Yerdə və göydə hər kəs ondan (hz. Mehdidən (ə.s)) razı olacaq. Malı bərabər şəkildə insanlara paylayacaq. Muhəmməd ümmətinin könlü zənginliklə dolacaq. Onun ədaləti hər yeri bürüyəcək və insanlar arasında hz. Peyğəmbərin sünnəti-səniyyəsi ilə rəftar edəcək. Hətta birindən mala ehtiyacı olan kim varsa çağırmasını istəyəcək, o adam əmrini yerinə yetirdiyində yalnız bir adam gələcək. (El-kavlu'l muhtasar fi alamat-il mehdiyy-il muntazar, Hədis no 9-12) |
ADNAN OKTAR: "Yerdə və göydə hər kəs ondan razı olacaq, hər kəs onu sevəcək”, - deyir, hədis. "Yerdə və göydə hər kəs ondan razı olacaq". Başlanğıcda deyil, sonda. Göydə nə demək, cinlər, mələklər hamısı sevərlər. "Malı bərabər şəkildə insanlara paylayacaq". Kasıb sevgisi olacaq Mehdidə (ə.s). Kasıbları varlandırmaqdan razı olacaq. Onun üçün bir zövq halına gələcəkdir. Kasıb buraxmayacaq dünyada Mehdi (ə.s). "Muhəmməd ümmətinin könlü zənginliklə dolacaq". İnsanlar da, bir də özləri comərddirlər, comərd olarlar. "Onun ədaləti hər yeri bürüyəcək", “dünyanın hər tərəfini örtəcək”, "insanlar arasında hz. Peyğəmbərin sünnəti-səniyyəsilə rəftar edəcək", yəni Peyğəmbərimizin (s.ə.v) əxlaqı kimi, belə comərd, mehriban, zarafatcıl, xoşsöhbət, gözəl, şirin xasiyyətli bir insan olacaq. "Hətta birindən mala ehtiyacı olan kim varsa, çağırmasını istəyəcək, o adam əmrini yerinə yetirdiyində yalnız bir adam gələcəkdir", - deyir. Baxın, bütün dünyadan bir adam gəlir mal istəməyə. Ona da o qədər çox mal verilər ki, bu dəfə daşıya bilməyəcəyi qədər çox verilər, adam utanar, "Muhəmməd ümmətinin", - deyir: "Ən acgözlüsü mənəmmi?" - deyir, "Allah məni bağışlasın", - deyir, geri vermək istəyir, "Yox", - deyirlər, "Elə şey olmaz, verilən mal geri alınmaz deyirlər, çünki qeyd edilmişdir artıq, geri qaytara bilmərik", - deyirlər.