www.Allahicinyasamak.beyazsiteler.com
Allah`ın ilhamı, yəni vicdan inananlar üçün bir nemətdir, doğruya yönəldən, yanlışı ayırd etməyə imkan verən bir gözəllikdir.
Vicdan Allah`ın ilhamı olduğu üçün bütün insanlarda eynidir. Allah hər insana vicdanı vasitəsi ilə Özünün bəyəndiyi ən doğru və ən gözəl davranışları bildirir. Bununla belə insanlar zəiflik göstərərək nəfslərinə yenilir və şeytanın yolu ilə gedirlər. Bu insanların bəzi təəccüblü xüsusiyyətləri vardır. Məsələn, onlar qanuni olan heç bir şeyi sevməzlər.
Halal qazancın yerinə, qeyri-qanuni yolla qazanc əldə edir, yeməyi, içməyi halal yolla deyil, oğurluq edərək qazanır, yaşıl işıqda yox, qırmızı işıqda keçirlər. Qanunlara zidd hərəkət etmək vicdanlarının səsini dinləməyən bu cür insanlara inanılmaz zövq verir. Halbuki Allah qanuna uyğun şəkildə, yəni vicdanını dinləyərək yaşayanları sevir.
Vicdanının səsinə zidd olaraq, yəni qeyri-qanuni fəaliyyətlər edərək yaşayan insanların üzündə təmiz, dürüst yaşamamağın çirkli izi olur, pis əxlaqları mimikalarında nursuzluq olaraq öz əksini tapır. Bu cür insanların mütləq ağlı, bəsirəti, fərasəti bağlı olur, nə edəcəkləri bəlli olmur və heç bir zaman xoşbəxt ola bilmirlər.
Bir insan vicdanlı, dürüst və səmimidirsə, sabit bir əxlaqa sahib olar. Vicdanına uyaraq hərəkət edən insan yanlışdan uzaq duraraq doğru şəkildə necə hərəkət edəcəyini bilər. Amma vicdanının əmr etdikləri bəzən insanın maraqlarına uyğun olmaya bilər. Dərin iman sahibi insan vicdanını dinləyərək heç çəkinmədən bu uyğunsuzluğu aradan qaldırar. Amma nəfslərinə uyanlar müxtəlif bəhanələr gətirərək doğrunu, gözəl olan yolu bildikləri halda vicdana uyğun olanı etməkdən çəkinərlər.
Belə halları tez-tez görmək mümkündür. Məsələn vicdanını dinləməyən bir insan bir qəza gördüyündə yaralılara yardım edərsə, bu işdən özünün cavabdeh ola biləcəyini və nəticədə həbs oluna biləcəyi ehtimalını düşünərək yaralılara yardım etməkdən imtina edə bilər. Yüksək vicdan sahibi olan insan isə o insanı xilas etmək üçün hər cür çətinliyi öhdəsinə götürər və heç vaxt bəhanələr gətirməz. Bir insanı xilas etmək imkanı olduğu halda bunu etməkdən imtina edərsə, qatil hökmündə olacağını vicdanla bilər.
Əslində, insan öz əleyhinə şahidlik edəcəkdir. Üzrlü olub-olmadığı bütün halları ortaya qoysa da. (Qiyamə surəsi, 14-15)
Hər insan şüur sahibi olduğu andan etibarən Allah`ın qəlbinə vəhy etdiklərindən, bu neməti gözəl dəyərləndirməkdən məsuldur. Ətrafındakı hadisələri dərk etməyə başlayan, mühakimə etmə qabiliyyəti qazanan insan nəfsi ilə vicdanını ayırd edə biləcək bacarığa və vicdanına uya biləcək iradəyə sahib olmuş deməkdir.
Unutmayaq ki, verdiyimiz qərarlardan, hərəkətlərimizdən, sözlərimizdən məsuluq, hər birimiz hesab günü sorğu-sual olunacağıq və vicdanına, qəlbinə vəhy edilənə uyan Allah`ın sonsuz cənnətinə layiq görüləcək, nəfsinə uyan isə Allah`ın Quranda bildirdiyi kimi "qapıları bağlanmış" bir odla qarşılaşacaqdır.(Bələd surəsi, 20)