İnsanlar həmişə dinc, güvən içində yaşadıqları, dostluq və sevincin olduğu mühit istəyərlər. Ancaq bunu istəyərkən belə mühitin meydana gəlməsi üçün bir səy göstərməz, hətta şəxsən özləri hüzuru və rahatı qaçırarlar. Hüzur, dostluq və təhlükəsizlik yaratmağı isə hər kəs qarşı tərəfdən gözləyər. Bu ailə içi əlaqələrdən, bir şirkət işçilərinə, ictimai hüzurdan ölkələrarası əlaqələrə qədər belədir. Halbuki gözəlliklər, dostluqlar, hüzur və güvən fədakarlıq istəyər. Əgər hər kəs öz istəyinin olmasını istəsə, hər kəs danışıqda və qərarlarda özünün üstün gəlməsi üçün səy göstərsə, hər kəs öz rahatını düşünər, fədakarlıq etməzsə, əlbəttə ki, insanlar arasında qarşıdurmalar və narahatlıqlar olacaq. Ancaq Allahdan qorxan möminlər fərqli davranarlar. Onlar həm fədakar, həm bağışlayıcı, həm də səbirlidirlər. Özlərinə haqsızlıq edildiyində də haqlarından keçərək, cəmiyyətin hüzur və təhlükəsizliyini, insanların sevincini öz nəfslərindən üstün tutar, ən gözəl rəftarı göstərərlər. Bu, Allahın möminlərə əmr etdiyi üstün bir əxlaq xüsusiyyətidir:
Yaxşılıqla pislik bərabər olmaz. Sən ən gözəl olan bir tərzdə (pisliyi) uzaqlaşdır; o zaman, (görərsən ki) səninlə onun arasında düşmənlik olan kimsə, sanki yaxın bir dost(un) olmuşdur. "Buna da, səbr edənlərdən başqası qovuşdurula bilməz. Və buna, böyük bir pay sahibi olanlardan başqası da qovuşdurula bilməz. (Fussilət surəsi, 34-35)
Rəbbinin yoluna hikmətlə və gözəl sözlə çağır və onlarla ən gözəl bir şəkildə mübarizə et. Şübhəsiz, sənin Rəbbin yolundan azanı biləndir və hidayətə çatanı da biləndir. (Nəhl surəsi, 125)
Ayədə də bildirildiyi kimi, Allah belə üstün bir rəftara qarşılıq, möminlərin düşmənlərini "yaxın bir dost"a çevirər. Bu, Allahın sirlərindən biridir. Nəticədə bütün insanların ürəyi Allahın əlindədir. Allah kimi istəsə, onun ürəyini və düşüncəsini dəyişdirə bilər.
Allah gözəl və yumşaq sözün təsirini başqa ayələrdə də xəbər verir. Allah, hz. Musa və hz. Haruna Firona getmələrini və ona yumşaq söz söyləmələrini əmr edir. Firon son dərəcə azğın, mərhəmətsiz və zalımdır. Ancaq Allah buna baxmayaraq, elçilərinə ona yumşaq söz söyləmələrini əmr etmişdir. Allah bunun səbəbini də ayələrində açıqlamışdır:
"İkiniz Firona gedin, çünki o azmışdır. Ona yumşaq söz söyləyin, bəlkə, öyüd alıb-düşünər və ya içi titrəyərək-qorxar". (Taha surəsi, 43-44)
Bu ayələr möminlərin inanmayanlara, düşmənlərinə və azğın insanlara qarşı necə bir davranış içində olmaları lazım olduğunu bildirir. Bunlar, əlbəttə ki, səbir, güc, təvazökarlıq və ağıl tələb edən davranışlardır. Allah möminlərin əmrlərinə uyaraq gözəl əxlaq göstərmələrinin qarşılığında davranışlarını təsirli edəcəyini və düşmənlərini dosta çevirəcəyini bir sirr olaraq bildirmişdir.