İŞİD qorxunc addımları ilə narahatlıq yaratmağa davam edərkən, dünya, problemi aradan qaldırmağa çalışır. Bu zaman da tamamilə məntiqsiz, hətta axmaq təkliflər irəli sürülür. Heyrət doğuracaq qədər maraq göstərilən bu "çarə təklifləri"ndən bəzilərini ətraflı izah etmək lazımdır.
Bu mənasız təkliflərdən birinə görə əslində leninist-marksist partizan qrupu olan PKK İŞİD-ə qarşı silahlandırılmalıdır.
Burada lazım olan mövzu budur: İŞİD-ə qarşı PKK-dan istifadə etmək düzgündürmü?
PKK son 30 ildir türk ordusu ilə döyüşmüş bir terror təşkilatıdır və bu qanlı müddət ərzində 60.000 insanın canını almışdır. PKK bölgədə kommunist dövlət qurmaq məqsədi ilə leninist-marksist fikirlər əsasında fəaliyyət göstərir.
Daha sonra isə kommunist rejimi yaymaq, "proletariat diktatorluğu"nu qurmaq üçün genişlənmək və bütün bölgəni ələ keçirmək planlarını qururlar. Bu mənfur niyyətlərinə qovuşmaq üçün PKK-lı teroristlər illərlə tələlər qurdular, əsgərlərimizi şəhid etdilər, binaları partlatdılar, kəndləri yandırdılar, insanları qaçırtdılar və narkomaniya yoluna qoşuldular.
Leninist-marksist ideologiyaya sahib olduqları üçün döyüşçülərini leninist fikirlərlə hazırlamağa böyük əhəmiyyət verdilər və ideologiyaların təbliğini aparmaq, onları vəhşiliyə öyrəşdirmək üçün davamlı fəaliyyətdə oldular.
Adamlarının hamısının ailəyə sədaqət, dövlətə sədaqət kimi bütün əvvəlki bağlılıqlarından, inanc və dəyərlərindən qurtarmaq üçün təlqinlər etdilər. Kommunist hədəflərinə çata bilmək üçün aldatdıqları gəncləri ölmək və öldürməyə hazır olan bir maşına çevirdilər.
Bu insanların beyinləri o dərəcədə yuyulub ki, bir gün Leninin fikirlərini reallaşdırmaq və qəhrəman olmaq ümidi ilə normal həyatlarından əl çəkdilər və hətta həyatlarının qalanını dağlardakı mağaralarda qorxunc şərtlərlə keçirməyə də razı oldular.
PKK-nın Türkiyəyə yaşatdığı faciəyə hər kəs şahid olduğu halda qəribə fikirlər ortaya çıxdı:
İŞİD-in qorxunc irəliləyişi və hadisələrin gözlənilməz inkişafı ilə bəzi amerikalı nümayəndələr üstü örtülü şəkildə Türkiyəyə İŞİD-ə qarşı PKK-dan istifadə etməsini məsləhət gördülər.
Hər şeydən əvvəl onu qeyd etməliyik ki, PKK-nın İŞİD-ə qarşı müvəffəqiyyət qazanması mümkün deyil. Əgər məsələ o həddə çatarsa, İŞİD PKK-nı bir neçə günə darmadağın edər. Eyni zamanda da silahlandırıldığı təqdirdə PKK-nın bu silahlarla yalnız Türkiyəyə ziyan vurmaq və Türkiyəni bölmək üçün istifadə edəcəyi aydındır.
Bu səbəbdən də Amerikanın bu istəyi yalnız Türkiyənin problemlərini artıracaq.
Bir şeyi düzgün qiymətləndirmək lazımdır ki, teroristlər nə qədər silahlansa da, Türkiyə heç vaxt bölünməyəcək. Türkiyəni bölmək niyyəti ilə PKK-nı daha çox silahlandırmaq planı da həmişə uğursuz olacaq.
Bununla yanaşı, PKK bölgədə kommunist kürd dövləti qurmağa başlayarsa və güclənərsə, təbii ki, dərhal silahlarını ideoloji düşmən hesab etdiyi Qərb qüvvələrinə də çevirəcək.
Çin və Rusiya tərəfindən verilən silahlarla Yaxın Şərqdə yeni bir Şimali Koreya olaraq ortaya çıxacaq və dünya ölkələrinin dərdlərinə yenilərini əlavə edəcək.
Qısası, əsas sual "İŞİD necə dayandırılmalıdır" olmalıdır. İŞİD və fanatik tərəfdarları İslamın təhrif olunmuş izahlarına görə çox böyük yanlışlıq içindədirlər və son dərəcə təhlükəlidirlər. Lakin onlara qarşı güc tətbiq edərək məhv etməyə çalışmaq nəticə verməyəcək, yalnız daha çox terorist yaradacaq və intiqam hisslərini daha da alovlandıracaq.
İŞİD-i effektiv olaraq saxlamağın yolu yalnız onlara İslamın həqiqi dəyərlərini, sevgini, şəfqəti və bütün dünya üçün sülhü öyrətməkdir.
İŞİD, şübhəsiz ki, İslamın həqiqətindən, Quran əxlaqından xəbərsiz olduğu üçün yanlış bir din inancına malikdir. Dində məcburiyyət olmadığını izah etmək, İslamın dostluq dini olduğunu öyrətmək lazımdır.
Məhz buna görə də həqiqi İslamı öyrətmək üçün geniş miqyaslı və təsirli elmi səfərbərlik qurulmalıdır. Bu çalışmalar yalnız terorizmin yayılmasının qarşısını almayacaq, eyni zamanda terrorizmi yox edəcək ən effektiv vasitə olacaq.
Adnan Oktarın Times of Oman'da yayımlanan məqaləsi:
http://www.timesofoman.com/Columns/2293/How-judicious-will-it-be-to-use-terrorists-to-fight-terrorists