Bəlkə hal-hazırda yuxudasınız?
ucgen

Bəlkə hal-hazırda yuxudasınız?

1762

Əlinizdə tutduğunuz bu jurnala toxunmursunuz!


Sizə əlinizdə tutduğunuzu düşündüyünüz bu jurnalın (yazıları və şəkilləri, parlaq və canlı rəngləri ilə), əslində, beyninizdə seyr etdiyiniz üç ölçülü görüntü olduğunu desək, bunun bir fərziyyə olduğunu düşünə bilərsiniz… Amma bu, fərziyyə deyil, elmin gəldiyi nəticədir.

 

Elektrik siqnallarından ibarət dünya

Jurnala baxdığınız zaman jurnalın səhifələrindən əks olunan işıq gözünüzün tor qişasının hüceyrələri tərəfindən elektrik siqnallarına çevrilir. Optik sinirlər vasitəsilə bu siqnallar jurnalın forması, rəngi, qalınlığı haqqında məlumatları beynin görmə mərkəzinə çatdırırlar. Burada  siqnallar analiz edilərək mənalı görüntüyə çevrilir. Beləliklə, jurnalın görüntüsü işığın əsla girə bilmədiyi beyninizin içindəki qaranlıqda yenidən formalaşır. Bu səbəbdən, “gözümlə görürəm”, “jurnal qarşımdadır” kimi ifadələr, əslində, həqiqəti əks etdirmir. Göz yalnız gələn işığı elektrik siqnalına çevirir. Jurnalın görüntüsü də zənn edildiyi kimi, sizin xaricinizdə deyil, əksinə, içinizdədir. Zehninizdə yaranan bu görüntünün həqiqəti əks etdirib-etdirmədiyindən və ya maddi olaraq mövcud olub-olmadığından da heç bir zaman əmin ola bilməz, jurnalın əslinə heç vaxt yetişə bilməzsiniz.

 

İnsan maddəyə toxuna bilməz

Səhifələrin sürüşkənliyini əlinizdə hiss etdiyiniz üçün jurnalı xaricinizdə zənn edə bilərsiniz. Halbuki bu sürüşkənlik hissi də, eynilə görmə qavrayışında olduğu kimi beyninizdə canlanır. Dərinizdəki  bu təsirlər elektrik siqnalları formasında beynə göndərilir. Beyindəki dəri-əzələ mərkəzinə çatan bu mesajlar toxunma, təzyiq, bərk-yumşaq, isti-soyuq  hisslər kimi qavranılır. Siz jurnala toxunduğunuzda jurnalın bərkliyinə, səhifələrinin sürüşkənliyinə və ya üz səhifəsindəki qabartmaların formasına dair hisslərə sahib olursunız. Həqiqətdə isə heç vaxt bu jurnalın əslinə toxuna bilməzsiniz. Toxunduğunuzu hesab etdiyiniz zaman, əslində, beyninizin içində jurnalın səhifələrini çevirir, beyninizin içində səhifələrin nazikliyini, sürüşkənliyini hiss edirsiniz.

 

 Beynimizin içi səssizdir

Eyni vəziyyət digər duyğu orqanlarına da aiddir. Məsələn, titrəyən bir gitara simi havada təzyiq dalğaları meydana gətirir. Bu dalğalar daxili qulaqda olan tükcüklərə çatdırıldığında bu titrəşmələr elektrik siqnalları şəklində beyninizin eşitmə mərkəzinə göndərilir. Bu siqnalların beyində şərh olunması nəticəsində isə gitara səsini eşidirsiniz.

Qoxu hissinin qavranması da eyni şəkildə beyninizdə meydana gəlir. Bir limonun qabığından çıxan kimyəvi molekullar burundakı qoxu sensorlarına təsir edir. Buradan isə elektrik siqnalı kimi şərh olunmaq üçün beynə çatdırılır.

Qısaca desək, bütün qavradıqlarınız – gördüyünüz, eşitdiyiniz, daddığınız, toxunduğunuz və qoxuladığınız şeylər – beyninizdə sizin üçün xüsusi olaraq yenidən meydana gətirilir. Bu səbəbdən: “Ətrafımdakı dünyanı qavrayıram”, -deyərkən, zehnimizdə yaranan rəng, şəkil, səs və qoxuların surətindən bəhs edirik.

 

Beynimizdə gördüyümüz görüntüləri, eşitdiyimiz səsləri, qoxuları şərh edən ruhumuzdur

Zehnimizdə qavradıqlarımızın bizdən xaricdəki əslinə yetişə bilmərik. Çünki biz beynimizdən kənara çıxıb orada nə olduğunu görə bilmərik. Biz yalnız xaricimizdəki maddələrin beynimizdə əks olunmuş surətləri ilə əlaqədə oluruq.

 

Bəlkə hal-hazırda yuxudasınız?

Dünyanı qavrama formamız o qədər mükəmməldir ki, “xaricdə”, yəni bədənimizin ətrafında bir görüntü olduğuna bizi inandırır. Lakin bu vəziyyətin gecə gördüyümüz yuxulardan heç bir fərqi yoxdur. Yuxularımızda ətrafımızdakı hadisələrin, səs və görüntülərin fərqində oluruq, hətta bədənimizin də… Düşünürük və mühakimə edirik, qorxu, qəzəb, məmnuniyyət və sevgi hissləri duyuruq. Başqa insanlarla danışır, onlarla eyni şeyləri gördüyümüzü düşünərək ətrafımızdakılar haqqında fikir yürüdür, hətta üzərimizə gələn avtomobilin bizi vurmasından ehtiyat edərək kənara çəkilirik. Qısası,  oyanıb yaşadığımızı zənn etdiyimiz şeylərin yalnız zehnimizdə olduğunu bilənə qədər, yuxumuzda da maddi dünyada yaşadığımızı düşünürük…

Yuxudan oyandıqdan sonra: “Hər şey bir yuxu imiş”, -dediyimizdə isə yaşadığımızın, əslində, fiziki xüsusiyyətə malik olmadığını, hər şeyin zehnimizdə yaradıldığını başa düşürük. Oyaq olduğumuzu düşündüyümüz zaman isə qəti şəkildə real dünyada yaşadığımızı düşünür və davranışlarımızı buna uyğun nizamlayırıq. Ancaq oyaq olduğumuz zaman qarşılaşdığımız hadisələr də eynilə yuxuda olduğu kimi zehnimizdə yaşanır. Buna görə də hal-hazırkı hisslərimizin də yuxu olmadığından əmin ola bilmərik.

Çox güman ki, oyaq olduğunuzu düşünmənizin səbəbi oxuduğunuz jurnalı əlinizdə tutduğunuzu hiss etməniz, oxuduqlarınızı izah edə bilməniz, bütün hadisələrin məntiqli və səbəb-nəticə əlaqələrinə uyğun olaraq baş verməsidir. Lakin bunların hamısı (jurnalı tutan əliniz, jurnalın özü, ətrafınızdakı əşyalar) beyninizdə seyr etdiyiniz surətlərdir. Sizə “indi oyaqsınızmı, yoxsa xəyal görürsünüz?” kimi bir sual verilsəydi, cavabınız “əlbəttə ki, oyağam” olardı. Bəlkə bu sualı yuxularınızda özünüzə dəfələrlə vermisiniz. Lakin yuxunuzda verdiyiniz cavabın (yəni “yuxuda deyiləm, oyağam”) oyandıqdan sonra səhv olduğunu görmüsünüz. Yaxşı, bəlkə elə indi də eyni şəkildə yanılırsınız? 

Kim sizə hal-hazırda yuxu görmədiyinizin, hətta bütün həyatınızın yuxu olmadığına dair zəmanət verə bilər?

 Dolayısilə, yaşadığınız dünyanın həqiqiliyindən necə əmin ola bilərsiniz?

Bu görüntülərin xaricdə maddi qarşılıqları olsa belə, siz bunların əsllərinə heç vaxt yetişə bilməzsiniz.

 

 “Ət”dən ibarət sinirlər isığı və səsi ötürə bilərmi?

 Qeyd etdiyimiz kimi, bizim görüb, qoxulayıb, dadıb, toxunub və eşitdiklərimiz  yuxudakına bənzər beynimizdəki surətlərdir.

 Başdan bəri izah edilənləri yenidən düşündüyümüzdə bu həqiqət bütün açıqlığı ilə ortaya çıxar.

 İşığın olmadığı beyində rəngarəng işıqlarla bəzədilmiş bir prospekti, bütün rəngləri canlılığı və parlaqlığı ilə seyr edə biliriksə, o zaman bu prospektin, işıqlı küçələrin, vitrinlərin, küçə lampalarının, avtomobillərin faralarının beynimizdə elektrik siqnallarından yaranan surətlərini görürik.

Beynimizə heç bir səs girə bilmədiyinə görə, biz heç vaxt yaxınlarımızın səslərinin əslini eşidə bilmərik. Eşitdiklərimiz həmişə surətlərdir.

 Yaxud biz heç vaxt dənizin sərinliyini, günəşin istiliyini hiss edə bilmərik. Biz həmişə beynimizdə bunların surətlərini yaşayırıq.

 Eyni zamanda, bu günə qədər heç vaxt insan nanənin əsl dadını hiss etməmişdir. Nanə hesab etdiyi dad beynində yaranan bir qavrayışdan ibarətdir. Çünki nanənin əslinə nə toxuna bilər, nə onun əslini görə bilər, nə əslinin qoxusunu bilər, nə də dadına baxa bilər.

Nəticədə, onu deyə bilərik ki, xarici dünyada maddənin əsli var, ancaq biz həyatımız boyu bizə göstərilən surətlərdən ibarət hisslərlə yaşayırıq. Ancaq bu surətlər o qədər həqiqidir ki, heç vaxt surətlərini yaşadığımızı bilmirik. Məsələn, indi başınızı qaldırın və olduğunuz otağa göz gəzdirin. Özünüzü mebellər olan bir otağının içində görürsünüz. Oturduğunuz kreslonun qollarına toxunduğunuzda sanki, həqiqətən, bu qolların əsllərinə toxunurmuş kimi bərkliyini  hiss edirsiniz. Göstərilən görüntülərin həqiqiliyi, bu görüntülərin yaradılışında istifadə edilən sənətin mükəmməlliyi bir çox insanın maddənin əsli mövzusunda yanılmasına səbəb olur. Bunun səbəbi görüntünün möhtəşəm  sənətlə, son dərəcə həqiqi və qüsursuz şəkildə  anbaan yaradılmasıdır.

Elm adamlarının qəbul etdiyi bu həqiqəti tanınmış filosof Corc Politzer bu şəkildə ifadə edir:

Gördüyümüz və toxunduğumuz üçün və bizə hisslərimizi verdikləri üçün obyektlərin varlığına inanarıq. Halbuki hisslərimiz yalnız zehnimizdə mövcud olan fikirlərdir. Bu halda, qavrayışla çatdığımız obyektlər fikirlərdən başqa bir şey deyildirlər və bu fikirlər zehnimizdən başqa yerdə olmazlar… Madam ki, bunlar yalnız zehində mövcud olan şeylərdir, elə isə kainatı və şeyləri zehinin xaricində varlıqlar olaraq xəyal etdiyimizdə yanılmaların içinə düşmüş oluruq… (George Politzer, Felsefenin Başlangıç İlkeleri, səh.38-39) 

Tanınmış elm adamı Rita Karter xarici dünyanın əslini görmədiyimizi, xaricdə maddə olduğu halda, beynimizdə yaranan görüntünün ancaq bir qavramadan ibarət olduğunu belə açıqlayır:

Bir sima və ya mənzərə gördüyümüzdə, əslini görmərik, gördüyümüz orijinalın bir şərhi və ya tamamilə yeni versiyasıdır… Bunlar nə qədər yaxşı surətlər olsalar belə, orijinalından əskik və ya fərqlidir. (Rita Carter, Mapping The Mind, səh. 135) 

 

 Bu mövzu materialistləri niyə narahat edir?

 Diqqət yetirsək, bu gün maddənin əsli ilə əlaqədar verilən şərhlərdən materialistlər çox narahat olurlar. Materialistlər böyük maraqla gündəmdə tutulan yaşadığımız dünyanın eynilə yuxudakı kimi xəyal ola biləcəyinə qarşı çıxır və: “Əsla özünüzü idealizmin təlqinlərinə qapdırmayın, materializmə olan sədaqətinizi qoruyun”, -deyirlər. Ancaq bu cür reaksiyaların əsasında bu mövzunun gündəmə gətirilməsindən duyulan narahatlıq hissi durur.

Bu şəxslərin öyüdləri isə onlara Rusiyada qanlı kommunist inqilabının lideri Vladimir İliç Lenindən miras qalmışdır. Lenin bir əsr əvvəl yazdığı “Materializm və empiriokritisizm” adlı kitabında belə deyir:

Duyğularımızla qəbul etdiyimiz obyektiv həqiqəti bir dəfə yadırğadınmı, şübhəyə (aqnostisizmə) və subyektivizmə sürüşəcəyindən fideizmə (dini inanca) qarşı istifadə edəcəyin bütün silahları itirərsən; bu da fideizmin (inancın) istədiyi şeydir. Barmağını verdinmi, əvvəl qolun sonra bütün mənliyin gedər. Duyğuları obyektiv dünyanın bir görüntüsü deyil, xüsusi bir element olaraq aldığındabaşqa sözlə desək, materializmdən güzəştə getdiyində mənliyini fideizmə qapdırarsan. Sonra duyğular heç kimin duyğuları olar, ağıl heç kimin ağlı, ruh heç kimin ruhu olar.

Bu sətirlər Leninin böyük qorxu ilə ifadə etdiyi və həm öz zehnindən, həm də “yoldaş”larının zehnindən silmək istədiyi həqiqətin dövrümüzün materialistlərini də eyni şəkildə narahat etdiyini göstərir. Amma dövrümüzün materialistləri Lenindən daha çox narahatdırlar, çünki bu həqiqətin bundan 100 il əvvəlkinə nisbətən daha açıq, qəti və güclü şəkildə ortaya qoyulduğunu dərk edirlər. Bu mövzu bütün dünya tarixində ilk dəfədir ki, bu qədər qarşıqoyulmaz şəkildə izah edilir.

Materialistlərin “əsla bu mövzunu düşünməyin, yoxsa materializmi itirərsiniz və özünüzü dinə qapdırarsınız” şəklindəki xəbərdarlıqları, maddənin əsli ilə əlaqədar izah edilən həqiqətin müzakirəyə ehtiyac qalmadan materialist fəlsəfəni yıxmasından qaynaqlanır. Materialistlər kor-koranə inandıqları, bel bağladıqları maddi dünyanın olmadığından narahat olduqları üçün “maddənin əsli ilə əlaqədə olma imkanı yoxdur ki, materializm olsun” həqiqətini qəbul edə bilmirlər.

Elm adamı Linkoln Barnet bu mövzunun yalnız “sezilməsinin” belə materialist elm adamlarını qorxu və narahatlığa sürüklədiyini belə bildirir:

Filosoflar bütün obyektiv gerçəkləri hisslərin kölgə dünyasına çevirərkən, elm adamları insanduyğularının sərhədlərini qorxu və narahatlıq ilə sezdilər. (Lincoln Barnett, “Evren ve Einstein”, Varlık Yayınları, 1980, səh. 17-18) 
Ölkəmizdə və bütün dünyada bu mövzu ilə qarşı-qarşıya gələn hər materialistdə bu “qorxu və narahatlıq”  güclü şəkildə nəzərə çarpır.

 Ancaq XXI əsr bu həqiqətin bütün insanlar arasında yayılacağı, materializmin isə yer üzündən silinəcəyi tarixi bir dönüş əsridir. Bu həqiqəti görə bilən insanların keçmişdə nəyə inandıqları, nəyi nə üçün müdafiə etdikləri əhəmiyyətli deyil. Əhəmiyyətli olan həqiqəti gördükdən sonra buna müqavimət göstərməmək, ölüm gəlmədən əvvəl bu həqiqəti qavramaqdır.

 Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda (batilin) yox olub getdiyini görərsiniz. (Allaha) aid etdiyiniz sifətlərə görə vay halınıza! (Ənbiya surəsi, 18)
PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr