Hürriyyət qəzeti, 6 iyul 2008-ci il
Hürriyyət qəzeti, 6 iyul 2008-ci il
Ötən günlərdə prezident Abdullah Gül, Azərbaycan Respublikanın prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan Qazaxıstanda bir yerə gəldilər. Bu dostanə birlik 6 iyulda “Hürriyet” qəzetində “Arzu edilən portret” xəbərləri ilə gündəmə gəldi.
Hörmətli Adnan Oktar, müsahibələrində bir neçə dəfə Azərbaycan və Türkiyənin “İki dövlət bir millət” olaraq birləşməsini və Ermənistanın da tarixi ədavətləri keçmişdə buraxaraq dostca və qardaşca bir yanaşma içində olmalı olduğunu dilə gətirmişdir. Bu hədəf, may ayının son günlərində “İki dövlət bir millət olaraq Azərbaycan-Türkiyə birləşsin” başlığı altında qəzet elanlarında əks olunmuşdur. Bu elanlar dərhal təsirini göstərmiş və dərhal sonra Azərbaycan, Ermənistan və Türkiyənin ümid verici şəkildə bir yerə gəldiyi görünmüşdür. Bu, əlbəttə çox sevindirici bir hadisədir. Necə ki, Hörmətli Adnan Oktar illərdir Türk-İslam Birliyi, İslamın yüksəlişi, dünyanın sülh və rifah içində yaşaması üçün öndərlik edərək səy göstərməkdə və nəticədə müsbət addımların atılmasına vəsilə olmaqdadır.
Azərbaycan və Türkiyənin bir millət olaraq birləşməsi fikirinin öncüsü olan Hörmətli Adnan Oktarın müsahibələrində mövzu ilə əlaqədar etdiyi açıqlamalar...
8 iyun 2007-ci il tarixində xarici jurnalistlərlə keçirilən mətbuat konfransı...
“Türk dövlətləri ilə Türkiyə indiyə qədər çoxdan birlik olmalı idilər, bu gərəksiz yerə gecikmə davam edir. Konya diyarı nədirsə Azərbaycan da odur. Əskişəhər (Eskişehir) nədirsə Türküstan da odur. Bu dövlətlərin bir dam altında birləşmələri və qardaşca dünya sülhünü qoruyacaq bir güc olaraq aydın xətdə, sevgi dolu, şəfqəti, mərhəməti, insanlığa təqdim edərək bölgədə tarazlıq ünsürü olmasında çox böyük fayda var və bu gecikməməlidir. Türkiyə bölgədə ağırlığını qoysa, anarxiyanın, terrorun ən sıx olduğu bölgə də hüzura qovuşacaq. Yəni Türkiyənin bölgədə lider olması çox həyati mövzudur. Türk millətinin çox xoş insani xüsusiyyətləri vardır. Sevgidə, şəfqətdə, mərhəmətdə, qonaqpərvərlikdə, humanistlikdə dünyaya nümunə olacaq çox üstün qabiliyyətləri vardır. Bu qabiliyyətdə olan insanların bölgədə tarazlıq ünsürü olmasında da çox böyük fayda vardır”.
15 yanvar 2008-ci il tarixli Çay TV müsahibəsi...
Aparıcı: Türkiyənin yenidən Osmanlı dövründəki kimi bölgəyə hakim, əvvəlki gücündə bir ölkə olmasını istəyirsiniz. Dünyaya istiqamət verən bir ölkə olmasını istəyirsiniz. Türkiyə bu mövqeyə gələ biləcəkmi?
Adnan Oktar: Bu, onsuz da əsrlərin mirasıdır. Bütün İslam ölkələri bunu istəyir. Bütün Türk dövlətləri istəyir. Azərbaycandan soruşun, birbaşa Türkiyənin rəhbərliyində olmağı istəyirlər. Azərbaycan Türkiyə ilə sərhədlərimizi qaldıraq tək dövlət olaq deyir.
11 iyun 2008-ci il tarixli Azərbaycan TV müsahibəsi...
Aparıcı: Gələk sizin çox əhəmiyyətlə üzərində dayandığınız bu türk-İslam Birliyi mövzusuna. İndi sizin istədiyiniz Türk-İslam Birliyi. Məsələn, siz bu birliyin Türkiyənin liderliyində qurulmasını istəyirsiniz. Bununla əlaqədar fəaliyyətləriniz var. Hətta konfranslar təşkil edildi. İndi bu quruluş eyni zamanda bir köhnə SSRİ dövrü kimi, Yuqoslaviya dövrü kimi elə bir quruluş olacaq, yoxsa necə olacaq?
Adnan Oktar: Xeyr, xeyr. Bu, könül birliyidir. Mənim düşündüyüm Türk-İslam Birliyində bütün dövlətlər milli dövlət olaraq qalır. Hamısı. Bu, könül birliyidir, yəni sevgi birliyidir, məhəbbət birliyi və ortaq ağıl birliyidir. Məsələn, bir yerdə bir terror baş verəndə ortaq qərar alıb ortadan qaldırmaqdır. İqtisadi çətinlik olduqda ortaq qərar alıb bunu həll etməkdir. Məsələn, bir ölkənin iqtisadi böhran içində olması vəziyyətində ortaq qərar alıb onu qurtarmaqdır.
Aparıcı: Hocam, yaxşı, siz Azərbaycan haqqında nə düşünürsünüz? Bilirsiniz ki, bu gün Azərbaycanın digər dövlətlərdə olduğu kimi işğal altında olan torpağı vardır. Qarabağ torpağı vardır. Bir az əvvəl müsahibənin əvvəlində danışdığımız zaman siz Laçın Koridorundan bəhs etdiniz. Adını belə xatırlamağınız bizim üçün həqiqətən çox heyrətləndiricidir. Çünki bir çox insan onu bilmir. Hocam, bu mövzuda nə düşünürsünüz? Ermənistanın işğalı, bizim torpaqları alması. Daha sonra Qarabağ ilə əlaqədar problemlər, daha sonra Xocalı soyqırımı oldu.
Adnan Oktar: Laçın koridoru illərdən bəri məni çox narahat edən bir mövzudur. O bir an əvvəl mütləq açılmalıdır. İki dövlət bir millət. Əvvəla iki tərəf də Türkdür, iki tərəf də müsəlmandır. Tamamilə süni bir ayrılıq var. Yəni Ankara ilə Konyanı ayırmış kimi bir şey oldu. Bu nə qədər məntiqsizdirsə, iki ölkənin ayrı olması da o qədər məntiqsizdir. Qarabağ problemi Ermənistan ilə məqbul görüşlərlə mütləq bir an əvvəl həll edilməlidir. Çünki bu, onların da lehinədir. Yəni Türkiyəni qarşısına almaq, Azərbaycanı qarşısına almaq, Ermənistan üçün ən son düşünməli olduğu mövzudur. Çox yanlış hərəkətdir. Türkiyəni də Azərbaycanı da özünə dost bilib, yaxın bilib onların dəstəyini axtarmalıdır. Onun üçün bu Qarabağ probleminin bir an əvvəl həll olması, o yolun açılması, koridorun açılması çox vacibdir. Türkiyə ilə əlaqəni təmin edən yoldur. Çox vacibdir. Bu olmayacaq şey deyil. Çox asan baş verər. Yəni diplomatik bir tənzimləmə ilə çox asan olar. Amma əzmkarlıq göstərmək lazımdır.
Aparıcı: On ildən çox zamandır edilə bilmir. Diplomatik hadisələr davam etdirilir.
Adnan Oktar: Böyük ictimai təzyiq lazımdır. Türkiyəni ayağa qaldıracaqsan, Azərbaycanı ayağa qaldıracaqsan, hətta Ermənistanı da ayağa qaldıracaqsan. Yoldaş gəl bu yolu açaq, deyəcəksən. Biz Ermənistana dəstək olaq, iqtisadiyyatını canlandıraq. Gəlin, bizdə çalışın. Biz də sizdə çalışaq. Gəlin, Azərbaycanda istədiyiniz kimi inkişaf edin, iş görün. Azərilər də sizin torpaqlarınızda çalışsın. Amma buranı həll edək. Yəni bu haqsız işğal qalxsın, yolu da açaq. İki dövlət bir millət meydana gəlsin.
Aparıcı: Yəni bununla Türk-İslam Birliyinə ilk addım atılmış olur.
Adnan Oktar: Çox vacibdir. Birinci meyvə budur.
29 may 2008-ci il tarixli “Azərbaycan-Türkiyə” elanından sonra ertəsi gün mətbuatda çıxan xəbərlər
4 iyun 2008, “Yeni Şafak” qəzeti
“Azərbaycan və Türkiyə iki ayrı dövlət tək millətdir”
Baş nazir Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev baş-başa və heyətlərarası görüşlərdən sonra mətbuat konfransı keçirdilər. Cənab Ərdoğan aparılan görüşlərdə iki ölkə arasındakı siyasi, iqtisadi, hərbi, mədəni, ticarət, təhsil kimi sahələrdə əlaqələri nəzərdən keçirdiklərini ifadə etdi. Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin müstəsna xarakter qazandığını vurğulayan baş nazir Ərdoğan, ortaq proyektlərin, iki ölkə arasındakı strateji əlaqələrin gücünü göstərən əhəmiyyətli bir göstərici olduğunu söylədi.
Eyni şəkildə İKT-də (İslam Konfransı Təşkilatı) iki ölkənin həmişə həmrəylik içində olduğunu, Avropa Parlamentində də bunun nümunələrinin olduğunu ifadə edən Ərdoğan, türk dünyasında da Türkiyə ilə Azərbaycan arasındakı həmrəyliyin yaxşı bir nümunə olduğunu ifadə etdi. Ərdoğan, “Aldığımız qərarlarda heç bir zaman şübhəmiz yoxdur. Dərhal, sürətlə gərəyi nədirsə bu edilmişdir. Bundan sonra da edilməyə davam edəcək. Bizim həmrəyliyimiz olmasa, “iki ayrı dövlət, tək millət” anlayışı yerinə gəlməz. Bunu həmişə yerinə yetirməliyik” -deyə danışdı.
“Türkiye” qəzeti
“İrəvana mesaj”
Ərdoğan: Erməni işğalı altındakı Yuxarı Qarabağ üçün bundan sonra da Azərbaycan ilə ortaq hərəkət edəcəyik.
Bir günlük ziyarət üçün Naxçıvana gedən baş nazir Rəcəb Tayyib Ərdoğan, Azərbaycanın prezidenti İlham Əliyev ilə bir araya gəldi. Baş-başa və heyətlərarası görüşlərdən sonra mətbuat konfransı keçirən iki lider Ermənistan işğalı altındakı Dağlıq Qarabağ bölgəsi üçün birlik mesajı göndərdi. Ərdoğan, “Yuxarı Qarabağ məsələsinin Azərbaycanın torpaq bütövlüyü çərçivəsində, beynəlxalq hüquq qanunlarına uyğun olaraq həllə olunmasını arzulayırıq. Bu günə qədər bu mövzunu necə dəstəklədiksə, bundan sonra da eyni dayanıqlılıqla dəstəkləməyə davam edəcəyik” -dedi. Türkiyə ilə Azərbaycan arasındakı həmrəyliyin yaxşı bir nümunə olduğunu izah edən baş nazir Ərdoğan, “Həmrəylik olmasa, “iki ayrı dövlət, tək millət” anlayışı yerinə gəlməz. Bunu həmişə yerinə yetirməliyik” -deyə danışdı.
22 aprel 2008-ci il tarixli “Türkmeneli” TV müsahibəsi...
Adnan Oktar: “Türk İslam Birliyi bir gün belə gecikməməlidir. Dərhal olmalıdır. Bu, hər kəsin lehinədir. Nə NATO-nun əleyhinədir, nə Avropa Birliyinin əleyhinədir, bütün dünyanın lehinədir. Bunda hər tərəfdən çox böyük mənfəət və fayda var. Amma Türkiyənin lider olması şərt görünür”.
5 iyun 2008-ci il, ”Akşam” qəzeti
“İki ayrı dövlət, tək millət”
Ərdoğan və Əliyev Naxçıvanda “həmrəylik” mesajları verdi. Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra birlikdə keçirdikləri mətbuat konfransında Ərdoğan belə danışdı:
- QAFQAZDAKI PROBLEMLƏR ARTIQ HƏLL EDİLSİN: Cənubi Qafqazda sülh, sabitlik və rifah ilə əməkdaşlığın təsisi mövzusunda cənab Əliyev ilə eyni fikirləri paylaşırıq. Yuxarı Qarabağ probleminin Azərbaycanın torpaq bütövlüyü çərçivəsində artıq həllə qovuşdurulması bizlərin də arzuladığı ən əhəmiyyətli mövzudur.
- TÜRK HƏMRƏYLİYİ: Türk dünyasında Türkiyə ilə Azərbaycan arasındakı həmrəylik gözəl nümunədir. Bizim həmrəyliyimiz olmasa, “iki ayrı dövlət, tək millət” anlayışı yerinə gəlməz. Bunu həmişə yerinə yetirməliyik.
Əliyev də, Azərbaycan və Türkiyənin hər mövzudakı mövqelərinin “tamamilə üst-üstə düşdüyünü” -söylədi. Naxçıvanda belə bir görüşün böyük bir əhəmiyyəti olduğunu qeyd edən Əliyev, “Çünki Naxçıvan, Azərbaycanın Türkiyə ilə quru sərhədi olan tək bölgəsidir. Türkiyə 1990-cı illərdəki böhran dövründə (Ermənistan tərəfindən edilən) blokada altındakı Naxçıvan üçün ciddi rol oynadı” -dedi.