da daxil olmaqla 39 nəfəri öldürdü. Brundili qaçqınlar ölüm təhlükəsi ilə qarşı-qarşıya qaldıqları ölkələrinə geri qayıtmaq istəmədikləri üçün etiraz aksiyası keçirirdilər. Dünya olanlara səssiz qaldı.
Qaçqınlara düşmən münasibəti ilə məşhur olan Macarıstan miqrantların sistematik şəkildə həbs edilməsinə icazə verən yeni qanun qəbul etdi. Yeni qanun qüvvəyə mindikdən sonra uşaqlar da daxil olmaqla yeni qaçqınlar konteynerlərdə qalmağa məcbur edilirlər. İnsanlaryenə bu hala biganə qaldı.
Daha sonra Uqandaya sığınan çox saylı cənubi sudanlı qaçqının ərzaq çatışmazlığına görə evlərinə qayıtmağa məcbur edildikləri xəbəri gəldi. Oliver Vani onlardan biri idi və cənubi Sudanda öldürüldü. Çox vaxt qaçqınlar ölkələrinə geri qaytarıldıqda bu baş verir. Labüd olaraq bu sual gündəmə gəlir: qaçqınları öldürülmə təhlükəsi ilə qarşılaşacaqları ölkələrinə geri göndərməyə çalışanların halı necədir? Qoy buna vicdanınız cavab versin.
Bu günlərdə Avropa İttifaqı Liviya üzərindən Avropaya gəlməyə çalışan Səhraaltı Afrika qaçqınlarını ölkələrinə geri göndərmək üçün Liviya rəsmiləri ilə birlikdə iş aparır. Ancaq bu insanların geri göndərilməsi ən yaxşı halda qorxunc Liviya həbsxanalarına atılmaları, ən pis ehtimalla işgəncə və ya təcavüzə məruz qalmaları, zorla işlədilmələri, kölə edilmələri və ya öldürülmələri mənasına gəlir. BMT-nin insan haqları üzrə komissarı Zeyd Raad əl-Huseyn bununla bağlı aşağıdakı xəbərdarlığı etdi: "Beynəlxalq cəmiyyət Liviyadakı qaçqınların məruz qaldığı dəhşətli vəziyyətə göz yummağa davam edə bilməz və ya bu vəziyyətin həbs edilmə şəraitini yaxşılaşdırmaqla həll ediləcəyinə inanmış kimi davrana bilməz. Liviyada həbs edilən köçkünlərin çəkdiyi əzablar bəşəriyyətin vicdanını yaralayır (...) Avropa İttifaqının Aralıq dənizindəki miqrantları tutub geri göndərmək üçün Liviya Sahil Təhlükəsizliyinə kömək etmə siyasəti insanlığa sığmır".
Bu bir neçə nümunədən göründüyü kimi, təhlükədən qaçan insanlara yardım etmək həyati əhəmiyyət daşıyır. İndi vəziyyəti qaçqınları qonaq etməkdə bir qədər istəksiz olan Avropanın nöqteyi nəzərindən görməyə çalışaq.
Avropaya gözəl, köklü və müasir mədəniyyət, yüksək rifah səviyəsi hakimdir. Bu nizam və mədəniyyətin çox fərqli mədəniyyətlərə malik və xüsusən çox yaxşı təhsil almamış insanlardan mənfi təsirlənməsi mümkündür. Təəssüf ki, bu səbəbdən Avropanın ehtiyatlarını əzab çəkən milyonlarla insanla bölüşməkdən narahat olanlar var. Həmçinin terrorçuların qaçqın adı altında ölkələrinə sızmasından ehtiyat edənlər var.
Lakin bu səbəblərdən heç biri və ya hər hansı başqa səbəb milyonlarla qadın, uşaq və insanın təhlükəyə atılmasına haqlı bəhanə ola bilməz. Unutmayaq ki, bu insanların çoxu köməyimiz olmadığı təqdirdə ölüm, aclıq, işgəncə və cinsi zorakılıqla qarşı-qarşıya qalacaqlar. Unudulmamalıdır ki, qısa müddət əvvəl milyonlarla avropalı eyni vəziyyətdə idi. II Dünya Müharibəsinin səbəb olduğu dağıntı nəticəsində çarəsiz vəziyyətdə özlərinə kömək edəcək yardım əli tapmağa çalışırdılar.
O halda Avropa bu dilemmanı necə həll edə bilər və bu mərhələdə mədəniyyətini necə qoruya bilər? Lazımi resurslar və idarəçilik olduğu təqdirdə bunu etmək çətin deyil. Nəticədə Avropa II Dünya Müharibəsinin səbəb olduğu tənəzzülə baxmayaraq, özünü əvvəlkindən daha yaxşı qurmağı bacaran bir qitədir.Avropanın iqtisadi gücü, idarəetmə bacarığı və təcrübələri nəzərə alındıqda qaçqınlara yardım etmək çox da böyük problem olmayacaq.
Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerın 2015-ci ildə açıqladığı kimi, problemin kökü "insanlıq və insan ləyaqəti məsələsidir... Məsələni bu perspektivdə qiymətləndirməliyik... Bu qaçqınlar Avropa İttifaqı əhalisinin 0,11%-ini təşkil edir. Livanda isə qaçqınlar əhalinin 25%-ini təşkil edir".
Belə ki, Livan və Türkiyə həm Avropa ölkələrinin ərazilərindən daha kiçik əraziyə malikdir, həm də Avropadan daha kasıb ölkələrdir. Türkiyə 3,5 milyondan çox suriyalını himayə edir, Livan 1,5 milyona yaxın suriyalıya ev sahibliyi edir. Bundan başqa, Avropada bir çox ölkənin uğurla həyata keçirdiyi strategiya olan qaçqınların məskunlaşmasında istifadə edilə bilən geniş boş ərazilər var.
Məsələn, Uqandanı götürək. Öz evlərini inşa edə bilsinlər deyə qaçqınları kənd təsərrüfatı əraziləri və xammalla təmin edir. Tədqiqatlar göstərir ki, bu ailələrin yerli iqtisadiyyata verdiyi xeyir ərazi verilməmiş olanlara nisbətən ildə 220 dollar daha çoxdur. Tədqiqatlarisə Dünya Ərzaq Proqramından nağd pul alan hər bir qaçqın üçün yerli iqtisadiyyata töhfənin 1100 dollardan çox olduğunu göstərir. İtalyan jurnalist Beppe Severgnininin NYT-da dərc etdirdiyi məqaləyə görə, İtaliyada köçkünlərin məskunlaşması üçün istifadə edilə bilən xeyli miqdarda torpaq var.
Biz müxtəlifliyin şükür ediləcək bir nemət olduğunu xatırlamalıyıq. Dünyada tək bir irq və ya etnik qrup olsa idi, həyatın nə qədər sıxıcı olacağını düşünün. Yaxşı ki, belə deyil və dünyamız onu bölüşə və birlikdə zövq ala biləcəyimiz fərqli mədəniyyətlər, dillər və rənglərlə zəngindir.
Əlbəttə, bunlar qalıcı həll yolları deyil. Amma əxlaqi vəzifə olaraq düşünməli olduğumuz addımlardır. Əsl həll yolu bu yoxsul xalqların torpaqlarını etibarlı, rahat və müasir hala gətirməkdir. O zaman heç kim bilinməyən yerlərənəticəsi məlum olmayan səyahətlər etmək üçün anadan olduqları əraziləri tərk etmək məcburiyyətində qalmayacaq.
Adnan Oktarın “The Pioneer”-da (Hindistan) yayımlanan məqaləsi:
http://www.dailypioneer.com/columnists/oped/returning-to-the-unknown.html