Adnan Oktarın 13 oktyabr 2009-cu il tarixli Kocaeli Tv ve Mavi Karadeniz Tv müsahibəsindən
Adnan Oktar: Ali İmran surəsi 178: “Kafirlər elə güman etməsinlər ki, Bizim onlara möhlət verməyimiz xeyirlərinədir. Biz onlara ona görə möhlət veririk ki, günahlarını daha da artırsınlar. Onlar üçün alçaldıcı bir əzab hazırlanmışdır”. Məsələn, küfr və əxlaqsız insanlar hər şeyi edirlər. Kifayət qədər zülm edirlər müsəlmanlara. Allah niyə bəla vermir onlara? Niyə bunlara icazə verir deyə insanlar düşünməsin. Allah deyir ki; “Kafirlər elə güman etməsinlər ki, Bizim onlara möhlət verməyimiz xeyirlərinədir. Biz onlara ona görə möhlət veririk ki, günahlarını daha da artırsınlar”. Yaxşıca bəlanın içinə girsinlər. Cəhənnəmdə yaxşıca dərinə düşsünlər deyə Allah imkan veririk deyir. “Onlar üçün alçaldıcı bir əzab hazırlanmışdır. Allah pisi yaxşıdan ayırmayınca möminləri sizin olduğunuz vəziyyətdə tərk edən deyildir”. Yəni yaxşılarla pisləri Allah ayırd edəcəyəm deyir. “Allah sizə qeybi bildirən deyildir”. Gələcəyi bilməzsiniz deyir Allah. “Lakin, Allah Öz elçilərindən istədiyini seçər”. Yəni istədiyi adamı elçi seçər. “Odur ki, Allaha və Onun elçilərinə iman gətirin! Əgər iman gətirib Allahdan qorxsanız, sizə böyük bir mükafat verilər” -deyir Allah. “O şeytan sadəcə sizi öz dostları ilə qorxudur”. Yəni müsəlmanları, məsələn, onunla, bununla qorxutmağa çalışırlar, müxtəlif iddialarla qorxutmağa çalışırlar. "Siz onlardan qorxmayın"—deyir Allah. “Möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun!”—deyir Allah. Haramdır. Mənə deyirlər ki, niyə qorxmursan? Məhz Allahın əmrinə görə qorxmuram. Bax, deyir ki, “o şeytan sadəcə sizi öz dostları ilə qorxudur”, imanı zəif, ağlı zəif, şeytanın tələsinə düşmüşləri qorxudar. “Möminsinizsə, onlardan qorxmayın”, yəni qorxudacaq nə edirlərsə etsinlər. “Möminsinizsə, onlardan qorxmayın”, həqiqətən, iman etdinizsə. Yalnız “Məndən qorxun!”—deyir Allah. “Küfrə can atanlar səni kədərləndirməsin”, yəni müsəlmanların əleyhinə əxlaqsızlıq edənlər, onlara tələ quranlar, böhtan atanlar, oyun oynayanlar, onları əzməyə çalışanlar əsla “səni kədərləndirməsin”—deyir Allah. “Çünki onlar Allaha heç bir zərər yetirə bilməzlər”. Yəni o deməkdir ki, sizə də zərər verə bilməzlər. Çox olsa şəhid edərlər. Sən də çox gözəl bir yerə gedərsən. Cənnətin ən gözəl yerinə gedərsən, inşaAllah. “Allah istəyir ki, onlara axirətdə heç bir şey nəsib etməsin”. Yəni Allah bəlalarını vermək üçün bu imkanları verir deyir. “Onlar üçün böyük bir əzab vardır”—deyir Allah. Çox böyük bir bəla vardır deyir. Ona görə mən icazə verirəm deyir. “Onlar (bundan ötrü) özlərinə heç bir pislik toxunmadan, Allahın neməti və mərhəməti sayəsində geri döndülər”. Bax, bundan ötrü deyir özlərinə heç bir pislik toxunmadan. Müsəlmanlara Allah heç bir şey olmaz deyir. Allah müsəlmanlara “bir bolluq”, zənginlik verəcəyəm sizə deyir. Zəngin olacaqsınız deyir. “Allahın neməti”, güman edilməyən bir neməti sayəsində bu mübarizədən “geri döndülər”, bu səydən. Yəni müsəlmanlar bir mübarizə verirlər. Bunun nəticəsində “Allah sizə bolluq verəcəyəm və bir nemətlə geri dönəcəksiniz”—deyir. Mənim bildiyim bir nemətdir deyir. “Və Allahın razılığına tabe oldular”. Yalnız Allahın razılığı üçün hərəkət edirlər. “Allah böyük lütf sahibidir”. Və O ehsanı (lütfü) istədiyinə nəsib edər. “Hər bir kəs ölümü dadacaqdır” —deyir Allah. “Lakin Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir”. Kim savab qazanıbsa o tam şəkildə savabını alacaq. “Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir”. Dünya yalnız bir oyun və əyləncədir deyir Allah. Aldadıcı ləzzət. Əsla aldanmayın deyir Allah. “Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz”. Mallarınız gedə bilər, canlarınıza əziyyət edə bilərlər, həbsə düşə bilərsiniz, böhtana düşə, narahatçılıq törədən hər şeylə qarşılaşa bilərsiniz deyir Allah və müsəlmanlar üçün imtahan ediləcəksiniz. “Sizdən əvvəl Kitab verilənlərdən və müşriklərdən”, o dövrün müşriklərindən, əhli-kitabdan, məsələn, masonundan, itindən, çaqqalından, “bir çox əziyyətverici sözlər eşidəcəksiniz”. Sizə böhtan atacaqlar, təhqir edəcəklər, çirkin sözlər deyəcəklər. Bax onlardan "Çox əziyyət verici sözlər eşidəcəksiniz" . O dövrün azğınlarından, küfr içində olanlarından, İslam düşməni olanlarından qırıcı sözlər eşidəcəksiniz. “Əgər səbir edib Allahdan qorxsanız”, yəni səbir edəcəksiniz buna və qorxacaqsınız, yəni halala, harama diqqət edəcəksiniz. “Bilin ki, bu, əzmkarlıq tələb edən əməllərdəndir”. Əzmkar olun deyir Allah, Allahın əmrlərinə qarşı. Əzm sahibi olun deyir.