Ülfət necə qırılar? -I-
ucgen

Ülfət necə qırılar? -I-

58249

İnsan vicdanını tam olaraq istifadə etmədiyi təqdirdə, gördüyü hər görünüşə dərhal alışa bilən bir varlıqdır. Allah imtahanın gərəyi olaraq insan ruhunu təlqinə meyilli yaratmışdır. İnsan doğulduğu andan etibarən ətrafından aldığı təlqinlərin təsiriylə hərəkət edər. Hər şeyi yaradanın Allah olduğu və insanın Allahın yaradışındakı üstün hikmətləri düşünüb qavramaqla məsul olduğu xatırladılmadığında, insan bütün həyatını səthi bir baxış bucağı ilə davam etdirə bilər. Bunun yerinə çoxluğa uyğunlaşıb, onların batil inanclarına kor-koranə inanmasının kafi olduğu özünə daima təlqin edildiyi təqdirdə də, sanki ətrafını bir duman örtər. Hər şeyi o duman təbəqəsiylə görər. Uşaqlıq illərindən etibarən bu dumandan kənara çıxmadığı üçün, dəqiq və kəskin baxış bucağının fərqini və rahatlığını çox vaxt ağlına belə gətirməz. Məhz insanın ətrafını saran bu dumanın adı "ülfət"dir. “Ülfət”, “vərdiş” mənasını verir.

 

Allah dünyada hər şeyi adətullaha, yəni müəyyən səbəblərə bağlı yaradar. Bu insanın dünya həyatındakı imtahanının bir parçasıdır. Məsələn, bir insanın dünyaya gəlməsi üçün Allah müəyyən bir zaman yaradar. Bir körpənin meydana gəlməsi üçün spermaların ana bətnində yumurtayla birləşməsi lazımdır. İlk hüceyrə meydana gələr, o hüceyrələr bölünməyə başlayar. Müəyyən bir zaman sonunda, hər bir hüceyrə birliyi sanki şüurlu bir şəkildə öz meydana gətirəcəyi orqanın xüsusiyyətlərini öz DNT-sində yazılı olan məlumat istiqamətində şəkilləndirər. Beləcə, bəzi hüceyrələr gözü, bəziləri burunu, bəziləri beyini əmələ gətirər və bunun sayəsində bir insan meydana gələr. İnsanın bir sperma və yumurtanın birləşməsi nəticəsində, ana bətninə düşdüyü andan, doğum anı da daxil olmaqla, doğumuna qədər keçirdiyi prosesin hər anı çox böyük bir möcüzədir. Burada qısaca yekunlaşdıraraq bəhs etdiyimiz bu prosesdə yaşanan hər inkişaf üçün ayrı bir kitab yazıla bilər. Ancaq insan, bu hər biri möcüzə olan yaradılış möcüzələrini düşünmək yerinə, şeytanın təsiriylə diqqətini boş, hətta dünyada və axirətdə özünə fayda verməyəcək mövzulara yönəldir. Doğum hadisəsində olduğu kimi, kainataki hər bir incəliyin Allahın diləməsiylə və Uca Rəbbimizin yalnız "Ol!" deməsiylə meydana gəldiyini unudub üzərindən keçir.

 

 Bir şeyi yaratmaq istədikdə ona təkcə: “Ol!” deyər, o da olar. (Yasin surəsi, 82)

 "... Allah beləcə istədiyini yaradır. O, bir işin olmasını istədikdə ona ancaq “Ol!” – deyir, o da olur”. (Ali-İmran surəsi, 47)

 

Allahın hər hadisəni müəyyən səbəblər axışı içərisində yaratması insan üçün çox böyük bir nemətdir. Məsələn, yandakı şəkildə görüldüyü kimi, insan uşaqlıqdakı görünüşündən bir anda yaşlılıqdakı görünüşünə çevrilsəydi, insan belə bir vəziyyətdə həyəcandan nə edəcəyini bilməzdi. Ancaq Uca Rəbbimizin rəhmətiylə hər insan doğulduqdan sonra illər içərisində inkişaf edir, böyüyür, yeriməyə başlayır, dişi çıxır, danışmağa başlayır. Görünüşü, səsi dəyişir, dərhal hər on illik dövrdə fiziki görünüşündə müxtəlikliklər meydana gəlir. Müəyyən bir yaşdan sonra isə yaşlanmağa başlayır.

 

Ancaq bu səbəblər zənciri içərisində məqbul görünən bu vəziyyət insanı yanıltmamalıdır. Hadisələrin zamana yayılmış olması insanı ülfətə aparmamalıdır. Allah anasının qarnından yeni çıxan bir körpəni o an şüurlu bir yetkin kimi danışdırsa, ya da insanın boyunun uzanması üçün illər keçməsi lazım olmasa, Allah insanı yetkinlikdəki boyuna bir anda çatdırsa, şübhəsiz insan hadisələrdəki möcüzəvi istiqamətləri çox açıq görərdi. Bütün bunlar heç alışmadığı hadisələr olduğu üçün şiddətli həyəcana qapılardı. Belə bir vəziyyətdə ülfətə gətirib çıxaran “zaman” ya da “dəfələrlə təkrarçılıq” anlayışları olmadığı üçün insan Allahın üstün yaratma gücünü dərhal qavraya bilərdi. Belə bir vəziyyətdə o insana heç bir təfərrüatı izah etməyə və hadisələrdəki möcüzəvi istiqamətləri görməsi üçün razı salmağa heç gərək qalmazdı.

 

Ancaq Uca Rəbbimiz dünya həyatındakı imtahanın gərəyi olaraq bu möcüzələri, insanların ancaq düşünüb ağıllarını işlətdikləri və vicdanlarını dinlədiklərində təqdir edə biləcəkləri şəkildə yaratmışdır. Bu, həqiqətən səmimi iman edənlərin, inkar edənlərdən ayrılması və axirətdəki sonsuz mükafata ancaq vicdanlarını dinləyən insanların çatdırılması üçündür. Çünki iman edən, ağıl və şüur sahibi olan bir insan üçün gördüyü hər şey, səbəblər içərisində yaradıldığında da Allah (c.c)-in möcüzəvi yaratmasının nümunələridir.

 

O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir.  (Həşr surəsi, 24)

PAYLAŞIN
logo
logo
logo
logo
logo