Türkiyə üçün federasiya təhlükəlidir
ucgen

Türkiyə üçün federasiya təhlükəlidir

637

Türk xalqı, tarixində ilk dəfə öz prezidentini seçəcək. Respublikanın başında kimin duracağını xalq özü təyin edəcək. Elə bu səbəbdən Türkiyədə bir ay sonra baş verəcək prezident seçkiləri üçün hazırlıqlar əvvəlki seçkilərdən daha fərqli bir atmosferdədir.

Böyük rəqabətin müxalifətçi partiyaların namizədi İslam Əməkdaşlıq Təşkilatının sabiq rəhbəri Əkmələddin İhsanoğlu (Ekmeleddin İhsanoğlu) ilə namizədliyini iyulun əvvəlində açıqlayan Baş Nazir Tayyib Ərdoğan (Tayyip Erdogan) arasında keçəcəyi artıq məlumdur. Türkiyə üçün hər ikisi də güclü namizəddirlər. Çünki güclülər Türkiyə seçimini daima sağ mərkəzli ediblər. Əsas müxalifətçi partiyanın sol görüşlü olmasına baxmayaraq, İhsanoğlu kimi sağ görüşlü bir namizədə üstünlük verməsi də bunun açıq sübutlarından biridir.

Bir tərəfdən seçki ilə bağlı mübahisələr davam edərkən, bir tərəfdən də Türkiyədə sistem dəyişikliyi ilə bağlı müxtəlif fikirlər yaranır. Görəsən Türkiyə prezidentlik sisteminə keçəcəkmi? Bir neçə il əvvəl ilk dəfə dilə gətirilən bu mövzu prezident seçkiləri ərəfəsində daha çox müzakirə olunur. Gəlin analiz edək.

Türkiyədə prezidentlik sistemi xüsusilə yaşadığımız dövrdə olduqca böyük problemləri özü ilə gətirəcək bir sistemdir, yəni ki təhlükəlidir. Bunun səbəbini belə açıqlayaq:

Prezidentlik sistemi dünyanın müxtəlif ölkələrində tətbiq olunur və demək olar ki, hamısı federasiya mexanizminə sahibdir. Çünki prezidentlik sistemi zaman içində tək bir liderin hakimiyyətindəki totalitar rejimlərə çevrilmə ehtimalı daşıyır, demokratiyanın sağ və güclü qalması üçün hər bölgənin müstəqil bir qərar mexanizminin olduğu regional federasiya tələb edilir. Belə ki, Türkiyə üçün də prezidentlik sisteminin federasiyaya yol açması ehtimalı vardır.

Problem isə bu məqamda ortaya çıxır. Bu sətirlərdə dəfələrlə dilə gətirdiyim kimi, Türkiyənin cənub-şərqində çoxdandır terror ilə gündəmə gəlmiş bir kommunist PKK (Partiya Karkeren Kurdistan – Kürdüstan Fəhlə Partiyası) problemi vardır. Bir atəşkəsi də özü ilə gətirən həll etmə prosesinin ardınca PKK terror təşkilatı və onun Türkiyədəki siyasi dəstəkçiləri ifadələri dəyişdirmiş və “demokratik muxtariyyət” ifadəsini gümdəmdə tutmuşdur. Bu, bölünməni zərərsiz, problemsiz kimi göstərərək xalqı və rəhbərliyi bir növ razı salma metodu, bir maska dəyişməsidir.

Məlum olduğu kimi, Türkiyə Avropa Birliyinə rəsmi namizədliyini irəli sürdükdən sonra Avropa Birliyinin konstitusiyasını da qəbul etmək məcburiyyətində qalmışdır və bu konstitusiyaya tabedir. Türkiyə üçün bu konstitusiyadakı ən problemli maddələrdən biri də yerli rəhbərlikdəki muxtariyyət şərtidir. Bu maddəyə görə 2005-ci ildən etibarən, əyalət  məclislərinə və bələdiyyələrə müxtəlif səlahiyyətlər verilmişdir. Cənub-şərqdə bələdiyyələrin böyük qisminin PKK-nın dəstəklədiyi bir partiyanın yoxlamasında olduğu burada xatırladılmalıdır. Bələdiyyələr əvvəlkindən daha çox olan səlahiyyətlərini idarəçilik mövzularındansa ideoloji bir çalışma cədvəli daxilində istifadə edirlər. Xalq üçün muxtariyyət normal göstərilməyə çalışılır, kürd-türk ayrıseçkiliyi ilə təbliğat aparılır və təhsli vasitəsilə ayrıseçkilik psixologiyası təməlləri atılır. Dəyərli kürd xalqının özlərini əzəcək bir kommunist sistemin təsiri altında olduqlarını bilmədən, muxtariyyətin cazibəsinə qapılacaqları düşünülür.

Yenə Avropa Birliyi qanunları çərçivəsində Türkiyə 2006-cı ildən etibarən, İnkişaf Agentlikləri adlandırılan bir sistemi qüvvəyə mindirmişdir. Buna görə Türkiyə 8 ayrı bölgəyə bölünmüşdür və burada qurulacaq inkişaf heyətləri xarici ölkələrlə münasibətlərində belə sərbəst hala gətiriləcəkdir. Bu PKK tərəfdarı olan bəzi siyasətçilər tərəfindən dilə gətirilən Türkiyənin 26 bölgəyə ayrılması və nəhayət cənub-şərqin Türkiyədən qoparılması layihəsinin ilk mərhələsi şəklində anlaşılır. Dolayısı ilə böyük risklər daşıyır.

Rəhbərlik sisteminin Öcalan başda olmaqla, PKK tərəfdarları arasında dəstək görməsinin ən böyük səbəbi göründüyü kimi, federasiyaya qapının açıq olmasıdır. Hələ indidən “demokratik muxtariyyət zərərsizdir” deyə ortaya çıxan bölünmə tərəfdarları “Türk bayrağının yanında bir də öz bayrağımız pis olmaz” ifadələrini düşüncəsizcəsinə dilə gətirir, “öz müdafiə qüvvələri” adı altında öz hərbi qüvvələrini qurmağı planlayır, hətta öz məhkəmə sistemlərini həyata keçirirlər. Bütün bunlarda məqsəd cənub-şərqdə bir kommunist dövlət qurmaq və kürd qardaşlarımızı təzyiq və zülüm altında yaşatmaqdır. Həmin şəxslərin cənub-şərqdə bir növ icma həyatından bəhs etmələri vəziyyətin gərginliyini görmək baxımından əhəmiyyətlidir.

İraqın şimalında kürd muxtariyyət bölgəsinin “müstəqillik üçün referenduma gedə bilərik” açıqlamalarının ardınca Türkiyənin cənub-şərqindəki vəziyyət daha çox diqqət çəkir. Nə qədər İraqın ərazi bütövlüyündən yana olsaq da, İraqdakı kürdlərin müstəqilliyi, şübhəsiz, öz qərarlarıdır. Lakin bu məqamda təxminən 100 ildir ki, mövcud olan “böyük Kürdüstan planı unudulmamalıdır. Əgər İraqdakı kürdlərin müstəqilliyi bir başlanğıc olaraq görüləcək və bir gün AB və ABŞ tərəfindən Türkiyədə müstəqil bir dövlət dəstəklənəcəksə, yeni bir Şimali Koreyanın inşasına –bilərək və ya bilməyərək –başlamış olacaq. ABŞ özünə müttəfiq axtararkən, hər yöndən dəstək almış bir kommunist dövlət ilə qarşılaşacaq. Kürd qardaşlarımız böyük bir zülüm ilə üzləşəcək, Yaxın Şərq kimi bir ərazidə mütləq güclü qalması lazım olan Türkiyə, bölünmüş ölkəsi və yanındakı kommunizm dəhşətinə görə zəifləyəcək. Belə bir şeyə icazə verə bilmərik.

Türkiyədə belə böyük bir təhlükə olmasaydı, federativ sistem bir problem olmaya bilərdi. Lakin yenə bu mərhələdə federativ sistemlərin ABŞ kimi bir-birindən qopmuş parçaların birləşməsi ilə yarandığı unudulmamalıdır. Türkiyə isə Osmanlının devrilməsindən geriyə qalan son parçadır və 600 ildir bir bütündür. Belə bir ölkəni hissələrə ayırmaq böyük təhlükələr varkən, əsla düşünülməməlidir. Əgər bir federasiya istənilirsə, son əsrdə bölünərək parçalanmış, bir-birindən uzaqlaşmış bir ərazidə bir birlik yaradılması ilə işə başlanılmalıdır. Yaxın Şərq ölkələrini sevgi təməli üzərində bir yerdə tutan bir birlik... Lazım olan tək şey budur.

Adnan Oktarın Arab News'də nəşr olunan məqaləsi:

http://www.arabnews.com/news/596761


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr