Peyğəmbərimizin (səv) təbliği
ucgen

Peyğəmbərimizin (səv) təbliği

1287

Hz. Muhəmməd (səv) Allahın "... Bizim əməllərimiz bizə, sizin də əməlləriniz sizə aiddir. Bizimlə sizin aranızda mübahisə ediləcək bir şey yoxdur. Allah hamımızı bir yerə toplayacaqdır. Dönüş də, yalnız Onadır”.  (Şura surəsi, 15) ayəsi ilə də bildirdiyi kimi insanları xəbərdar etməklə vəzifələndirilmiş son peyğəmbərdir. Peyğəmbərimiz (səv) bütün digər elçilər kimi insanları doğru yola, Allaha iman gətirməyə, axirət üçün yaşamağa və gözəl əxlaqa çağırmışdır. Bu dəvəti zamanı istifadə etdiyi üsullar, mövzuları izah etmə şəkli, üslubu hər müsəlmana nümunə olmaq idi. Hər müsəlman insanları dinə dəvət edərkən Peyğəmbərimiz (səv) kimi danışmalı və davranmalıdır.

Quranda Peyğəmbərimizə (səv) özünün insanları xəbərdar etməklə məsul olduğunu ifadə etməsi belə əmr edilmişdir:

 

De: “Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar, mötəbər dəlillərə əsasən, (insanları) Allaha tərəf çağırırıq. Allah pakdır, müqəddəsdir. Mən də müşriklərdən deyiləm”. (Yusuf surəsi, 108)

 

Peyğəmbərimiz (səv) insanları xəbərdar etmək üçün əlindən gələni artıqlaması ilə etmiş, insanları xəbərdar etmək üçün səy göstərmişdir. Bir ayədə belə bildirilir:

 

De: “Kimin şahidliyi daha böyükdür?” De: “Allah mənimlə sizin aranızda Şahiddir. Bu Quran mənə, onunla sizi və ona (gələcəkdə) yetişəcək olan hər kəsi xəbərdar edib, qorxutmağım üçün vəhy olundu. Məgər siz Allahla yanaşı başqa tanrıların olduğuna şahidlik edirsiniz?” De: “Mən şahidlik etmirəm!” De: “O, Tək olan İlahdır. Mən sizin şərik qoşduqlarınızdan uzağam”. (Ənam surəsi, 19)

 

Peyğəmbərimiz (səv) Quranı təbliğ edərkən, müşriklərin atalarından özlərinə miras qalan azğın dinlərini tamamilə dəyişdirmiş və bu səbəbdən onların təzyiq və qarşıdurmaları ilə qarşılaşmışdır. Ancaq o, Allahın əmrinə tabe olaraq onların təzyiq və istehzalarına heç bir zaman əhəmiyyət verməmişdir. Allah Peyğəmbərimizə (səv) ayələrdə belə buyurur:

“Sənə buyurulanı açıq-aşkar bəyan et və müşriklərdən üz çevir. Sözsüz ki, istehza edənlərə qarşı Biz sənə yetərik” (Hicr surəsi, 94-95)

 

Hal-hazırda da müsəlmanlar insanların razılıqlarını güdməməli, “kim nə deyər” deyə düşünməməli, Quran əxlaqını insanlara izah etməli, Peyğəmbərimizin (səv) sünnəsinə tabe olaraq qınayanın qınamasından qorxmamalıdırlar. Bu Allahın razı olacağı və cənnəti ilə müjdələdiyi bir əxlaq və təqva əlamətidir. Peyğəmbərimiz (səv) müsəlmanlara bu sünnəsinə riayət etmələrini belə bildirmişdir:

"Mənim təbliğ etdiklərimi, məni görənlər (şahid olanlar) görməyənlərə təbliğ etsin."

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr