Yəmən necədir, amma necə olmalıdır?
ucgen

Yəmən necədir, amma necə olmalıdır?

2068
Hazırda Yəməndə siyasi xaos hakimdir. Ölkə getdikcə böyüyən daxili çəkişmələrin içinə sürüklənir. Digər tərəfdən də yoxsulluq səviyyəsi sürətlə artır. Bəs Yəməndə hansı məsələlər təcili həll edilməlidir?
 
Yəmən xalqı azadlıq tələb edir. Bəziləri məzhəb, bəziləri söz, bəziləri də siyasi azadlıq istəyir. Ancaq bu qruplardan heç biri digərinin azadlığını tanımır. Hətta burada bəzi qrupların, xüsusilə də müsəlman cəmiyyətlərin azad olmasını istəməyən, düşüncələri nəzarətdə saxlamağa çalışan, sənəti və elmi məhdudlaşdıran qüvvələr də mövcuddur.
 
Halbuki İslam insanlara fikir və ibadət azadlığı verən, insanların bütün hüquqlarını müdafiə edən, həqiqi demokratiyanı  bəxş edən dindir.
 
Dinin azadlıq və demokratiya bəxş etdiyi Yəmən
 
Yəməndəki müsəlmanlar hansı məzhəbin və ya əqidənin mənsubu olmasından asılı olmayaraq yaşadıqları cəmiyyətdə bütün fikir və inanclarını rahatlıqla ifadə etməyi tələb etməlidirlər. Çünki müsəlman qarşısındakının həyatına, fikirlərinə, həyat tərzinə hörmət edir, din əxlaqına uyğun olmayan, hətta dinsiz, ateist fikirlərin belə rahatlıqla ifadə edilməsini istəyər ki, bu fikirlərə qarşı elmlə, biliklə mübarizə apara bilsin. Düşüncələrin, ideologiyaların qadağan edilməsi müsəlmanın təbliğini, elmi mübarizəsini asanlaşdıran deyil, əksinə çətinləşdirən bir vəziyyətdir.
 
Məzhəblərin qarışıqlıq yaratmadığı Yəmən
 
Yəməndə baş verən hadisələrin ən dəhşətlisi müsəlmanın müsəlmana silah qaldırılmasıdır. Halbuki bütün müsəlmanlar bir-birlərinə Allah`ın əmanətidir. Allah Quranda birləşməyi əmr edir, lakin Yaxın Şərqdə olduğu kimi, Yəməndə də müsəlmanlar parçalanmış vəziyyətdədir.
 
Allah`ın “parçalanmayın” (Ali İmran surəsi, 103) əmrini qulaq ardına vuran bəzi müsəlmanların bir-birlərinə qarşı qəzəb və nifrətlə hücum etmələri çox böyük qəflətdir. Səmimi müsəlmanlar məzhəb ayrı-seçkililərindən əl çəkərək Allah`ın fərz qıldığı kimi birləşməlidirlər. Quranda bütün müsəlmanlara tək ümmət kimi müraciət müsəlmanların birləşməyinin vacibliyini göstərən dəlildir.
 
İşinin əhli olan insanların idarə etdiyi Yəmən
 
Yəmən xalqı ölkənin yaxşı idarə olunmasını və çətin də olsa rəhbərlərin hüquq və demokratik qərarlar qəbul etməyini, insan hüquqlarını qoruyan qayda-qanun tərtib etmələrini arzu edir. Xalqın gözlədiyi növbəti addım isə özünü Yəmənin mütləq hakimi hesab edən iqtidarın diktatorluq üslubundan əl çəkməsidir.
 
Belə ədalətli rəhbər olmaq üçün isə Allah`a səmimi iman gətirmək və yalnız Allah`dan qorxub çəkinmək lazımdır. Bu halda fərdlərin istəklərindən təsirlənmədiyi və Quranın bildirdiyi yolu izlədiyi üçün rəhbər ictimai, siyasi və iqtisadi fəaliyyətlərində həmişə demokratik və ədalətli qərarlar qəbul edər. Peyğəmbərimiz hz. Muhəmmədin (s.ə.v) həm müsəlmanlar, həm də digər din, dil, irq və qövmlər arasında ədalətlə və şəfqətlə hökm verməyi, Allah`ın ayədə bildirdiyi kimi varlı-kasıb ayırmadan hər kəsə bərabərhüquqlu yanaşması demokratiya anlayışına ən gözəl nümunədir.
 
Sosial ədaləti bərpa olunan Yəmən
 
Yəməndə əmin-amanlığın və rifahın təmin edilməsi üçün əhalinin yoxsulluq problemi həll edilməlidir. Sosial demokratiyanın təmin olunması isə ancaq İslam əxlaqını tətbiq etməklə mümkündür. Uca Allah Quranda var-dövlətin müəyyən insanların və ya əqidələrin əlində toplanmasını deyil, yoxsullar və ehtiyacı olanlar arasında bölüşdürülməsini belə əmr edir:
 

“Allah Öz Peyğəmbərinə (fəth olunmuş) məmləkətlərin əhalisindən (dinc yolla) verdiyi qənimət Allah`a, Peyğəmbərə, qohum-əqrəbaya, yetimlərə, yoxsullara və (pulu qurtarıb yolda qalan) müsafirə məxsusdur. Bu ona görədir ki, (həmin mal-dövlət) aranızdakı zənginlərin dövləti olub qalmasın. Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin. Allah`dan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir.” (Həşr surəsi, 7)

 
Yəmən üçün həll yolu
 
Yuxarıda deyilənlərdən belə nəticəyə gəlirik ki, Yəməndəki ədalətsizliyin, xaosun, terrorun, qırğınların, aclığın, səfalətin və zülmün bir həlli var: Quran əxlaqı.
 
Ölkədəki qarışıqlığa ümumi nəzər yetirsək görərik ki, bütün bunların səbəbi sevgisizlik, nifrət, kin, düşmənçilik, mənfəətçilik, eqoizm, laqeydlik, mərhəmətsizlik və əxlaqi degenerasiyadır. Bu hadisələri həll etməyin və tamamilə ortadan qaldırmağın yolları isə sevgi, şəfqət, mərhəmət göstərmək, qarşılıq gözləmədən xidmət etmək, şövqlülük,  diqqətcil yanaşma, fədakarlıq, dostluq, sağlam düşüncə və ağıldır. Bu xüsusiyyətlər isə bütün həyatını Quran əxlaqına uyğun yaşayan insanlara məxsusdur.
 
Yəməndə Quran əxlaqının dinsizliyə qalib gəlməsi üçün müsəlmanlar fikri mübarizə aparmalıdırlar. Fikri mübarizə insanlardakı iman zəifliyini və ateizmə meylliyi  ortadan qaldırmaq üçün elmi dillə yaradılış dəlillərinin izah edilməsidir. Bütün insanlara İslamı təbliğ etmək hər bir müsəlman üçün çox əhəmiyyətli və vacib bir ibadətdir.
 
Adnan Oktarın article National Yemen'də yayımlanan məqaləsi:
 
PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr