Amerika Birləşmiş Ştatlarını İngiltərə koloniyalarından alıb dünya dövlətinə çevirən ən mühüm amil qurucu dəyərləridir. 1776-cı ildə Amerika Birləşmiş Ştatlarını meydana gətirən 13 əyalətdə dindar, əxlaqlı, çalışqan, sadiq, vəfalı, vətənpərvər, azadlıqsevər, fədakar, insanların bərabərliyinə qəlbən inanmış 2.5 milyon amerikalı yaşayırdı. ABŞ-ın əhalisi 1880-ci ildə 50 milyon, 1920-ci ildə 100 milyon, 1970-ci ildə 200 milyona çatmış, insanların qəlbindəki hz. İsa sevgisi və xristianlığa bağlılıq hər zaman çox güclü olmuşdur. 2000-ci illərdə isə birlikdə Amerikanı Amerika edən, fərqli millətlərdən milyonları birləşdirən bu güclü bağlılığın zəifləməyə başladığını görməyə başladıq. Xristianlıqdan uzaqlaşmaq Amerika cəmiyyətini bir yerdə tutan bağın zəifləməsi və zaman keçdikcə parçalanması deməkdir.
Obama hakimiyyəti ilə birlikdə Amerika cəmiyyətində böyük dönüş yaşanmağa başlandı. Ölkəni idarə edənlər xristianlığı ictimai həyatdan uzaqlaşdırmağa başladılar. Obamanın Ağ Evdəki Milli Dua Gününə qatılmaması, ya da Corctaun Universitetindəki çıxışı zamanı hz. İsanın adının yazıldığı lövhənin bağlanması bir çoxları tərəfindən xristianlıqdan uzaqlaşmaq kimi qəbul edildi. Bu dəyişiklik Amerika İnsan Hüquqları Komissiyasının sədri Martin Kastronun 7 sentyabrda təqdim etdiyi hesabatla zirvəyə çıxdı. Kastro ayrı-seçkiliklə mübarizə siyasətlərini açıqladığı hesabatında yaradıcı və rəhbər xüsusiyyətini daşıyan bəzi insanların xristian inancını mühakimə edən ifadələr işlətdi. Dindar amerikalıları da mübarizə aparılmalı olan təhlükə kimi göstərən açıqlamalar etdi. Xristian əleyhdarı siyasətlər çox keçmədən Amerika məhkəmə sistemində də öz əksini tapdı. ABŞ-ın qurucu dəyərlərinin tələbi olaraq xüsusilə xristianlar arasından seçilən ABŞ Konstitusiya Məhkəməsi üzvlüyünə tarixdə ilk dəfə ateist hakim gətirildi.
ABŞ prezidentlərinə və rəhbərlərinə düşən, şübhəsiz ki, əsas olaraq ABŞ cəmiyyətinin dəyərlərinə sahib çıxmaqdır. Araşdırmalar göstərir ki, amerikalıların 94%-i Allahın varlığına inanır. Cəmiyyətin 70%-i Allaha mütləq mənada güvəndiklərini ifadə edir, 58%-i də dinin öz həyatlarında çox əhəmiyyətli amil olduğunu dilə gətirir. 300 milyon amerikalının 40%-i hər gün dua edir. Amerikan Ordusu da Kilsəni Amerikadakı ən etibarlı qurum kimi göstərir.
Hazırkı Amerika rəhbərliyinin xristian dəyərlərinə məsafəli görüntü təqdim etməsinin, əlbəttə, Amerika cəmiyyətinə çox mənfi təsirləri olur. Hazırda ABŞ-da homoseksualizmin qarşısı bu vaxta kimi heç görünməmiş şəkildə açılıb. Obama homoseksual jurnalına çıxan və vəzifədə olarkən homoseksual nikahları dəstəkləyən ilk Amerika prezidentidir. ABŞ tarixində ilk dəfə homoseksual olduğunu açıq şəkildə qəbul edən Erik Fanning ordu naziri təyin olunub. Fanningin ilk gördüyü işlərdən biri transseksualların ABŞ ordusunda xidmət etməsinə icazə verən qanunu qəbul etdirməsi olub.
Bundan əvvəl Obama 2011-ci ildəki bir qanunla homoseksualların ABŞ ordusunda xidmət edə bilməsinin önünü açmışdı. Ötən il Pentaqondakı homoseksuallar günü toplantısına homoseksual generallar "xanımları" ilə qatılmışdılar. Bu gün tədqiqatçılar Amerikan ordusunda 65.000 homoseksual olduğunu ehtimal edirlər.
Obamanın homoseksualizmə verdiyi dəstək xarici siyasətində də əks olunub. 2015-ci ildə 6 səfir vəzifəsinə homoseksual diplomatlar təyin edildi. Katolik quruluşu ilə tanınan Dominikan Respublikasında kilsə bu təyinatı tənqid etsə də, Amerika Xarici İşlər Nazirliyi geri addım atmadı. 2013-cü ilin sentyabr ayından 2016-cı ilin avqust ayına kimi xidmət edən ABŞ-ın İstanbul baş konsulu da homoseksual idi. Əhalisinin 99%-nin özünü müsəlman adlandırdığı türk cəmiyyətinə homoseksual konsul göndərilmişdi.
Obama rəhbərliyinin 8 illik fəaliyyətləri ABŞ cəmiyyətinin 250 illik mənəvi dəyərlərindən böyük ölçüdə qopmasına səbəb oldu. Halbuki ABŞ-ı bu günə gətirən və ölkəni gücləndirən əsas səbəb xristianlığın sevgi və sülh prinsipləri ilə birlikdə gətirdiyi gözəl əxlaqdır. Ölkəni daha yaxşı və daha güclü hala gətirəcək olan da şübhəsiz, dinsizlik və ya homoseksuallıq kimi ürküdən anlayışlar deyil, yenə də xristianlıq inancı olacaq.
Xristianlıqdan uzaqlaşanların yürütdüyü xarici siyasət ABŞ-ın müttəfiqlərini seçərkən də səhv etməsinə səbəb olur. Bir əsr boyu kommunist ideologiya ilə mübarizə aparmış ABŞ Suriyada marksist-terrorçu təşkilatla ittifaq qurub. İllərdir müttəfiqi olan Türk dövlətinin etirazlarına və xəbərdarlıqlarına baxmayaraq, geri addım atmır. Halbuki ABŞ, müttəfiqlərində xristianlığın ucaltdığı dəyərlər olan sədaqət, vəfa və səmimi dostluğu axtarmalıdır.
Hazırda dünyanın böyük əksəriyyəti davam edən bir çox müharibədən ABŞ rəhbərliyini məsul tutur. Hz. İsanın nitqləri isə sülhə əsaslanır. Bu həqiqəti əsas götürərək Amerika rəhbərliyi müharibə carçılarına qulaqlarını tıxamalıdır.
ABŞ 10 milyon km2-ə yayılmış 320 milyonluq xalqdır. Bu böyük cəmiyyəti bir arada tutacaq olan isə ortaq dəyərlərinə bağlılıqdır. Tolerantlıq hər keçən gün azalır. Cəmiyyətdə zorakılıq və qarşıdurma ruhu inkişaf edir. Zənci, ispan və ya yerli amerikalılar irqçi siyasət səbəbindən hər gün küçələrdədir. Biz «99%-ik», ya da «Occupy Wall Street» hərəkatları zəngin və yoxsul amerikalılar arasındakı uçurumunun nəzarətsiz şəkildə artmasına görə Obama rəhbərliyini təqsirləndirir. Cəmiyyətin hər tərəfinə yayılmış narazılıq 250 illik dövlətin əsaslarını kökündən sarsıdır.
ABŞ gün keçdikcə artan zorakılıq spiralına girir. 2015-ci il Federal Təhqiqat Bürosunun (FBI) məlumatlarına görə, 1 milyon 200 min zorakılıq xarakterli cinayət baş vermiş, 11 milyon insan həbs edilmişdir. Həmin dövrdə oğurluq edənlərin sayı 8 milyon 500 mindir. 53 min silahlı insidentdə 14 min adam ölmüş, 25 min nəfər də yaralanmışdır. 700 min əhalisi olan Detroyt şəhərində 2014-cü ildə 15 min zorakılıq xarakterli cinayət baş vermiş, 300 nəfər həlak olmuşdur. Bu statistikaları ilə Detroyt şəhəri bir çox İraq, Suriya və ya Pakistan şəhərlərindən daha təhlükəlidir.
Bu rəqəmlərin 2016-cı ildə daha da artdığı görünür.
2016-cı il ABŞ üçün həyəcan təbili çalır. Ölkə ictimai əmin-amanlıqda, iqtisadiyyatda, siyasətdə, hərbi və ictimai sahədə gözəçarpacaq dərəcədə geriləyir. Hər keçən gün ABŞ-ın dostları azalır, düşmənləri də çoxalır. Bu səbəbdən Amerikada prezident seçkilərindən qalib çıxan Donald Tramp ağır yükün altına girəcək. Amerikalıların mənəvi dəyərlərinə əhəmiyyət verən yeni ABŞ prezidenti və vitse-prezidenti ilə ümidvaram ki, Amerika Birləşmiş Ştatları xalqı uzun müddətdir həsrətində olduğu həyata geri qayıda bilər. ABŞ xalqı dəyərli və önəmli xalqdır. Bu dəyərli xalqın münaqişə ruhunu tərk edib dünyaya sevinc və azadlıq anlayışı ilə nümunə olması arzumuzdur.
Adnan Oktarın «Gulf Times» & «News Rescue»da dərc edilən məqaləsi:
http://www.gulf-times.com/story/521602/The-Americans-need-their-spiritual-values-back
http://newsrescue.com/americans-need-spiritual-values-back/