Son iki aydan bəri Kəşmirdə davam edən qarşıdurmalar 140 müsəlmanın həyatını itirməsinə səbəb oldu. Bir müddət əvvəl Hind polisinin atdığı qaz bombası nəticəsində 17 yaşlı gəncin həyatını itirməsi, Kəşmir xalqının etiraz üçün küçələrə axın etməsinə səbəb oldu. Hind polisi isə bunun qarşısını güc tətbiq edərək mane olmağa çalışır. Xahişimiz, bölgədəki hadisələrin tez bir zamanda yoluna qoyulması, daha çox itki vermədən kəşmirli müsəlmanların rahat və firavan yaşaya biləcəkləri mühiti formalaşdırmaqdır.
Kəşmirdə bu gün yaşanan hadisələrin səbəbini düzgün başa düşmək üçün Kəşmirdə son 60 ildir baş verənləri qısaca araşdırmaq kifayətdir. Amma ilk öncə çox vacib məsələni vurğulamaq lazımdır: Keçmişdə Kəşmirdə bir çox məzlum müsəlmanın şəhid edildiyi, şikəst buraxıldığı, irqi ayrı-seçkilik nəticəsində zülmə uğradıqları acı həqiqətdir. Hal-hazırda da Kəşmirdə müsəlmanların əsas hüquq və azadlıqları pozulur. Ancaq, Kəşmir xalqı bunun qarşısını almaq üçün güc tədbirlərindən istifadə etməməlidir. Bu yolla heç bir nəticə əldə edilməyəcək, əksinə daha çox itki olacaqdır. Kəşmir müsəlmanları elm, mədəniyyət, maarifləndirmə yolu ilə bu zülmün mənbəyi olan, insanları mərhəmətsizliyə, eqoizmə, zorakılığa yönəldən ideologiyaları yox etmək üçün cəhd etməli, dəccaliyətin ən böyük silahlarından biri olan dinsizliyin aradan qaldırılması üçün çalışmalıdırlar. Kəşmir xalqının istəyi, öz torpaqlarında azad və təhlükəsiz şəraitdə, digər inanclardan və irqlərdən olan insanlarla sülh içində yaşamaqdır. Buna nail olmağın tək yolu isə Allahın Quranda bildirdiyi əxlaqın yayılması, insanların bu əxlaqa görə hərəkət etməsidir. Öz hüquq və azadlıqlarını tələb edərkən, etirazlarını bildirərkən bunun qanuni sərhədlər daxilində edilməsi, zorakılıq metodlarının tətbiq edilməməsi çox əhəmiyyətlidir. Çünki bunların heç biri Quran əxlaqına uyğun deyil.
Quran əxlaqına uyğun olan - yaşadığımız axır zaman dövründə Peyğəmbərimizin (s.ə.v.) bizə göstərdiyi yola uyğun olaraq dəccaliyətin fərqində olmaq, dəccaliyəti təsirsiz hala gətirəcək olan Hz. Mehdi (ə.s)ın tələbələrindən olmaq üçün cəhd göstərmək, Allahın əmr etdiyi kimi olmaq, bütün imkanları səfərbər edərək bu fitnənin təməl dayağı olan Darvinizmə, materializmə, ateizmə, dinsizliyə qarşı fikri və elmi mübarizə aparmaqdır.
Sırf müsəlman olduqları üçün zülm görən Kəşmir xalqı
Məlum olduğu kimi Hindistan yarımadası II Dünya müharibəsinin sonuna qədər İngilislərin hakimiyyəti altında idi. İngilislər yarımadanı tərk etdikdən sonra hindli müsəlmanlar Pakistan dövlətini qurmuşdular. Bunun nəticəsində Hindistanda yaşayan bir çox müsəlman Pakistana köçmüşdü. Hindistan, Pakistan və Çin sərhədlərində olan Kəşmirin "Şüşəmi Kəşmir" adlandırılan hissəsi, əhalisinin 67%-i müsəlman olmasına baxmayaraq Hindistanın asılılığında qalmışdı. Həmin dövrdən etibarən Şüşəmi Kəşmirdə (2001-ci ilin statistikasına əsasən) təxminən 4 milyon müsəlman zülm və təzyiq altında yaşayır.
1947, 1965 və 1971-ci illərdə Kəşmirli müsəlmanlar müstəqilliklərini qazanmaq istəsələr də soyqırıma məruz qalmışdılar. Bu qırğınlarda on minlərlə kəşmirli müsəlman şəhid edilmiş, 4 mindən çox qadın işgəncə və təcavüzə məruz qalmışdı.
90-cı illərdə isə Hind rəhbərliyi təzyiqləri daha da artıraraq minlərlə müsəlmanı səbəbsiz yerə həbs etmiş, işgəncə verərək şəhid etmişdir. Bundan başqa, evlər dağıdılmış, İslami təhsil verən məktəblər, qəzetlər bağlanmış, anbar qapaqları açılaraq Şüşəmi Kəşmir və Pakistan su altında buraxılmışdı. Bu hadisələr minlərlə insanın həyatını itirməsinə və çox böyük məbləğdə maddi ziyanların meydana gəlməsinə səbəb olmuşdur. Bu günə kimi Kəşmirdə təxminən 80 min müsəlmanın şəhid edildiyi, minlərlə insanın Hindistan həbsxanalarında zülm gördüyü və 10 min nəfərin itkin düşdüyü məlumdur. Kəşmir xalqına qarşına edilən zülmün, həbslərin, işgəncələrin, iqtisadi embarqoların əsas səbəbi isə Kəşmir xalqının müsəlman olmasıdır. Müxtəlif zorakılıqlar edərək müsəlmanların birlik olub güclənmələrinə maneə olmağa çalışırlar.
Bu günə kimi təxminən 80 min Kəşmirli Hindistanın zülmü nəticəsində həyatını itirmişdir.
Bir çox Avropa ölkəsi edilən zülmlər qarşısında səssiz qalır
Bəzi Avropa ölkələri, Cənubi Asiyadakı maraqlarına zərər gəlməsin deyə Kəşmir xalqına qarşı edilən zülm qarşısında səssiz qalır, Hindistan isə müsəlman Kəşmir xalqını əzməyə davam edir. Bəzən beynəlxalq kütləvi informasiya vasitələri Kəşmir hadisələrini gündəmə gətirsələr də, illərdən bəri davam edən zülmü "Hindistana aid bir bölgədəki daxili üsyan" şəklində əks etdirirlər. Bir sözlə işgəncələr, cinayətlər, insanlığa sığmayan hərəkətlər lazımı qaydada işıqlandırılmır, edilən zülmlər pislənmir. Halbuki, Kəşmir müsəlmanlarının tək istədikləri dinlərini rahat yaşaya biləcəkləri, uşaqlarını təhlükəsiz şəraitdə böyüdə biləcəkləri torpağa sahib olmaqdır.
Bütün müsəlmanlar Kəşmirli qardaşlarımızı zülm və əsarətdən qurtarmaq üçün üzərinə düşən vəzifəni təcili olaraq yerinə yetirməlidirlər
Allah Quranın bir çox ayəsində möminləri bir-birlərinin vəliləri olduğunu bildirmiş, ehtiyac içində olduqlarında bir-birlərinə dəstək olmağı, bir-birlərini qorumalarını əmr etmişdir:
Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar (hayandırlar). Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Tövbə Surəsi, 71)
Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! (Ali-İmran Surəsi, 103)
Allah möminlərin zülm qarşısında bir-birlərinə dəstək olmaları barədə isə belə bəhs edir:
O kəslər üçün ki, Rəbbinin dəvətini qəbul edər (iman gətirər), namaz qılar, işlərini öz aralarında məsləhət-məşvərətlə görər, onlara verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər. Və o kəslər üçün ki, onlar zülmə (təcavüzə) məruz qaldıqda (həddi aşmadan) intiqam alarlar (zalımdan zülmü müqabilində əvəz çıxar, caniyə də etdiyi cinayətin cəzası nədirsə, onu verərlər). (Əş-Şura Surəsi, 38-39)
Bu gün bütün müsəlmanların Allahın bu əmrlərini yerinə yetirmə vaxtıdır. Unudulmamalıdır ki, Kəşmirdə sırf müsəlman olduqları üçün işgəncə görən, şəhid edilən, şikəst olan hər bir müsəlmana görə bütün İslam aləmi məsuliyyət daşıyır. Allahın izni ilə həmin insanların xilas edilməsi, yaşadığımız axır zamanda Hz. Mehdi (as)ın mənəvi öndərliyində birləşən İslam aləmi ilə mümkün olacaq. Buna görə bütün dünyadakı möminlər zülm görən qardaşlarını xilas etmək üçün vaxt itirmədən üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Bunun yolu isə İslam Birliyi, yəni İslam dünyasının birlik olmasıdır. Baş verən haqsızlıqlar, zülm, zorakılıq, qarşıdurma ancaq İslam Birliyi ilə sona çatacaq. Yalnız İslam Birliyi qurulduğunda müsəlmanlar heç bir zülmə məruz qalmadan, rifah içində öz torpaqlarında yaşayacaqlar.
Kəşmirli müsəlmanlar bütün müsəlman aləminin köməyini gözləyir.