Arakanlılar sığındıqları ölkələrdə əziyyət çəkməyə məhkumdurlar?
ucgen

Arakanlılar sığındıqları ölkələrdə əziyyət çəkməyə məhkumdurlar?

1769

Bütün dövlətlər vətəndaşlarına təhlükəsiz yaşamaq, ailə qurmaq, təhsil almaq kimi hüquqları təmin edir. Bunlar qanunlarla tənzimlənmiş o qədər təbii hüquqlardır ki, çox vaxt yoxluqları belə düşünülmür. Halbuki dünyada bu hüquqların heç birindən istifadə edə bilməyən insanlar da var. Müsəlman bacı-qardaşımız arakanlılar kimi.

Keçmiş adı Burma olan Myanmada 1978-ci ildən etibarən arakanlı müsəlmanlara qarşı insanlıq əleyhinə cinayətlər törədilir. Ölkələrində böyük işgəncələrə məruz qalır, təcavüz edilir, ibadətlərinə icazə verilmir. Ailə qura bilmirlər, hətta bir çoxuna şəxsiyyət vəsiqəsi belə verilmir. Ona görə arakanlılar ölkələrini tərk etmək məcburiyyətində qalırlar. Bu gün Pakistanda 200 min, Banqladeşdə 300 min, Səudiyyə Ərəbistanında 500 min, Malayziyada 13.600, Tailandda 3 min arakanlının yaşadığı güman edilir.

Əslində «yaşamağa çalışırlar» demək daha düzgün ifadədir. Çünki arakanlı bacı-qardaşlarımızın sığındıqları bu ölkələrdə də rahat, hüzurlu və təhlükəsiz olduqlarını demək mümkün deyil. Məsələn, 2009-cu ildə Tailandda 9 düşərgəyə yerləşdirilən təxminən 111 min arakanlıya işgəncə edilmiş, bu məzlum insanlar qayıqlara mindirilərək açıq dənizdə tərk edilmişdilər. 5 qayıqdan təkcə birinin İndoneziya tərəfindən tapılması ilə bu vəhşilik ortaya çıxdı. [i]

Tailand arakanlılara bu münasibətini yenə də davam etdirir. Yanvar ayında Tailand və Malayziyadan şoka salacaq xəbərlər gəldi. Banqladeş və Myanmadan gəmilərlə gələn 1000-dən çox arakanlı Tailand təhlükəsizlik gücləri tərəfindən kifayət qədər qida və su olmadan açıq dənizdə tərk edildi.

Bu insanlıqdan kənar hərəkət əslində beynəlxalq hüquqa görə də cinayətdir. Beynəlxalq hüquqda dənizdən gələn sığınacaq axtaran şəxslərin öz ölkəsinin sularına girməsinin qarşısını almaq hüququ, ancaq «həmin insanların həyatını təhlükəyə atmamaq» şərti ilə mövcuddur. Halbuki bu şərt asanlıqla pozulur. Arakanlılar həftələrlə dənizdə qaldıqdan sonra 400-ü hind donanması, 392-u isə İndoneziya dövləti  tərəfindən xilas edilmişdir. Digərləri isə  dənizdə həyatını itirmişdir.

Arakan müsəlmanlarının sığındıqları ölkələrdəki çətin vəziyyətləri

Sığındıqları ölkələrdə qala bilən Arakan müsəlmanları də əslində çox çətin şəraitdə yaşayırlar. Çoxu qeyri-rəsmi yollarla işçi olaraq işlədilir və bir çoxu da insan tacirləri tərəfindən itkin düşür. Rəsmi sənədləri olmadığı üçün cəzalandırılır, həbs edilir, sürgün edilir və ya ən önəmlisi ölkələrinə geri qayıtmağa məcbur edilirlər. Halbuki BMT rəhbərliyində hazırlanan 1951-ci il tarixli «Qaçqınların statusu haqqında» Konvensiyanın[ii] 33-cü maddəsinə əsasən beynəlxalq hüquqda sığınacaq axtaran şəxslərin geri qaytarılması qəti şəkildə qadağan edilmişdir.[iii] Buna görə sığınacağın baş verdiyi ölkənin öz qanunları nə olursa-olsun, sığınacaq axtaran şəxsləri zülmə məruz qalacaqları ölkəyə geri qaytarmamalıdır.

İslam ölkələrinin də arakanlılara qarşı münasibəti “dostyana” olduğunu demək olmaz. Onlar da din qardaşlarını ölkələrinə qəbul etmək istəmir, yardım əlini uzatmırlar. Məsələn, Səudiyyə Ərəbistanının Məkkə və Ciddə ətrafındakı həbsxanalarında yaşayan 3000 arakanlı ailə evlərinə geri qayıtmağa məcbur edilir. Bu həbsxanalarda qadın və uşaqlarla kişilər ayrı yerlərdə saxlanılır, yəni ailələr parçalanır. Qadınlar həyat yoldaşları ilə təkcə telefon vasitəsilə əlaqə qura bilirlər.

Məkkə şəhəri ətrafındakı gecəqondularda yaşayan təxminən 250.000 arakanlı müsəlman isə hamballıq, dülgərlik, təmizlik işçisi və ya sürücülük kimi işlərdə işlədilirlər. Bəzi ailələr yetkinlik yaşına çatmayan qızlarını Səudiyyə oğlanları ilə evləndirir. Lakin bu qızlar ictimai həyatda hər zaman ikinci dərəcəli həyat yoldaşı statusunda olur.[iv]

Banqladeşdə də təxminən 300 min arakanlı infrastruktur, gigiyena, tibb, təhsil, sığınacaq, təmiz su, qida və geyim kimi ən zəruri ehtiyacların belə olmadığı qaçqın düşərgələrində yaşayırlar. Bu çətin şəraitə belə razı olan arakanlılar yenə də ölkələrinə geri qayıtmaları üçün Banqladeş hökuməti tərəfindən təzyiqə məruz qalırlar.

Banqladeş bu yazıq insanları geri qaytarmaq üçün müxtəlif fiziki və psixoloji təzyiqlər edir. Geri qayıtmaq istəməyənlər həbs edilməklə təhdid edilir, yemək talonları əllərindən alınır, işgəncə edilir və ya düşərgədəki sığınacaqlarına zərər verilir. Qısası, arakanlıların çarəsizlikləri hüquqlarının istismar edilməsinə səbəb olur.

Burada bir məsələnin xatırladılmasında fayda var. Qeyd edilən ölkələr çox saylı miqrantın gəlməsinə görə müxtəlif problemlərlə qarşılaşmış ola bilərlər. Ancaq arakanlı bacı-qardaşlarımız məcbur olduqları üçün qurtuluşu başqa ölkələrdə axtarırlar. Çarəsizlik içində sığındıqları bu ölkələrin onları təkrar ölkələrinə geri göndərmələri isə tam mənası ilə onların ölüm fərmanlarını imzalamaq və cinayətin ortağı olmaqdır. Bu insanlara zülm etmək yox, əksinə istədikləri ölkələrə sərbəst şəkildə daxil ola bilmələri, rahat ola biləcəkləri, təhlükəsiz şəraitdə işləyə biləcəkləri bir şərait hazırlamaq lazımdır.

Arakanlıları “qanunsuz miqrant” kimi qəbul etmək yanlışdır

Arakan xalqı qanunsuz miqrant deyil. Əziyyət görən insanların ölkələrindən ayrılması, sığınacaq yer axtarması beynəlxalq hüquqa da uyğundur. Buna görə sığındıqları ölkələrin onlara qapılarını açması həm insanlıq adına, həm də beynəlxalq hüquqa görə düzgündür. Xüsusilə bu məsələdə müsəlman ölkələr daha həssas olmalıdırlar. Çünki Allah Quranda mühacirlərə, yəni zalım rəhbərlərin əlində zülm görən müdafiəsiz insanlarla qarşı-qarşıya olduqlarında müsəlmanların necə davranmalı olduqlarını bu şəkildə bildirir:

Sizə nə olub ki, Allah yolunda: “Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən kənara çıxart, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!” – deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda cəhd etmirsiniz? (Nisa surəsi, 75)

Ayədə məzlum kişilər, qadınlar və uşaqlar olduqda dərhal yardım etmələri əmr edilir. Allah bu ayəsi ilə irqindən, dinindən, məzhəbindən asılı olmayaraq müsəlmanları zülmə məruz qalan hər qövmə yardım etməklə məsul etmişdir. Quranda “yolda qalmış insanlara” yardım əli uzadılması da bu şəkildə əmr edilir:

Qohum-əqrəbaya da, miskinə də, (pulu qurtarıb yolda qalan) müsafirə də haqqını ver. Eyni zamanda (mal-dövlətini əbəs yerə) sağa-sola da səpələmə!” (İsra surəsi, 26)

Göründüyü kimi, yolda qalmış insanlar Quran ayələrinə görə yardım etmədə öncəlikli qrupdur. Qaçqınlıq isə yolda qalmağın, yəni evsiz, qidasız səyahətin tam qarşılığıdır.

Digər tərəfdən qaçqın probleminin əsil səbəbi Myanmada uzun müddət yaşanan zülmdür. BMT başda olmaqla dünyadakı bütün yardım təşkilatları bu ölkədə yaşanan insanlıq dramına «dur» deməlidir. Dünyanın gücü bu bir ovuc məzlumu qorumağa, Myanma hökumətini inandırmağa kifayət edər. Bunun üçün qəlblərə hopan laqeydliyin yerini vicdanın və mərhəmətin doldurması lazımdır.

[i] http://edition.cnn.com/2009/WORLD/asiapcf/02/12/thailand.refugees.admission/index.html
[ii] BM üyelerinin imza koyduğu sözleşmenin tam adı Mültecilerin Hukuki Statüsüne İlişkin Cenevre Sözleşmesi’dir
[iii] “Hiçbir taraf devlet; bir mülteciyi, ırkı, dinî, tabiiyeti, belirli bir sosyal gruba mensubiyeti veya siyasi fikirleri dolayısıyla hayatı ya da özgürlüğü tehlike altında olacak ülkelerin sınırlarına, her ne şekilde olursa olsun geri göndermeyecek veya iade (“refouler”) etmeyecektir.” (madde 33/1)
[iv] http://www.milligazette.com/news/11598-burmese-muslims-stateless-at-home-no-refuge-elsewhere

 

Adnan Oktarın «Burma Times»da nəşr olunan məqaləsi:

http://burmatimes.net/are-the-people-of-rakhine-condemned-to-be-oppressed-in-the-countries-to-which-they-flee/


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr