Ey iman gətirənlər! Sizdən olmayanları özünüzə sirdaş (dost) tutmayın. Onlar sizin barənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər, sizin (zərərə və) əziyyətə düşməyinizi istəyirlər. Həqiqətən, onların sizə qarşı olan ədavəti ağızlarından çıxan sözlərdən aşkar olur. Amma ürəklərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər düşünüb dərk edirsinizsə, (onların sizə bəslədikləri ədavət barəsindəki) ayələri artıq sizə izah etdik. (Ali-İmran surəsi, 118)
Münafiq çox namərddir. Müsəlmanların sirrini alıb küfrə verər. Müsəlmanların başını bəlaya soxmaq istər. Pislik nədir? Müsəlmanların gücünü, həyəcanını qırmağa çalışar, əleyhlərində təbliğat edər, mənəvi cəhətdən öz ağlına görə zərər verməyə çalışar. Hətta maddi pislik də etmək istər. Böhtan atar, təhqir edər, hətta öldürməyi hədəfləyər. Zərər vermə istəyi, nifrəti ifadə edən;- müsəlmanların həbs edilməsi, təhqir edilməsi, haqlarında dedi-qodu yayılması, təbliğ güclərinin qırılması-hər şeydir. Münafiqər öfkələrini mütləq ifadə edər. Hirsdən ötəri ya danışaraq, ya yazılı olaraq bir şəkildə o kinini ifadə edər. Müsəlman mütləq münafiqlə qarşılaşar, savab qazanması üçün qarşılaşması lazımdır. Münafiq müsəlmanın mənəvi yüksəlişi üçün qida olar. Münafiq müsəlmanı tənqid edir, amma nəzakətli kimi göstərir, təvazö görünüşündə, bu onun aldatmasıdır, amma çox azğın və təcavüzkardır. Cinayət meyli vardır. Allah ayələrimizi açıqladıq deyir, münafiqin və küfrün xüsusiyyətlərini göstərirəm, yaxşı düşünsəniz tam qavrayarsınız deməkdir.
Bəli, siz o kimsələrsiniz ki, onları sevirsiniz, onlar isə sizləri sevməzlər. Siz kitabın hamısına (bütün ilahi kitablara) inanırsınız. Onlar sizinlə görüşdükləri zaman: “Biz də inandıq”, - deyir, xəlvətdə olduqda isə sizə qarşı qəzəblərindən barmaqlarını gəmirirlər. (Ya Rəsulum!) De: “Acığınızdan ölün!” Əlbəttə, Allah ürəklərdə olanları biləndir. (Ali-İmran surəsi, 119)
Müsəlmanlara bəslədikləri həsəd və qısqanclıqdan hiss etdikləri əsəb, iztirab barmaq uclarına qədər vurur, o ağrını aradan qaldırmaq üçün barmaqlarını dişləyirlər. Hirslərinə görə fiziki acı çəkirlər.
Yaxşılıq nədir, münafiqlərin qısqandığı; Müsəlmanların bir-birlərinə bağlılıqlarının artması, İslam Birliyinin inkişafı, Türk-İslam Birliyinin inkişafı, hər cür zənginlik, bərəkət, bolluq onları dərdləndirər. Müsəlmanların qadın sevgisi də hirsləndirir. Allah Quranda, qadın sevgisinə qızdıqlarını nəzakətlə söyləyir. "O Peyğəmbərə nə olur ki, yeyir içir, bazarlarda gəzir" deyirlər. Allah nəzakətlə söyləyir. Onlara görə dünyadan əl çəkməməsi, halal olaraq xanımlarıyla bərabər olmaması lazımdır. Allah onları hirsləndirmək üçün Peyğəmbərimiz (s.ə.v)-ə və müsəlman qadınları da təşviq edir. Uzun bir siyahı verir, bibinin qızları, əmilərinin qızları və özlərini hiybə (hədiyyə) edən qadınlar deyə. Qadınlar özlərini Peyğəmbərimiz (s.ə.v)-ə hiybə edirdilər. "İstər al, istər alma mən səninəm" deyir. Münafiqlər bunu çox qısqanır. Buradakı eşq, Allah eşqi, dərin bir eşq. Münafiq, Peyğəmbərimiz (s.ə.v)-in Allahın təcəllisi olaraq qadından aldığı zövqü qavraya bilmir. Münafiq üçün insan sevgisi yox, qadın sevgisi yox, uşaq sevgisi yox, heyvan sevgisi yox, çiçək sevgisi yox. Çiçəyə baxır, otun kilosu neçiyədir deyir? Qadınlar Allah eşqindən, ehtirasından özlərini hədiyyə edirlər. Sevgisinə doya bilmədikləri üçün. Allah Peyğəmbərimiz (s.ə.v)-də müdhiş təcəlli edirdi.