Əvvəllər müsəlman, hazırda isə İslam əleyhdarı Ayan Hirsi Əli İslama qarşı olması ilə məşhur oldu. Somalidə anadan olan Hirsi Əlinin uşaqlıq illəri çətin keçib. Qadın sünnətinə məruz qalıb və zorla evləndirilib. Daha sonra Hollandiyaya sığınacaq üçün müraciət edib və mövcud olduğu çətin şərait nəzərə alınaraq iki həftə kimi qısa bir müddətdə sığınacaq tələbi qəbul edilib. Hirsi Əlinin mənfi yöndə dəyişməsi də o vaxtdan başladı…
Qərb cəmiyyəti ilə tanış olması ilə birlikdə Hirsi Əli ismini, xarici görünüşünü, inancını dəyişdirdi və “İslam əleyhinə olan sadiq obraz” rolunu öhdəsinə götürmək üçün hər şeyi rədd etdi. Təbii ki, müsəlmanlar arasında gərginliyi artırmaq üçün hər fürsətdən istifadə edən İslam əleyhdarları tərəfindən isti qarşılandı. Belə ki, miqrasiya əleyhinə siyasi partiya daxilində Hollandiya parlamentinə qəbul edildi, kitab müqavilələri bağladı, CNN-ə çıxdı, «Time» jurnalında yazdı və 2005-ci ildə «Time» jurnalı tərəfindən ən təsirli 100 nəfər içində göstərildi.
Bəs müsəlmanlara və İslama qarşı belə bir düşmənçiliyi olmasaydı, Hirsi Əli bunları edə bilərdi? Bu müzakirə ediləcək bir mövzu olsa da əslində cavabı çox açıqdır. Təbii ki xeyr!
Əslində bu yeni hal deyil. Dünyada məhdud imkanlı bölgələrdəki insanlar arasında rast gəlinən, bilinən yolu seçdi. Bu kimi insanlar yeni şəraitlərinə çarəsiz şəkildə adaptasiya olmağa çalışarkən əvvəlki həyatlarını, inanclarını və mədəniyyətlərini təqsirləndirirlər. Ağıl və vicdan olmadan, yaxşı ya da pis demədən qərb dəyərlərinə həvəslənib, keçmişlərindəki hər şeyə lənət edə bilirlər. Onları məşhur edən də çox vaxt bu kimi davranışlarıdır. Bu, gözlənilmədən var-dövlətin də qapısını açır ki, bu ya kitab müqavilələri ya da siyasi kariyera formasında olur.
Bu meyilliliyin başqa bir nümunəsi olaraq görünən Hirsi Əli İslamafobik çevrələrin gözləntilərini qarşıladı və tələsik İslamla bağlı dəhşətli hekayələr danışmağa başladı. Hətta daha da irəli gedərək hazırda dünyada gördüyü bütün yanlışlar üçün İslamı qınadı. İslamda olduğu iddia etdiyi şeylərin ənənə və xurafatlardan qaynaqlandığını bilməsinə baxmayaraq, dürüst davranmadı. İslam nifrətinə özünü o qədər inandırdı ki, bir vaxtlar özü də miqrant olmasına baxmayaraq, qaçqınların, məzlum insanların Avropaya girişini məhdudlaşdıran miqrantların əleyhinə olan siyasətləri dəstəkləməkdən çəkinmədi.
Hirsinin bu məqalənin mövzusu olmasının səbəbi bəllidir. Mediada çox yer alır və insanların yanlış məlumatlandırılmasına səbəb olur. Dolayısilə, Hirsinin İslam haqqındakı xətalarına və aldatmacalarına aydınlıq gətirmək lazımdır.
1- Hirsi İslamda qadınların təzyiq gördüyünü iddia edir. Bir çox müsəlman ölkəsində qadınların çətinliklərlə üzləşdiyi doğrudur. Ancaq müsəlman dünyasındakı bu problemin mənbəyi Quranın nazilindən sonrakı əsrlərdə uydurulmuş saxta hədis və xurafatlardır. İslam qadınlara əsl hörməti və dəyəri verir. Məsələn, boşanma zamanı Allah qadınların qayğısına qalmağı və ehtiyac içində qoyulmamasını əmr edir. Yaxud da əri ilə ziddiyyət təşkil edən ifadələr olduğu zaman qadının sözü ərinin sözündən əvvəl gəlir. Quranda hz. İsanın anası hz.Məryəm təkcə qadınlar üçün deyil, bütün insanlıq üçün nümunə olaraq göstərilmişdir. Allah qadın və kişiyə bərabər məsuliyyət verir və hər ikisinə də eyni mükafatı vəd edir. [i]
2- Hirsi İslamda şiddət olduğunu idda edir ki, bu da xətalıdır. Şiddət iddiası Quranın nazilindən sonra ortaya çıxan xurafatlara əsaslanır. Uydurma hədislər şiddət üçün bəhanə axtaranlara mənbə olub. Əslində Allah bütün insanlıq üçün sülh və sevgini əmr edir, şiddət və düşmənçiliyi qadağan edir. «Yunis» surəsində bidirildiyi kimi, «Allah əmin-amanlıq yurduna çağırır» (10/25). İslamda zorakılığa yer yoxdur və İslam adı altında ortaya çıxan radikalların hərəkətləri bu həqiqəti dəyişdirmir.[ii]
3- Stereotip yanaşma ilə Hirsi İslamı pisləməyə çalışarkən «cihad» sözündən istifadə etmişdir. Çox yayılmış inancın əksinə olaraq, «cihad» sözü əslində «cəhd etmək» mənasını verir. Fiziki olaraq müharibədə «kıtal» sözündən istifadə edilir. Qurana görə müharibə əl atılacaq ən son yoldur və kıtala, ancaq müdafiə məqsədilə icazə verilə bilər. Radikalların cihad sözünü yanlış istifadə etmələri bu sözün nə doğru, nə də İslamın bir parçası olduğunu gəstərir.[iii]
Hirsinin iddialarının əksinə olaraq, İslam həqiqi demokratiyanı, söz azadlığını və dünyəvi dövləti dəstəkləyir. İnsanları ən gözəl şəkildə doğru yola dəvət etmələri bildirilir və seçimi onlara buraxmaq əmr edilir.
… Kim istəyir inansın, kim istəyir inanmasın.”… (Kəhf surəsi, 29)
... Sən onları məcbur edən deyilsən… (Qaf surəsi, 45)
Qərb mediası onu bir «qəhrəman» olaraq təqdim etsə də Hirsi vicdan azadlığı, söz azadlığı, insanlıq şərəfi, hörmət və qoruma kimi qərb dünyasının təmsil etdiyini «iddia etdiyi» hər şeyə qarşıdır.
Məsələn, inanmaq olmur, amma qərb dünyasının «İslama qarşı müharibə aparmasını və nəticədə İslamın məğlub olmasının vacibliyini» bildirir. Bununla da kifayətlənməyərək İslamın düşmən olduğunu və məhv edilməli olduğunu iddia edib.[iv]
Bundan başqa Hirsi güya İslamdan irəli gələn şiddətə qarşı olduğunu iddia edir, ancaq 2011-ci ildə Norveçdə 77 nəfəri öldürən terrorist Anders Behring Breivikə haqqında simpatiya ilə danışır. Hirsinin bu mövzudakı dəhşətli sözləri bu şəkildədir:
“Avropanın İslam tərəfindən istila ediləcəyi qorxusu ilə Norveçdə 77 nəfəri öldürən o insan Avropa və Amerikada siyasi İslama qarşı danışan və yazan insanların faəliyyətlərindən istifadə etmiş ola bilər. Çox açıq şəkildə bunun səssizliyin tərəfdarları olduğunu söyləyir. Çünki fikirlərini ifadə edəcəyi bütün çıxış yolları senzura edildi. Şiddət tətbiq etməkdən başqa yolu qalmadığını bildirir».
Hirsi daha da irəli gedərək ‘incitmə haqqı’ kimi bir şeyin olmasının vacibliyini vurğulayır və müsəlmanları mümkün olduğu qədər hər formada rüsvay etməyi təşviq edir.
Hirsinin bu qəribə fikirləri və nifrəti şübhəsiz ki, mövhumatın nəticəsidir. Bu kimi nümunlərin olmaması üçün biz müsəlmanlar olaraq vəzifəmizi yaxşı bilməliyik. Qərb dünyasındakı yanlış İslam anlayışına elmi şəkildə son qoymaq üçün bir araya gəlib, fikri mübarizə aparmalıyıq.
İslamın qadınlara, sənətə, demokratiya və azadlığa verdiyi dəyəri göstərmək üçün müsəlmanların Qurana bağlı olmaları böyük əhəmiyyət daşıyır. Qurandakı əsl İslamın sevgi və gözəlliyin nümunəsi olduğunu hamımız birlikdə bütün dünyaya göstərməliyik.
[i] http://www.womaninthequran.com
[ii] http://www.harunyahya.com/en/Articles/101331/islam-is-the-religion-of
[iii] http://www.harunyahya.com/en/books/191085/Bigotry-The-Dark-Danger/chapter/15442/Ch1-The-Two-Basic-Concepts-Misused-by-Those-Who-Portray-Islam-as-a-Violent-Faith-Sharia-and-Jihad
[iv] http://reason.com/archives/2007/10/10/the-trouble-is-the-west/1
Adnan Oktarın «The Jakarta Post»da nəşr olunan məqaləsi:
http://www.thejakartapost.com/news/2015/04/12/hirsi-ali-and-her-errors.html