Allah Quranda Peyğəmbərimizin (səv) bütün insanlara örnək olan gözəl əxlaqı ilə bağlı belə buyurmuşdur:
“Nun! And olsun qələmə və (mələklərin) yazdıqlarına (yaxud lövhi-məhfuzda yazılanlara) ki, Sən (ya Rəsulum!) Rəbbinin neməti sayəsində divanə deyilsən! Və həqiqətən, səni (tükənmək bilməyən) mükafat gözləyir! Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən! (Tezliklə) sən də görəcəksən, onlar da görəcəklər, Hansınızın divanə olduğunu! Həqiqətən, sənin Rəbbin öz yolundan çıxanları da, doğru yoldan olanları da ən gözəl tanıyandır!” (Qələm surəsi, 1-7)
Allah bu ayədə xüsusi olaraq Peyğəmbərimiz (səv) üçün tükənməz bir mükafat olduğunu bildirmişdir. Bu, hz. Muhəmmədin (səv) daim gözəl əxlaq göstərdiyini, təqvadan heç vaxt ayrılmadığını göstərən bir məlumatdır.
Peyğəmbərimizin (səv) "İmanın kamalı gözəl əxlaqladır" sözləri ilə ifadə etdiyi kimi, imanın ən əhəmiyyətli əlamətlərindən biri gözəl əxlaqdır. Bu səbəbdən gözəl əxlaqın ən gözəl nümunələrini öyrənmək və tətbiq etmək əhəmiyyətli bir ibadətdir.