Dünyada demək olar ki, hər ölkədə insanların əksəriyyəti yoxsulluqdan şikayət edir. Dünyanın təbii ehtiyatlarının bitdiyinə, əhalinin çoxaldığına, imkanların məhdudlaşdığına inanırlar. Bu insanlar sahib olduqları məhdud imkanlarla yaşadıqca demək olar ki, hər gün daha da yoxsullaşırlar. Artıq əksəriyyət dünyada insanların “aclıqdan” ölməsinə heç təəccüblənmir də.
Lakin bilmədikləri bir şey var. Doğrudur, dünya yaşlanıb. Ancaq dünyanın sahib olduğu bütün təbii ehtiyatlar indiki dünya əhalisinin iki qatını bəsləməyə və rahat yaşatmağa kifayət edər. Buna görə də insanların yoxsullaşaraq təbii ehtiyatları əldə edə bilməməsinin səbəbi resurs qıtlığı deyil, uzun zamandır ki, fəaliyyətdə olan yoxsulluq lobbisidir.
İngiltərə Oxford universitetinin nəzdində tədqiqatlar aparan beynəlxalq qeyri-hökumət təşkilatı OXFAM-ın son hesabatına əsasən dünyada yaşayan 85 nəfər 3.5 milyard insandan, yəni dünyanın yarısından daha zəngindir1. Dünyanın ən kasıb 48 ölkəsinin ÜMG-si (Ümumi Milli Gəlir) isə dünyanın ən varlı 3 şəxsinin var-dövlətindən daha azdır. Başqa sözlə desək, 3 nəfərin bütün sərvəti ilə 48 ölkənin əhalisi dirçələ bilər.
Bütün dünya əhalisinin təhsil alması üçün 6 milyard dollara, əsas qida resursunu əldə etməsi üçün isə 13 milyard dollara ehtiyacı var. Bu ehtiyac hər kəsin gözü önündə ikən Avropada ətirlərə 12 milyard dollar, Avropa və ABŞ-da pişik və it yeməklərinə 17 milyard dollar, ABŞ-da isə arıqlamaq üçün 50 milyard dollardan daha çox pul xərclənir. Təkcə ABŞ-da hərbi vəsaitə xərclənən pul 640 milyard dollardır.
Bu statistikanı verməkdə məqsədimiz dünyanın yoxsullaşması üçün əslində heç bir təbii səbəbin olmadığını göstərməkdi. Əlbəttə insanlar ətirlərə və ya it yeməklərinə pul xərcləyə bilərlər, lakin bunu edərkən digər insanları da düşünməliyik. Onların aclıqdan və ya yoxsulluqdan ölməsi üçün heç bir səbəb yoxdur. Dünya hər kəsə kifayət edər.
Lakin xüsusi olaraq yaradılmış yoxsulluq lobbisi buna imkan vermir. İnsanlar və ölkələr yoxsullaşdırılaraq istismar siyasəti həyata keçirilir. Sahibləri heç vaxt bilinməyən və 102 illik fəaliyyətində hökumət tərəfindən nəzarət edilə bilməyən Amerika Mərkəzi Bankı (FED) yalnızca virtual puldan istifadə edərək bütün dünya iqtisadiyyatını öz əlində saxlayır. Müharibələr bu lobbinin də, mərkəzi banklarının da əsas gəlir mənbələrindəndir. Son on ildə ABŞ-da qeyri-sənaye istehsalı 19% nisbətində azaldığı halda, hərbi istehsalda 123% nisbətində artımın olması diqqəti cəlb edir. Eyni dəyərləndirmədə diqqətə alınan digər məqam isə hərbi iqtisadiyyatın digər iqtisadiyyatlardan üç dəfə böyük olmasıdır2.
Dünyanın 99%-inə maddi mənada yalnızca 1%-i başçılıq edir.3 Dünya təbii sərvətləri təkcə 1%-lik hissənin əlində cəmlənib, buna görə də insanlar gündən-günə yoxsullaşır, BM “pul mənbəyi tapa bilmirik” deyərək məcburi köçkünlərə qida yardımını dayandırır.
Ölkə xalqları yoxsullaşdırılarkən, bir də yoxsullaşdırılmalı ölkələr kateqoriyası vardır. Bu ölkələrin ən əsas xüsusiyyətləri sahib olduqları təbii sərvətlərlə diqqəti cəlb etmələridir. Əhalisinin 36%-i yoxsulluq həddindən də aşağı səviyyədə yaşayan, minlərlə uşaqları işləməyə məcbur olan Əfqanıstan, Yaxın Şərqdə ən böyük qətliamlar baş verən İraq, soyqırımla qarşılaşan Myanmar və bütün Afrika sahib olduğu zəngin təbii sərvətlərə baxmayaraq müharibə və qıtlıqdan azad ola bilmir. Bunlardan Afrika hələ də köhnə istismarçıların nəzarəti altında hərəkət etməyə məcburdur. Çünki uran, neft, almaz, təbii qaz kimi dəyərli yeraltı sərvətlərə sahib olmasına baxmayaraq, bunları emal edə biləcək sənayeyə və ixrac edə biləcək hər hansı nəqliyyat xəttinə sahib olmasına heç vaxt imkan verilməyib. Sənaye və ixrac gücünə sahib olan ölkələr təbii sərvətləri bu ölkələr adından deyil, öz adlarından emal edərək istifadə edirlər. Bu ölkələrdən müharibə və qıtlığın heç vaxt azalmaması da qətiyyən təəccüblü deyil.
Yoxsulluq lobbisinin dünya səviyyəsindəki fəaliyyəti artıq inkişaf etmiş ölkələri də rahat buraxmır. Fransada evsizlərin sayı 50% nisbətində artarkən, 3.6 milyon insanın da qala biləcəyi daimi evi yoxdur. Londonun arxa küçələrində aclıq artarkən, ABŞ-da evsiz uşaqların sayının 2.5 milyona çatdığı bildirilir.
Ən qorxunc fəlakətlərlə qarşılaşdığımız, nifrəti ən şiddətli şəkildə gördüyümüz və demək olar ki, insanın dəyərdən tamamilə düşdüyü xüsusi bir dövrdəyik. Dünyanın sonuna yaxınlaşdıqca yaxşılarla pislərin mübarizəsini hər zaman görəcəyik. Pis olanlar həqiqətən pis olacaq, yaxşıların isə çətin bir mübarizədəki səyləri çox dəyərli olacaqdır.
Qurandakı İslam iqtisadi natarazlığı, varlı-kasıb uçurumunu, istismar mexanizmlərini və hər cür ədalətsizliyi aradan qaldıran möhtəşəm bir ədalətli sistemi tərif edir. Müsəlmanların isə bu ədalətli sistemi tətbiq etməyə və bununla dünyanı xilas etməyə gücləri çatar. Lakin bunun üçün birlikdə hərəkət etmələri lazımdır. Bu birliyi təmin etmək üçün isə həqiqətən dünyadakı ədalətsizliyi aradan qaldırmaq və məzlumları xilas etməyi hədəf almalıdırlar. Yalnızca öz mənfəətini düşünən bir sistemin müsəlmanlara da çətinlik və zülm gətirdiyi açıq-aşkardır.
Müsəlmanlar öz mənfəətlərini, öz rahatlığını düşünən oxşar istismar sisteminin bir hissəsi olmaqdan çəkinməlidirlər. Bəşəriyyətin bu böyük problemi qarşısında xilaskar kimi davranmağa məcburdurlar. İstismar sisteminin izinə düşüb öz mənfəətini qorumağa çalışan, “mənə dəyməyən ilan min il yaşasın” deyərək kənara çəkilən bir düşüncədən çəkinməlidirlər. Bu bərabərsizliyə və istismar lobbisinə diqqət çəkərək Qurandakı ədalətli sistemi tanıdaraq gücləndirməlidirlər. Hər kəsin istismar edildiyi bu dəhşətli sistemi məhv edəcək həll yolunu həyata keçirmək mümkündür. Müsəlmanalr hz. Süleymanın (əs) yoxsulluq lobbisini məhv edərək dünyaya bəxş etdiyi rifahın əsrimizdəki aparıcı qüvvəsi ola bilərlər. Lakin əvvəlcə dünyaya yalnızca rahat yaşamaq üçün deyil, imtahan edilmək üçün gəldiklərini yada salmalıdırlar. Bütün çarəsiz insanlardan müsəlmanlar məsuldurlar (Quran, 4/75). Allah isə doğru yolda birlikdə hərəkət etməyə çalışanların yolunu hər zaman açar.
1. http://www.theguardian.com/business/2014/jan/20/oxfam-85-richest-people-half-of-the-world
2. http://en.wikipedia.org/wiki/List_of_countries_by_military_expenditures
3. http://www.washingtonsblog.com/2012/02/debunking-the-myth-that-war-is-good-for-the-economy-once-and-for-all.html
4. http://thesource.com/2015/01/19/by-2016-the-richest-1-will-own-more-than-half-of-the-worlds-wealth/
Adnan Oktarın Arab News-da yayımlanan məqaləsi:
http://www.arabnews.com/columns/news/707456
http://azpress.az/index.php?lang=az§ionid=news&id=36145
http://xalqxeber.az/kose/12571-dunya-yoxsulluq-lobbisi.html
http://siyaset.az/sosial/420-dunya-yoxsulluq-lobbisi.html
http://wsemir.com/xeberler/sosial-xeberler/33274-dunya-yoxsulluq-lobbisi.html