MÜSƏLMANIN HƏR DƏQİQƏ, HƏR SAAT DÜŞÜNƏCƏK MƏLUMATLAR
ucgen

MÜSƏLMANIN HƏR DƏQİQƏ, HƏR SAAT DÜŞÜNƏCƏK MƏLUMATLAR

1091

“... Rəbbini çox yad et və səhər-axşam Onun şəninə təriflər de.” (Ali-İmran Surəsi, 41)

 

“Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma.” (Əraf Surəsi, 205)

 

“...Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır.”(Rəd Surəsi, 28)

 

İman edən bir insan Allahın Quran ilə insanlara bildirdiyi həqiqətlərə könüldən inanmış, bütün həyatını bu həqiqətləristiqamətində yaşamağa qərar vermiş deməkdir. Allahdan başqa bir güc olmadığına, taleyin, hesab gününün, cənnətin və cəhənnəmin haqq olduğuna, dünya həyatının bir imtahan yeri olduğuna və hər insanın Quran əxlaqını ən mükəmməl şəkildə yaşamaqla məsul olduğuna qəti qərara gəlmişdir. Bu imanı nəticəsində bir insan, bütün həyatı boyunca artıq Quran ilə bildirilən bütün bu həqiqətlərin şüurunda olaraq bir həyat sürər. Hər anını bu məlumatlar işığında, Allahın ən razı olacağı əxlaqı göstərərək keçirər.

Ancaq yenə də insanın, “necə olsa mən bütün bu həqiqətləri bilirəm, bütün bunlara könüldən inanıram” deyərək, bu mövzular üzərində dərin düşünməyi bir kənara buraxmaması lazımdır. İnsanın səhər yuxudan oyandığı andan etibarən, gün boyunca dərhal hər saat, hər dəqiqə ağlından bütün imanı həqiqətləritəkrar düşünməsi ona çox daha üstün bir əxlaq qazandırar. Allaha olan sevgisini, Allah qorxusunu, hər şeyin Allahın idarəsində olduğunu bilməsindən qaynaqlanan təvəkkülünü, özünün isə Allahın yaratdığı və Onun hakimiyyəti altında hərəkət edən aciz və möhtac bir varlıq və yalnız Allahın yaratdığı bir görünüşdən ibarət olduğunu dərhal hər dəqiqə yenidən düşünməlidir. Dünya həyatının çox qısa olub çox sürətlə tükəndiyini, insanın sürətlə yaşlanmağa doğru getdiyini, gənc, yaşlı demədən ölümün insan üçün an məsələsi olduğunu, hər hadisənin insanın sınanması üçün yaradıldığını, əsas Allahın razılığını və sonsuza qədər Rəbbimizin sevgisini qazana bilməyi, axirəti, müsəlmanlarla orada sonsuz bir birlik içində yaşamağı məqsəd qoyduğunu özünə tez-tez xatırlatmalıdır. Müsəlmanları niyə sevdiyini, Allahın “Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir...” (Saff Surəsi, 4)ayəsi ilə xatırlatdığı kimi, bütün müsəlmanların, sanki tək bir bədən kimi bir-birlərinin parçası; ən yaxın dostları və vəlisi olduğunu düşünməsi çox əhəmiyyətlidir.

Bütün bu həqiqətləribilmək və bunlara inanmaq qədər, bunları tez-tez yenidən düşünmək, dərinləşdirmək ya da zikr etmək də müsəlmanın həm əhəmiyyətli bir məsuliyyəti həm də özünü daha gözəl bir əxlaqa çatdıracaq çox əhəmiyyətli bir vəsilədir.


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr