I Dünya Müharibəsindən sonrakı 100 ildə çoxəsrlik müstəmləkəçi imperialist dövlətlər Yaxın Şərq və İslam regionu üzərində bir çox proseslər həyata keçiriblər. Bu proseslər faktiki olaraq ingilislərin 1916-cı ildə Məkkə əmiri Şərif Hüseyni "Ərəb krallığı" vədləri ilə Osmanlıya qarşı üsyana təşviq etməsi və Says Piko sazişinin imzalanması ilə başladı.
Says Pikosazişi ilə müəyyən edilən sərhədlər təsadüfi çəkilməmişdi. Yaxın Şərq regionunun etnik, dini, qəbilə və məzhəb bölgüsü nəzərə alınaraq ən çox ixtilaf, qarşıdurma, xaos və münaqişəyə zəmin yaradacaq şəkildə müəyyənləşdirildi.
Belə ki, həmin dövrdəki ABŞ Prezidenti Vilsonun xarici siyasət müşaviri Edvard Hauz (Edward House) müqavilə haqqında "Bu, çox pis sazişdir. Bunu (İngiltərə Xarici İşlər naziri Artur) Balfura da dedim. Gələcəkdə müharibələrin çox olacağı region yaradırlar", - demişdi. Həqiqətən də, Says Piko Edvard Hauzun dediyi kimi, müharibə və qarışıqlıqlaratəkan verdi.
Hazırda Says-Piko ilə başlanan prosesin son yenilənmələri həyata keçirilir. Yeniləmə proqramının adı isə 2000-ci illərdə ortaya atılan "Böyük Yaxın Şərq Layihəsi"dir. Parçalanmalar, böhranlar, qarşıdurmalar, dövlət çevrilişləri, vətəndaş müharibələri, Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin yaratdığı "MI6" tərəfindən idarə olunan terror təşkilatları, məzhəb münaqişələri, saray intriqaları bu layihənin ən güclü vasitələridir.
İraq, Əfqanıstan, Suriya, Misir, Liviya, Yəmən son illərdə bu yenilənmədən payını alan ölkələrdir. Ən son 5 iyun tarixində fəlakətlərin içinə atılan ölkə Qətər oldu...
ABŞ prezidenti Donald Trampın 20 mayda Səudiyyə Ərəbistanına olan səfəri və bu ölkə ilə 380 milyard dollarlıq tarixi saziş imzaladığı Ər-Riyad sammitindən dərhal sonra Körfəz ölkələri tarixlərindəən böyük böhranını yaşadılar. Qətər böhranı həmin səfərdə iqtisadi məsələlərdən başqa digər mövzuların da müzakirə olunduğunu deməyə əsas verdi.
Analitiklər böhranın əsil səbəbini Qətərin region ölkələrindən, dolayısilə, onların bağlı olduqları İngiltərə-ABŞ mərkəzindən müstəqil xarici siyasət yürütməsi, dostluq və ittifaq qurması ilə əlaqələndirirlər. Bu günə kimi bölgədəki sünni ittifaqın bir hissəsi olsa da,Qətərin müstəqil hərəkət etməsigörünür ki,həmin qlobal güc və onun təsiri altındakıları narahat edib.
Qətərin Türkiyə ilə illərdir yaxın dostluq və əməkdaşlığı da həmin narahatlığın əsas səbəbləri arasındadır. Çünki sanksiyaların götürülməsi üçün Qətərə qarşı irəli sürülmüş şərtlərarasında Türkiyənin hərbi bazasının bağlanması var. Sanksiyalara əsas kimi göstərilən "terrora dəstək vermək" iddiası ilə bu tələbtamamilə əlaqəsizdir.
Digər tərəfdən son dövrdə Türkiyə-Rusiya-İran üçlüyü Astana zirvə görüşündə çox güclü və gözlənilməz regional ittifaq kimi ortaya çıxdı. Qətərin bu güclü ittifaqa yönəlmə ehtimalı belə bölgəyə hakim İngiltərə-ABŞ mərkəzi baxımından arzuolunmaz haldır.Belə ki, Qətərə tətbiq olunan embarqonun əsas səbəbləri arasında İranla yaxın münasibətlər qurması, iqtisadi əməkdaşlıq etməsi var. Məlum olduğu kimi, Qətər 2014-cü ildə Cənubi Pars yatağının inkişaf etdirilməsinə dəstək məqsədilə İranla saziş bağladı. Bundan başqa, Qətər əmiri Şeyx Təmim İran əleyhdarlığını pislədiyi üçün tənqid hədəfinə çevrildi.Qətərin, əslində, İran əleyhinə yaradılması planlaşdırılan Səudiyyə rəhbərliyindəki ərəb NATO-suna qoşulmağı rədd etməsi səbir kasasını daşdıran son damla oldu.
Halbuki cinayət kimi göstərilən, hətta terroru dəstəkləməyə bərabər tutulan bu siyasətlər, əslində, iki müsəlman ölkənin məzhəb ayrı-seçkiliyi etmədən yaxınlaşmasıdır. Bu, Yaxın Şərqin birlik, sülh, təhlükəsizlik, rifah və sabitliyi üçün atılmış çox müsbət addım kimi qiymətləndirilməlidir. Bu vəziyyətdən narahat olan isə məzhəb davalarından, ixtilaf və münaqişələrdən qidalanan imperialist gücdür. Buna görə də böhranın başlamasından dərhal sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərin regiondan təcrid olunmasının İslami dəyərlərə zidd olduğunu bildirdi.
Qətərin son illərdə Rusiya ilə yaxınlaşması rəsmi olmasa da, böhranın ən mühüm gizli səbəblərindəndir. Rusiya və Qətər arasında münasibətlər son illərdə sürətlə inkişaf etdi. Xüsusilə, Rusiya iqtisadiyyatının xarici investisiya problemlərinin olduğu embarqo dövründə Qətər Rusiyada fəal investisiya siyasətiapardı. Məlum olduğu kimi, Qətər ötən ilin sonlarında “Glencore” şirkəti ilə birlikdə Rusiya dövlət neft şirkəti Rosneftin19,5%-lik hissəsini aldı. Ötən günlərdə Qətərin Rusiyadakı səfiri Fahad Mohammed Attiyah “Sputnik” kanalına verdiyi müsahibədə Qətərin yeni iqtisadi mərhələyə addım atdığını, bunun Rusiya və digər dövlətlərlə mövcud olan əməkdaşlıqların möhkəmləndirilməsi ilə mümkün olduğunu, Rusiyanın Qətərin ən böyük iqtisadi əməkdaşlarından biri olacağını açıqlaması diqqət çəkici hadisə idi.
Göründüyü kimi, Qətər, onsuz da, illər əvvəl bugünkü təcrid olmasına səbəb olacaq dostluq və ittifaq münasibətləri qurmuşdur. Ancaq bir cəbhə üçün təcridetmə digəri üçün önəmli fürsət ola bilər.
"The New York Times" qəzetində yayımlanan 17 iyul tarixli "Trampın Putinə Yaxın Şərqdəki hədiyyəsi" sərlövhəli yazıda Qətər böhranının birbaşa Rusiya, Türkiyə və İran üçün böyük fürsət olduğu belə bildirilir:
"Trampın böyük səhvi Səudiyyə Ərəbistanının İŞİD-lə mübarizədə planlaşdırılan sünni-müsəlman ittifaqını pozmasına səbəb oldu. O həddə ki, Qətər və Türkiyə bir-birinə daha da yaxınlaşdı, İran və Rusiya ilə əməkdaşlığa açıq hala gəldi..."
Putin hazırda İranla daimi əməkdaşlıq, Türkiyə ilə də getdikcə artan razılıq əldə edib.Tramp rəhbərliyi ona hərtərəfli düşünməsini təmin edəcək imkan vermişdir.(Səudiyyə-ABŞ mərkəzinə ehtiyyatla yanaşan ölkələrlə genişmiqyaslı ittifaqa girmə imkanı). Bu yalnız sünni məzhəbli Qətər və Türkiyəni deyil, eyni zamanda şiə məzhəbli İran və regional dostlarını, əksəriyyəti şiələrdən ibarət olanİraqı və Omanı da əhatə edir. Bu ölkələr birlikdə regionda və qlobal enerji bazarlarında mühüm gücü yönləndirə bilərlər. Bu birləşmə, eyni zamanda gələcəkdəki müsəlman qardaşlığından əvvəl şiə və sünni cəmiyyətlərinin bir araya gətirilməehtimalını da artıracaqdır".
Qətər böhranı doğru və vaxt itirilmədən hərəkətə keçməklə həm Qətər, həm də Rusiya, İran və Türkiyə üçlüyü baxımından çox böyük fürsətə çevrilə bilər. Böyük ehtimalla Rusiya da bu vəziyyət qarşısında Yaxın Şərqdəki fəaliyyətini artıracaq. Hər üç ölkənin də mühüm dost və müttəfiqləri olan Qətərə sahib çıxması və rəsmi birlik içində bu ittifaqa ad qoyması yalnız Yaxın Şərq üçün deyil, bütün dünyanın gedişatı üçün tarixi dönüş nöqtəsi ola bilər.
Adnan Oktarın “Pravda”da yayımlanan məqaləsi:
http://www.pravdareport.com/world/asia/03-08-2017/138319-qatar_crisis-0/