İncildə Allahın Bir olduğu açıqlanmışdir. Üçləmə inanci köhnə yunan mifologiyasindan götürülmüşdür.
Adnan Oktarın 30 avqust 2010-cu il tarixli harunyahya.tv reportajindan
Onların mübahisələrini dinləyən və İsanın onlara gözəl cavab verdiyini görən bir din adamı yaxınlaşıb ona, "Buyruqların ən əhəmiyyətlisi hansıdır?" deyə soruşdu. İsa belə cavab verdi: "[Allahın buyruqlarının] ən əhəmiyyətlisi budur: 'Dinlə, ey İsrail! Allahımız Rəb tək Rəbdir… Din adamı İsaya, "Yaxşı söylədin, müəllimim" dedi. "'Allah təkdir və Ondan başqası yoxdur' deməklə doğrunu söylədin." (Markos, 12:28-32)
... Allah birdir. (Pavlusdan Galatyalılara Məktub, 3:20)
... Rəb birdir. Müxtəlif fəaliyyətlər vardır, amma hər kəsdə hamısını təsirli edən eyni Allahdır. (Pavlusdan Korintlilere 1-ci Məktub, 12:5-6)
Tək bir Allah vardır... (Pavlusdan Timoteosa 1-ci Məktub, 2:5)
İsa ona belə cavab verdi: "... Allahın Rəbbə tapınacaq, tək ONA qulluq edəcəksən" deyə yazılmışdır. (Matda, 4:10)
Qurtarıcımız Tək Allaha ucalıq olsun... (Yahudanın Məktubu, 1:24)
Sən Allahın bir olduğuna inanırsan, yaxşı edirsən. Cinlər belə buna inanır və [Allah qorxusuyla] titrəyirlər! (Yaqubun Məktubu, 2:19)
Sonsuz çağların Hökmranı, ölümsüz, gözə görünməz tək Allaha çağlar çağı qürur və ucalıq olsun. (Pavlusdan Timoteosa 1-ci Məktub, 1:17)
Bir-birinizi ucaldan və tək olan Allahdan gələn ucalığı axtarmayan sizlər, mənə necə iman edə bilərsiniz? (Yuhanna, 5:44)
İsa yola çıxarkən, biri qaçaraq yanına gəldi. Qarşısında diz çöküb ona, "Yaxşı müəllimim, sonsuz həyata qovuşmaq üçün nə etməliyəm?" deyə soruşdu. İsa ona, "... yaxşı olan tək biri var, O da Allahdır." (Markos, 10:17-18)
... Bilirik ki büt, dünyada həqiqətdə var olmayan bir şeydir və birdən çox ilah yoxdur... Bizim üçün tək Allah vardır: Hər şeyin Özündən meydana gəldiyi Allah. Bizlər də Onnun üçün yaşayırıq... (Pavlusdan Korintlililere 1-ci Məktub, 8:4-6)
... Bir tək Allahınız var... (Matda, 23:9)
İsa, "Mənə niyə yaxşılıq haqqında sual verirsən?" dedi. "Yaxşı olan tək biri var. Həyata qovuşmaq istəyirsənsə, Onun [Allahın] buyruqlarını yerinə yetir." (Matda, 19:17)
Yerdə ya da göydə ilah deyə adlandırılanlar varsa da... [Allahı tənzih edirik] bizim üçün bir tək Allah vardır. O hər şeyin qaynağıdır, bizlər Onun üçün yaşayırıq. (Pavlusdan Korintlilere 1-ci Məktub, 8:5)
... Rəb bir, iman bir... Hər şeydən üstün, hər şeylə və hər şeydə olan hər kəsin Allahı... birdir. (Pavlustan Efeslilere Məktub, 4:4-6)
Hər evin qurucusu var, hər şeyin qurucusu isə Allahdır. (İbranilere Məktub, 3:4)