Uca Allah bir daha sağ-salamat şəkildə Ramazan ayına müsəlman qardaşlarımızla birlikdə girməyimizi nəsib etdi.
Quranda “Biz bundan əvvəl (dünyada) Ona ibadət edirdik. Şübhəsiz ki, O, (vədinə sadiq) kərəm sahibidir, rəhm edəndir!”(Tur surəsi, 28) ayəsi ilə bildirildiyi kimi, Allah insana bütün həyatı boyunca saysız yaxşılıqlar edən, bənzərsiz gözəlliklər bəxş edəndir. Var olan hər şey Ondandır. Bütün gözəlliklər, incəliklər, nemətlər Rəbbimizin sonsuz ağlının təcəllilərindəndir.
(Allah) sizə istədiyiniz şeylərin hamısından vermişdir. Əgər Allah’ın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, həm də çox nankordur.(İbrahim surəsi, 34)
Həqiqətən də ayədə bildirildiyi kimi, yaşadığımız hər an uca Allah’ın saya bilmədiyimiz qədər çox neməti ilə qarşılaşırıq. Bu nemətlərə qarşılıq olaraq Allah bizdən Ona sükür etməyimizi istəyir.
Allah sonsuz rəhmət sahibidir və insanları unutduqlarına və yanıldıqlarına görə hesaba çəkmir. İnsanlara səbiri və təvəkkülü öyrədərək üzərlərindəki yükü qaldırır. Bütün bunlar Rəbbimizin isimlərinin təcəllilərindəndir. Allah mülayim mənasını verən Həlim ismi ilə bağlı olaraq ayədə bu şəkildə bildirir.
Həqiqətən, Allah göyləri və yeri zaval tapmasınlar deyə, tutub saxlayır. Əgər öz mehvərindən çıxsalar, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Doğrudan da, (Allah) həlimdir, bağışlayandır! (Fatir surəsi, 41)
Dünyada bir çox gözəllik, bir çox nemət var. Bununla yanaşı hər nemətin də yaradılma məqsədi var. Nemətlər insanlar onları nəfslərinin arzuladığı kimi şüursuz və məsuliyyətsiz şəkildə istifadə etsinlər deyə yaradılmamışdır. Allah verdiyi nemətlərlə qullarına qarşı sevgisini, mərhəmətini göstərir. Belə ki, verilməsindəki hikmətlərdən biri, o neməti istifadə edən insanın Allah’a yönəlməsidir. İnsanlar mərhəmət edənlərin ən mərhəmətlisi olan Rəbbimizin verdiyi hər nemətdən hesaba çəkiləcəklərini unutmamalıdırlar. Bunu Allah bizə ayədə bu şəkildə bildirir:
Sonra da həmin gün nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!(Təkasur surəsi, 8)
Allah yaratdığı nemətlərdən qullarının istifadə etməsini istəmiş, ancaq bunların israf edilməsini qadağan etmişdir. Ramazan da hər cəhətdən bərəkət ayıdır. Ancaq Ramazan ayında artan yemək israfına diqqət etmək də çox önəmlidir.
Allah Quranda israf etməməklə bağlı hökmünü Quranda bu şəkildə bildirmişdir:
Yer üzünə sərilmiş və sərilməmiş bağ-bağatı, dadları müxtəlif xurmanı və taxılı, bir-birinə həm bənzəyən, həm də bənzəməyən zeytunu və narı yaradan Odur. (Onların hər biri) bar verdiyi zaman barından yeyin, yığım günü haqqını (zəkatını, sədəqəsini) ödəyin, lakin israf etməyin. (Allah) israf edənləri sevməz! Ənam surəsi, 141)
Qohum-əqrəbaya da, miskinə də, (pulu qurtarıb yolda qalan) müsafirə də haqqını ver. Eyni zamanda (mal-dövlətini əbəs yerə) sağa-sola da səpələmə! Həqiqətən, sağa-sola səpələyənlər şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur!(İsra surəsi, 26-27)
Uca Allah böyük-kiçik demədən hər cür israfı qadağan etmişdir. Bu səbəbdən yeməklərin və əşyaların atılması Allah’ın razılığına uyğun deyil. Allah eyni torpaqdan minlərlə fərqli məhsul bitirir. Torpağın yeyilməsi mümkün deyil, qoxusu və rəngi birdir. Ancaq Allah torpağı göydən endirdiyi su ilə sulayır və içindən dadı, qoxusu, rəngi fərqli ruzilər çıxarır. Qırmızı, sarı, yaşıl almanın belə dadları fərqli olur.
Allah ruzilərə səbəb olaraq toxumları yaratmışdır və toxumların tərkibini, suyu təşkil edən və havada mövcud olan oksigen və hidrogen qazları ilə uyğun yaratmışdır. Sonra dünyadan milyonlarca uzaq məsafədən bir alov topu olan Günəş şüalarının bitkilərə fayda verməsini təmin etmişdir. İnsanların isə yoxluqdan bir toxum belə yaratmaları mümkün deyil. Allah bu nemətləri aradan qaldırsa, bizə bunları yenidən verəcək heç bir güc yoxdur. Allah bu həqiqəti bir ayədə bu şəkldə bildirmişdir.
De: “Bir söyləyin görək, əgər suyunuz çəkilib (yerin dibinə) getsə, (Allah’dan başqa) kim sizə axar su gətirə bilər?! (Mülk surəsi, 30)
Allah dünyada bütün insanların ehtiyaclarını təmin edəcək bolluqda nemət yaratmışdır. Dünyada yaşanan aclıq və yoxsulluğun ən önəmli səbəblərindən biri israfın qarşısının alınmamasıdır. Bütün nemətləri xarab olmadan istifadə qaydalarını tapmaq çox önəmlidir. Hələ də dünyada 800 milyondan çox insan aclıq çəkir. Ancaq bir çox Avropa ölkəsində tonlarla yemək israf edilir.
Unutmamaq lazımdır ki, israfı şeytan təşviq edir. Şeytan israfın Allah’ın razı olmayacağı bir davranış olduğunu bildiyindən insana atmaqdan, saçıb savurmaqdan bir ziyan gəlməyəcəyi yalanını təlqin edir. Möminlərin bu məsələdə diqqətli olmaları və bir-birilərini Allah’ın razi olacağı əmələ dəvət etmələri vacibdir.
Adnan Oktarın «Gulf Today»də nəşr olunan məqaləsi: