Qavs həzrətləri bir söhbətində:"Övliya yetişdirmə məktəbləri olan təriqət, artıq iman qurtarma məktəbləri halına gəldi. Keçmiş zamanlardan insanlar illərlə gəzər, özlərinə şeyx axtarardılar. İndi isə şeyxlər qapı-qapı gəzib müsəlmanları imanlarının xilas olması üçün çağırır və yığırlar. Şahi-Xəzn (Əhməd Xəznəvi) Ümməti-Məhəmmədin imanını qurtarmağa çalışdı. YOXSA BU ZAMANDA TƏRİQƏT MƏSƏLƏSİ DEYƏ BİR ŞEY OLMUR. İNDİ BAŞ QATIRIQ. MƏQSƏD İMANI QURTARMAQDIR. TAM HİDAYƏT MEHDİ (Ə.S) ZAMANINDA OLACAQ."
Qavs həzrətlərindən soruşulub: Əfəndimiz, bu qədər cəzbə əhli, söhbət əhli, virdi əhli vardı. İndi hamısı tənbəllik edirlər. Bu nə üçün belə olur? Qavs həzrətləri buyurmuşdur: "Ona görə ki, artıq hidayət qalmamışdır. Bizimki bu zamanda, vallah bir vəziyyəti-mühafizə, hiyləgərlik kimi bir şeydir. ÇÜNKİ TAM HİDAYƏT İNDİ HZ. MEHDİ (Ə.S)-IN ƏLİNDƏDİR. TAM MƏNASIYLA O HİDAYƏT EDƏCƏK. Biz isə uşaq-muşaq necə aldadılırsa, əyləndirilirsə, elə edirik "(Şeyx Seyid Məhəmməd Raşid Erol (k.s)-nin həyatı, dr. A. Selahaddin Kınacı, səh. 87)