İnsan orqanizmini çox mürəkkəb elektrik dövrələrindən ibarət təkmil kompyuterə bənzədə bilərik. Bu dövrələri təşkil edən hissələrdən biri olmadıqda və ya düzgün yerləşdirilmədikdə kompyuter işləməz. İnsanın yeriməsi və hərəkət sistemi də bu kompyuterdəki dövrələrdən biri kimidir. Təkcə bu dövrəni təhlil etmək belə insan orqanizminin nə qədər böyük möcüzə olduğunu anlamaq üçün kifayətdir.
Hamımız çox kiçik yaşımızdan heç çətinlik çəkmədən yeriyirik. İnsanın həyatda ilk öyrəndiyi şeylərdən biri yeriməkdir. Yeriməyə başlamazdan əvvəl əsla özümüzə “görəsən addımımı hansı bucaq altında atım?”, “ayağımı belə bassam, müvazinətimi itirərəm?”, “bu maneəni keçmək üçün ayağımı nə qədər yuxarı qaldırmalıyam?”, “ayağımı çox qaldırsam, yıxılarammı?” kimi suallar verməmişik. Yerimək bizim üçün həmişə çox sadə proses olub.
Yerimənin ilkin şərti bədəni daşıyan xüsusi sistemdir. Orqanizmimizdəki daşıyıcı sistem digər orqanları daşıdığı kimi, əlavə yükləri də qaldıra bilir. Məsələn, bud sümüyü şaquli vəziyyətdə ikən bir ton ağırlığa tab gətirir. Skelet sisteminin orqanizmimizdəki ən əsas xüsusiyyətlərini qısaca nəzərdən keçirək:
Sümüklərin əsas funksiyası bədəni daşımaqdır. İnsan bədəninin ağırlığının təqribən 20%-ni sümüklər təşkil edir. Yəni 16 kq-lıq sümük 80 kq-lıq bədəni daşıyır. Hər addım atdıqda sümüklərimizə bədən ağırlığımızın 3 misli qədər yük düşür. Hətta şüvüllə tullanan idmançı yerə düşərkən bud sümüyünün hər sm2-inə 1400 kq təzyiq düşür. Bəs sümükləri bu qədər möhkəm edən nədir? Sualın cavabını sümüklərin bənzərsiz quruluşunda tapmaq olar.
İnsanın istifadə etdiyi ən möhkəm və istifadəyə yararlı məmulatlardan biri poladdır. Çünki polad həm möhkəm, həm də elastikdir. Ancaq sümüklər bərk poladdan da möhkəmdir. Habelə sümük poladdan 10 dəfə çox elastikdir. Sümüklər yüngüllük baxımından da poladdan üstündür. Polad insan skeleti ilə müqayisədə 3 dəfə ağırdır.
Sümüklərin daxili quruluşu insanların binalarda və körpülərdə istifadə etdiyi qəfəs tikinti sisteminə bənzəyir. Sümüklərin içindəki sistem insanların təkmilləşdirdiyi sistemdən daha üstün və mürəkkəbdir. Bu forma sümüklərin həm çox möhkəm, həm də yüngül olmasını təmin edir. Sümüklərin içi çölü kimi bərk və dolu olsaydı, ağır olardı. Bir addım atmaq üçün böyük qüvvə və enerji sərf etməli olardıq. Habelə içi dolu olan sümüklər daha möhkəm və kövrək olardı. Atılan ilk addımda və ya sıçrayışda dərhal çatlayar və ya qırılardılar.
Ağır yük daşıyan onurğa
İnsanın rahat hərəkət etməsini, yeriməsini təmin edən başqa bir sistem isə onurğadır. Onurğa “fəqərə” adlanan 33 kiçik yuvarlıq sümüyün bir-birlərinin üstündə ardıcıl düzülməsindən əmələ gəlir. Bu sümüklərin içində onurğa beyni adlanan çox mühüm sinir sistemi şəbəkəsi yerləşdirilmişdir.
Skelet sistemimizdə bədənin yuxarı hissəsinin ağırlığını onurğa daşıyır. Hər addım atdıqda onurğamızı təşkil edən fəqərələr bir-birlərinə sürtünərək hərəkət edirlər. Belə olan halda fəqərələr zaman keçdikcə aşınaraq formaları pozulmalıydı. Ancaq belə olmur. Fəqərələrin arasına yerləşdirilmiş qığırdaqdan ibarət disklər avtomobil təkərlərindəki yükü aradan qaldıran amortizatorlar kimi fəaliyyət göstərərək aşınmanın qarşısını alırlar.
Onurğanın S şəkilli quruluşu üzərinə düşən yükün bərabər paylanmasını təmin edir. Yerimək üçün hər addım atdıqda bədənimizin ağırlığına görə yerdən bədənimizə doğru itələmə qüvvəsi təsir edir. Bu qüvvə onurğadakı amortizatorlar və onurğanın qüvvə paylayıcı forması sayəsində orqanizmə zərər vermir. Əgər itələmə qüvvəsini azaldan amortizatorlar və S şəkilli forma olmasa, hər addım atdıqda əmələ gələn itələmə qüvvəsi birbaşa kəllə sümüyünə ötürülər və onurğanın yuxarı ucu kəllə sümüyünü parçalayaraq beyinə girərdi.
Nə üçün oynaqları yağlamağa ehtiyac yoxdur?
Hərəkətli mexaniki hissələr bir-birlərinə sürtündükləri üçün vaxt keçdikcə aşınırlar. Buna görə, adi qapı rəzəsindən motora qədər hər hərəkətli mexaniki sistemi yağlamağa ehtiyac var. Ancaq yağlama aşınmanın qarşısını tamamilə almır, ləngidir. İstər yeriyərkən, istər də başqa hərəkətlər zamanı oynaqlarımız ömür boyu hərəkət edirlər. Buna baxmayaraq, heç vaxt onları yağlamağa ehtiyac olmur. Bəs bu, necə olur? Elm adamları araşdırmalar nəticəsində heyranedici sistemlə bunun qarşısının alındığını gördülər: oynaqların sürtünmə səthləri incə və məsaməli qığırdaq təbəqəsi ilə örtülüdür və bu təbəqələrin altında sürüşkən maye var. Sümük oynağın bir hissəsinə təzyiq göstərdikdə bu maye məsamələrdən çölə sızır və oynağın üzərinin yağ kimi sürüşkən olmasnı təmin edir.
Sümüklərə dəstək olan ayaqlar
Yerimə zamanı ayaqlar ən mühüm funksiyanı yerinə yetirirlər. Ayağın altının qövsvari forması bədənin ağırlığına qarşı sümüklərə dəstək olur. Qövsvari forması olmayan bəzi ayaqlar buna görə, yerimə çətinliyi çəkirlər. Qövsvari forma dışıyıcı sistemləri möhkəmləndirdiyi üçün insanlar da binaların və körpülərin tikintisində bu formadan istifadə edirlər.
Ayağa qalxdıqda ayaqlarınıza düşən ağırlıq əllərinizə düşsə, nə baş verərdi? Bunun üçün əlinizi stolun üstünə qoyub üzərinə 70-80 kq yük yerləşdirdiyimizi fərz edək. Belə olduqda çox qısa müddət sonra toxumalarınız əzilər, damarlarınız partlayar, hətta sümükləriniz ətinizi parçalayardı. Ancaq gün ərzində insanın bədənini daşıyan ayaqlarda nə damarlar partlayır, nə də toxumalar əzilir. Çünki ayaq yük daşımaq üçün xüsusi dizayn edilmiş orqandır. Ayağın altı bədənin ağırlığının mənfi təsirini aradan qaldıran xüsusi yastığabənzər quruluşa malikdir. (Harun Yahya, “İnsan Mucizesi”)
Əzələlərdəki mikroskopik motorlar
Mükəmməl quruluşa malik olsa da, daşıyıcı sistem təkbaşına yerimək üçün kifayət deyil. Daşıyıcı sistemi hərəkətə gətirən əzələ sistemi olmalıdır. Bədənimizdəki hərəkətləri təmin edən əzələlərin içində milyardlarla mikroskopik motor var. Bu motorlar əzələ lifləridir. Bədənimizdə 6 milyarddan çox motor var. Bu kiçik motorlar bizə su içirir, avtomobil idarə etdirir, yeridir, danışdırır, ürəyimizi döyündürür, gözümüzü qırpdırır, nəfəs aldırır, yemək yedirir, boynumuzu çevirməyimizi təmin edir.
Yeriyərkən 100-ə yaxın əzələ işləyir. Bu qədər çox əzələnin işləməsinə baxmayaraq, yerimə zamanı çox az enerji sərf olunur.
İnsanın yeriməsi, habelə hərəkət etməsi üçün əzələlərlə sümüklər bir-birlərinə bağlanmalıdır. Əzələlər sümüklərə xüsusi toxuma ilə bağlanırlar. Əgər bu bağ daha boş olsaydı, sümük əzələdən ayrılardı. Əgər daha sıx olsaydı, əzələlər hərəkət edə bilməzdi. Şübhəsiz ki, bu bağlayıcı toxumanın quruluşunu müəyyən edən nə sümüklər, nə əzələlər, nə də bu toxumanı əmələ gətirən hüceyrələrdir. Nə hüceyrənin, nə də toxumanın şüuru var. Bu məlumatların hər hansı şəkildə hüceyrəyə yerləşdirilməsi də mümkün deyil. Ona görə, hüceyrələrə məlumatı yerləşdirən, necə hərəkət etmələrini öyrədən, bir sözlə, onları idarə edən bir güc var. Bu, Allahın bənzərsiz yaratma sənətinin dəlilidir.
Orqanizmdəki həssas müvazinət mexanizmi
Yerimək, habelə hərəkət etmək üçün ən mühüm şərtlərdən biri müvazinətdir. Nə qədər mükəmməl əzələ və skelet sisteminiz olsa da, bu sistem olmadan müvazinətinizi saxlaya bilməzsiniz. Bütün bədənimizə hər saniyə nəzarət edən və tənzimləyən müvazinət sistemimizin əsas hissəsi daxili qulaqda yerləşir.
Bu, olduqca kiçik və mürəkkəb sistemdir. Bu sistem xüsusi maye ilə dolu6.5 mmdiametri olan kanallar və bu kanallarda reseptor funksiyasını yerinə yetirən tükcüklü hüceyrələrdən ibarətdir. Biz başımızı sağa-sola çevirdikdə, yeridikdə və ya hərəkət etdikdə bu yarımdairələrin içindəki maye hərəkət edir və tükcükləri titrədir. Tükcüklərdəki bu titrəyiş eynilə ilbizdə olduğu kimi, tükcüklərin bağlandığı hüceyrələrin ion müvazinətini dəyişdirir və elektrik impulsu əmələ gətirir. Daxili qulaqdakı labirintdə əmələ gələn bu elektrik siqnalları labirintdən çıxan sinirlər vasitəsilə beynimizin arxa tərəfindəki beyinciyə ötürülür. Beyincik daxili qulaqdakı labirintdən gələn bu məlumatları hər an şərh edir. Ancaq bu müvazinəti təmin etmək üçün başqa məlumatlara da ehtiyac var. Buna görə, beyincik gözlərdən və orqanizmin hər tərəfindəki əzələlərdən də müntəzəm məlumat alır. Bütün bu məlumatları çox sürətlə təhlil edir və orqanizmin yerin cazibə qüvvəsinə görə vəziyyətini hesablayır. Bundan sonra bu hesablamaya əsasən, əzələlərin necə hərəkət edəcəklərini müəyyən edir. Nəticə əzələlələrə sinirlər vasitəsilə bildirilir. Bu qeyri-adi proseslər saniyənin 100-də 1-indən az müddət ərzində baş verir. Biz də daxilimizdə baş verən bu möcüzədən bixəbər asanlıqla yeriyir, qaçır, ən çətin idman hərəkətlərini edirik. Halbuki bu işlərin bircə anı üçün orqanizmimizdə baş verən hesablamaları kağız üzərinə köçürsək, minlərlə səhifə tutar.
Bu gün elm adamları ciddi elmi fəaliyyətlər nəticəsində insan kimi iki ayağı üstündə dik yeriyən, pilləkənləri çıxan robotlar istehsal etməyi bacarıb. Amma bizim bu robotlarla müqayisə edilməyəcək qədər çox hərəkət qabiliyyətimiz var. Onlarla mühəndisin illərlə üzərində işlədiyi və yüz milyonlarla dollar sərf edilərək istehsal olunan bu robotlar yıxıldıqda ayağa qalxa bilmirlər. Halbuki 2 yaşlı körpə belə mükəmməl koordinasiya və müvazinət sistemi sayəsində ayağa qalxa bilir. Çünki insan bu robotlardan fərqli olaraq mükəmməl müvazinət və koordinasiya sistemi ilə yaradılmışdır.
Hərəkət üçün lazımi sümüklərin, əzələlərin bir-birlərilə və bədəndəki digər sistemlərlə həmahəng işləməsi koordinasiya adlanır. Orqanizmimizdə gözlərdən, daxili qulaqdakı müvazinət mexanizmindən, əzələlərdən, oynaqlardan və dəridən gələn məlumatları dəyərləndirərək nizamlayan mükəmməl sistem var. Bu sistem hər saniyə milyardlarla məlumatı şərh edir və bunlara uyğun olaraq yeni qərarlar verir.
Bütün bunlar bir həqiqəti üzə çıxarır: yerimək üçün lazımi sistem təsadüfən əmələ gələ bilməz. İnsan mükəmməl sümük quruluşuna və qüsursuz hərəkət-dayaq sisteminə malikdir. Daha əvvəl də bildirdiyimiz kimi, bu sistem sayəsində asanlıqla yeriyir, hərəkət edir, qaçırıq. Şübhəsiz ki, elm adamları və mühəndislər bütün bunları elm sahəsində uzunmüddətli təcrübələrdən sonra müəyyən edə biliblər. Bəs bundan milyon illər əvvəl heç bir elm adamı və ya mühəndis yox ikən bu cür mükəmməl sistem necə ortaya çıxmışdır?
Gəlin düşünək:
Hərəkət sistemimiz tam olub, amma daşıyıcı sistemimizdəki sümüklərin uzunluğu, ağırlığı, elastikliyi və ya möhkəmliyində kiçik bir fərq olsaydı, nəinki yeriyə, heç hərəkət də edə bilməzdik.
Hərəkət sistemimiz tam olub, lakin onurğamız S şəkilli olmasaydı, yeriyə bilməz və bugünkü kimi hərəkət edə bilməzdik.
Hərəkət sistemimiz tam olub, amma oynaqlarımızdakı yağlayıcı sistem olmasaydı, yeriyə bilməz, qolumuzu hərəkət etdirə bilməzdik.
Ayağımızın altının qövsvari forması olmasaydı, ayaqlarımız bədənimizi daşıya bilməz və dik yeriyə bilməzdik.
Əzələlər sümüklərə daha sıx və ya boş birləşsəydi, bircə addım da ata bilməzdik.
Diz qapağımız diz oynağına daha yaxın olsaydı, aşınardı.
Bud sümüyü çanaq sümüyünə fərqli bucaq altında birləşsəydi, əsla dik yeriyə bilməzdik.
Bütün bunlar bu sualı doğurur: mükəmməl mexanizm kimi işləyən bədənimiz necə əmələ gəlib? Ağıl və vicdan sahibi insan bu orqanizmin yaradıldığını anlayar. Bu orqanizmin təsadüflər nəticəsində əmələ gəldiyini irəli sürən təkamülçülərin iddiası çox gülüncdür. Çünki təkamülçülər təsadüflərin bir-biri üzərinə əlavə olunaraq orqanizm əmələ gətirdiyini irəli sürürlər. Halbuki insan orqanizmi ancaq bütün orqanları birlikdə mövcud olduqda funksionaldır. Böyrəksiz, ürəksiz, bağırsaqsız insan yaşaya bilməz. Bu orqanlar mövcud olsa da, əgər funksiyalarını yerinə yetirə bilmirlərsə, yenə də insanın yaşaması qeyri-mümkündür. Deməli, insan orqanizmi yaşamaq və nəslini davam etdirmək üçün tam halda mövcud olmalıdır. İnsan orqanizmi bir anda, tamamilə bütöv şəkildə mövcud olub, yəni yaradılıb. Allah Quranda insanın yaradılışını belə açıqlamışdır:
”Sizi Biz yaratdıq. Bəs nə üçün təsdiq etmirsiniz? Axıtdığınız nütfəni gördünüzmü? Onu siz yaradırsınız, yoxsa Biz? Sizin aranızda ölümü Biz müəyyən etdik və heç nə Bizim qarşımızı ala bilməz. Sizi bənzərləriniz ilə əvəz etməyə və sizi özünüz bilmədiyiniz başqa bir şəkildə yaratmağa (Bizə mane olan tapılmaz)” (Vaqiə surəsi, 57-61)