Beynimizdə qavradıqlarımıza görə xarici aləmdəki hər şeyin əsli ilə təmasda olduğumuzu zənn etməyimiz böyük bir xətadır. Çünki əsla beynimizdən kənara çıxaraq buna nəzarət etmək imkanımız yoxdur. Gördüyümüz və hiss etdiyimiz hər şey Allah'ın ruhumuza göstərdiyi hisslərdir. Tək mütləq varlıq isə hər şeyin Yaradıcısı olan, aləmlərin Rəbbi Uca Allah'dır.
Bu məqalənin başlığınında bəhs olunan qüllə anlayışı hər şeyin beynimizdə əmələ gəlməsi həqiqətini daha yaxşı açıqlamaq üçün istifadə etdiyimiz bir nümunədir.
Mənası budur: əgər hal-hazırda beyninizin içində olan dünya görüntüsünün və öz bədəninizə aid görüntünün kənarda bir də maddi əslinin olduğunu iddia edirsinizsə, onda bütün bu görüntüləri kəllənin içində daşıyan nəhəng bir bədənin varlığını da qəbul etməlisiniz. Bu halda siz hər şeyi beyninizdə qavradığınıza görə sanki nəhəng bir qüllənin təpəsindəki kiçik bir otağa həbs edilmiş kiçik bir adamsınız. Bu nəticəyə necə gəldiyimizi mərhələ-mərhələ düşünək:
• Hal-hazırda gözlərinizi çevirib ətrafa baxdıqda bir çox cisim görürsünüz. Divarlar, əşyalar, göy üzü, evlər, insanlar, avtomobillər və bütün bunlarla bərabər bir də öz bədəniniz. Bütün bu cisimlərin hamısı, bədəniniz də daxil olmaqla eyni yerdədirlər.
• Bu yer, görəsən, haradır? Bu yerin kənarda başqa hər hansı bir yer deyil, əslində sizin beyninizin içindəki görmə mərkəzi olduğunun fərqinə vara bilərsiniz. Yəni təmasda olduğunuz bütün dünya, öz bədəniniz də daxil olmaqla, kəllənizin içində, beyninizin arxa tərəfində yerləşən bir neçə sm3 həcmindəki bir yerdədir. Hal-hazırda kəllənizin içiindəki bu yerdəki jurnala baxırsınız. Jurnalı əllərinizlə çevirərkən gördüyünüz və hiss etdiyiniz əllər beyninizin görmə və toxunma mərkəzlərində yerləşir. Bədəninizin bütün orqanları da eyni yerdə, kəllənizin içindədir. Bu jurnalı oxuyarkən oturduğunuz kreslo, kreslonun yerləşdiyi otaq da eyni yerdədir.
• Bəs bir hiss olan və kəllənizin içində yerləşən bu bədəndən kənarda bir də ayrıca maddi bir bədəninizin olduğuna inanırsınızmı? Əgər belə bir bədən olduğuna inanırsınızsa, bilin ki, onu indiyə qədər heç görə bilməmisiniz. Belə bir bədənin varlığına dair sadəcə təsəvvürünüz ola bilər.
• Əgər belə bir bədənin olduğuna inanırsınızsa, onun hal-hazırda gördüyünüz bədəninizdən kənarda yerləşən bir nəhəng olduğunu qəbul etməlisiniz. Siz və bütün gördükləriniz, yəni otağınız və ya kənardakı cisimlərin hamısı bu nəhəngin kəlləsindəki görmə mərkəzində yerləşdiyinə görə onun maddi bədəni çox-çox böyük olmalıdır. Hal-hazırda olduğunuz məkandan daha aşağıda çiyinləri, qolları, gövdəsi, qıçları və ayaqları olmalıdır. (Əgər o da sizin kimi iki qollu, iki ayaqlı insandırsa).
• Belə olduqda siz nəhəng bir qüllənin təpəsindəki qıfıllı bir otaqda yaşayan, bu otaqdan heç bir zaman çıxa bilməyən, sadəcə önünə qoyulan ekranı seyr edən həbs edilmiş bir insan olursunuz. Qüllə xarici aləmdə mövcud olduğunu iddia etdiyiniz maddi bədəniniz, gördüyünüz bədən isə qüllənin təpəsində həbs olmuş kiçik adamdır.
Bu nəhəng qülləni (yəni mövcud olduğunu hesab etdiyiniz maddi bədəninizi) heç görə bilməzsiniz. Çünki qüllənin təpəsindəki kiçik qıfıllanmış qaranlıq otağa salınmısınız. Həyatınız boyu o otaqdan çıxa bilməzsiniz. O qaranlıq otağın divarlarında əks etdirilən görüntüləri izləyirsiniz. Bu görüntülərdəki bəzi cisimlər (məsələn ulduzlar) sizə bəlkə milyonlarla kilometr uzaqlıqda kimi gələ bilər. Əslində isə daima eyni kiçik otağın içərisindəsiniz.
Bu mövzunu daha yaxşı anlamaq üçün televizorlarda tez-tez rast gəldiyimiz fantastik cizgi filmlərindən də nümunə verə bilərik. Bu cizgi filmlərinin bəzilərində nəhəng bir bədən, kəlləsindəki nəzarət mərkəzində oturan bir şəxs tərəfindən idarə edilir. Məsələn, “Voltran” adlı məşhur cizgi filmində nəhəng robotlar kəllədəki mərkəzdə oturan bir adam tərəfindən idarə edilirlər. Nəhəng robot bu insanın əmrlərinə görə hərəkət edir. Adam nəhəng bir qüllə böyüklüyündəki robotun içində oturan kiçik bir bədəndir.
Elə isə, əgər hal-hazırda gördüyünüz, hiss etdiyiniz bədənin maddi bir qarşılığı olduğuna inanırsınızsa, belə bir sistemi qəbul etməlisiniz. Başqa sözlə, sanki “bir qüllənin təpəsindəki otaqda oturan kiçik adam” və ya “nəhəng bir robotun təpəsində oturan kiçik adam” olduğunuzu qəbul etməlisiniz. Bu mövzunu belə bir misalla daha yaxşı açıqlaya bilərik: çöldə bir avtomobilin olduğunu və özünü də, bu avtomobili də gördüyünü iddia edən şəxs bunları düşünməlidir:
• Avtomobilə aid görüntü insanın beynindəki görmə mərkəzində əmələ gəlir. Görmə mərkəzi isə cəmi bir neçə sm3 ölçüsündəki bir sahədir. Əgər bu sahəyə bir neçə metr ölçüdəki avtomobilin görüntüsü sığırsa, bu sahənin ən az bu genişlikdə olması lazımdır.
• Əgər bu sahə bir neçə metr genişliyindədirsə, onda insan beyni də bu sahəyə uyğun nisbətdə böyük olmalıdır.
• Əgər insan beyni bu qədər böyükdürsə, insanın bədəni də yenə beyinlə uyğun nisbətdə kilometrlərlə uzunluqda olmalıdır. (Harun Yəhya, Kuledeki Küçün Adam)
Burada sadəcə bir avtomobili görən şəxsdən bəhs edildi. Eyni vəziyyəti kilometrlərlə uzanıb gedən bir vadiyə baxan şəxs haqqında düşünək. Əgər vadinin əslini gördüyünü iddia edirsə, bu şəxsin görmə mərkəzi də eyni dərəcədə ən az kilometrlərlə uzanıb gedən bir sahə ölçüsündə yer tutmalıdır. Onda insanın beyni, daxili orqanları, qolları, qıçları da buna uyğun nisbətdə nəhəng bir ölçüyə malik olmalıdır.
Belə bir şey mümkün olmadığına görə xarici aləmdə bir neçə metrlik bir avtomobilin və ya kilometrlərlə uzanıb gedən bir vadinin olduğunu və insanın da onların əslləri ilə təmasda olduğunu iddia etmək son dərəcə məntiqsiz deyilmi?
Böyük ehtimalla, həyatınızın əvvəlindən bəri qəbul etdiyiniz “bədənim bu dünyadadır, mən də bədənimdən xarici aləmə baxıram” kimi təsəvvür yanlışdır. Belə bir şey mümkün deyil.
Bundan daha ağıllı nəticə isə qüllə deyə bir şeyin olmadığını qəbul etməkdir. Çünki bunun varlığına dair heç bir dəlil yoxdur. Bizə belə bir şeyin varlığını düşündürən tək səbəb maddənin varlığına dair yanlış rəyimizdir. Bu rəyimizdən qurtulsaq, dünyanın əslində çox fərqli bir yer olduğunu qavrayarıq:
Gördüyümüz və hiss etdiyimiz hər şey Allah'ın bizim ruhumuza göstərdiyi hisslərdir. Tək mütləq varlıq isə hər şeyin Yaradanı, aləmlərin Rəbbi Uca Allah'dır.
“Şərq də, Qərb də Allah'ındır: hansı tərəfə yönəlsəniz, Allah oradadır. Şübhəsiz ki, Allah genişdir, biləndir!” (Bəqərə surəsi, 115)