Baltik kəhrabası içində var olan 45 milyon illik qırxayaq və iki hörümçəyin günümüzdəki nümunələrindən heç bir fərqi olmadığı açıqca görünür. Hörümçəklərin mexaniki tələlər quran, suyun dibinə yuvalar edə bilən, tordan etdiyi kəməndlərlə ovlanan, kimyəvi zəhərlər püsgürdə bilən, öz boyunun yüzlərlə misli yüksəklikdən bir ipə yapışıb adlayan, bədənində poladdan möhkəm iplər çıxaran , ovlanmaq üçün kamuflyaj edə bilən növləri vardır. Bu canlılar eyni zamanda memarlıq və mühəndislik möcüzəsi torlar qura bilərlər. Hörümçəklərin bədənlərində, toxuma fabriki kimi çalışan daraqlaar, kimyəvi maddələr istehsal edən laboratoriyalar, çox güclü həzm ifrazatları çıxaran orqanlar, ən həssas titrəyişləri hiss qəbul edicilər, zəhər inyeksiya edə bilən güclü qısqaclar və bunlar kimi Yaradılışa dəlil təşkil edən bir çox xüsusiyyət vardır. Bütün bu xüsusiyyətləriylə düşünüldüyündə, hörümçək tək başına təkamül nəzəriyyəsinə meydan oxuyan, Darvinin təsadüf iddiasını bir daha çürüdən əhəmiyyətli bir dəlildir.