Şuəra surəsində bəhs edilən peyğəmbərlərin təbliğ üsulları
ucgen

Şuəra surəsində bəhs edilən peyğəmbərlərin təbliğ üsulları

1396

Adnan Oktarın 24 dekabr 2009-cu il tarixli Çay TV və Maraş Ağsu TV müsahibəsindən

 

Adnan Oktar: Allah Təala Şuəra surəsi, 26-cı surə, 107-ci ayədə deyir: “Şübhəsiz ki, mən sizin üçün etibar olunası (bel bağlanılası) bir elçiyəm!” Yəni, bu peyğəmbərin diliylə peyğəmbərə gələn bir vəhydir. Etibarlı, Allahın dinini təbliğ edən insan etibarlı olmalıdır, səmimi olmalıdır, dünyadan üz döndərmiş olmalıdır, maddi çıxar arxasında olmamalıdır, izah etdiklərinə qarşılıq bir ödəniş tələb etməməlidir, heç bir şəkildə bundan maddi bir çıxar əldə etməməli və çox səmimi, cana yaxın, içindən gələrək hərəkət etməlidir ki, etibar edilən olsun. “Artıq Allahdan qorxub çəkinin və mənə itaət edin”. Ən əhəmiyyətli şey Allahdan qorxmaqdır, çünki Allahdan qorxan ayrıdır, Allahı sevən ayrıdır. İndi Allahı sevməklə olmur, Allahı sevir amma zülm edə bilir o zaman, tərslik edə bilir. Amma Allahdan qorxan çox şəfqətli olar, mehriban olar, dərin düşünər, zərər verməməyə diqqət göstərər. Allah qorxusu insana min bir növ nemət verər, saya bilməyəcəyi qədər çox nemət və gözəllik verər. Baxın necə ki, deyir: “artıq Allahdan qorxub çəkinin və mənə itaət edin”, yəni məni imam olaraq, mürşid olaraq görün. 109-cu ayədə “buna qarşılıq mən sizdən bir ödəniş istəmirəm” -deyir. Baxın bu çox əhəmiyyətlidir, xalq bir mənfəət hiss etdikdə insanlar çox narahat olar, onun səmimiyyətinə heç cür güvənə bilməzlər. Onun üçün sıfır mənfəət olmalıdır, heç, yəni insan mütləq əliaçıq olmalıdır. Baxın, “Mənim ödənişim ancaq aləmlərin Rəbbinə aiddir”. Nədir ödənişi? Allahın razılığı. Ya Rəbbi: “Məni sev, məndən razı ol, bu mənə yetər” deməlidir. Baxın Allah 110-cu ayədə bir daha təkrar edir, “artıq Allahdan qorxub çəkinin və mənə itaət edin”. 111-ci ayədə: “Onlar: “Sənə ən rəzil (səfil, yoxsul) adamlar tabe olmuşkən, biz sənə imanmı gətirəcəyik?” – dedilər”. Baxın müsəlmanlara aid etdikləri xüsusiyyətləri görürsənmi? İman etdikləri üçün rəzil görür. Özü əxlaqsızlıq edir, narkotik istifadə edir, zülm edir, adam öldürür, oğurluq edir, qəsb edir, hər cür əxlaqsızlığı edir, bunlara şərait yaratdığı halda özünü rəzil hesab etməyərək sevgini, şəfqəti, mərhəməti, dostluğu, yaxşılığı, gözəlliyi müdafiə edən insanlara nə deyir? Rəzil və alçaq deyir. “Çox adi və rəzil insanlardır” -deyir, alçaq deyir. “Adamlar tabe olmuşkən, biz sənə imanmı gətirəcəyik?” Küfrün üslubu budur. Məhz Mehdinin tələbələrinə də bu şəkildə bir rəftar ediləcək, adi insanlar kimi görəcəklər, pis görəcəklər, səhv görəcəklər. Yəni hər istiqamətdən pis və tərs görəcəklər. Bu səbəbdən çox az insan iman edir. Axırzamanda belə olacaq inşaAllah. “(Nuh) dedi: “Mən onların nə etdiklərini bilmirəm!” Ətrafındakı insanları pisləyirlər, dağılın deyirlər ki, yəni ətrafında kimsə qalmasın getsin. Yəni o adamın ətrafında Allahın dinini təbliğ edən heç kim qalmasın deyirlər. Onların haqq-hesabı yalnız Rəbbimə aiddir. Kaş başa düşəydiniz!” Anlayırsınızsa, onların hesabı Allaha aiddir deyir, mən insanlar haqqında hər hansı bir hökm verə bilmərəm. Baxın çox əhəmiyyətli bir mövzu var 114-cü ayə: Mən iman gətirənləri qovan deyiləm”. Məsələn, polis bölməsində saxalanılarkən mənə də dedilər, bütün ətrafındakıları uzaqlaşdır, yoldaşlarını uzaqlaşdır, heç kimlə görüşməyəcəksən, hər kəsi göndər, bir daha görüşmə. O zaman Təhlükəsizlik Polis müdiri Adil Sərdar Saçan dedi ki, bu dərin dövlətin qərarıdır. Baxın ayədə nə deyir,Mən iman gətirənləri qovan deyiləm”. Ətrafımdakı insanları nə üçün göndərməliyə elə deyilmi? “Dedilər ki, əgər bu söylədiklərinə son qoymasan” təhdid edirlər,mütləq daşqalaq ediləcəksən”. Öldürəcəyik səni deyirlər. Bir də qovulma və daşqalaq edilmə. Nuh dedi: “Ey Rəbbim! Qövmüm məni yalançı hesab etdi”. Demək ki, Allahın dinini izah edən kəslər haqsız yerə, doğru olduğunu isbat etdiyi halda, göstərib dəlilləndirdiyi halda yalançılıqla da ittiham edilərlər. Kimlər edəcək? Yalançılar. Yalançılar doğruları yalançılıqla ittiham edəcəklər. “Bundan belə mənimlə onların arasını açıq bir hökmlə ayır və mənimlə birlikdə olan möminləri qurtar”. Bir ovuc mömin, Mehdi və tələbələri axırzamanda bütün dünyanı qurtaracaqlar inşaAllah.

PAYLAŞIN
logo
logo
logo
logo
logo