Peyğəmbərimiz (səv) müsəlmanların çətinliklərini asanlaşdırmışdır
ucgen

Peyğəmbərimiz (səv) müsəlmanların çətinliklərini asanlaşdırmışdır

2073

Peyğəmbərimiz (səv) yuxarıda sayılan xüsusiyyətləri ilə möminlərin ağıllarına gəlməyəcəkləri və  çətinliklə edəcəkləri işlərdə onlara yol göstərmişdir. Bununla yanaşı, insanların bir qismi öz-özlərinə zülm edir, çətinlik törədir, özlərindən qaydalar çıxarıb bu qaydalara riayət edərək nicat tapacaqlarına inanırdılar. Tarix boyu dinlərin təhrif edilməsinin səbəblərindən biri də insanların bu xüsusiyyətidir. Bir çox birlik dində olmayan qaydalar uydurmuş, özlərini və insanları bunlara riayət edilsə,  təqvalı olacaqlarına inandırmışlar. Peyğəmbərimizin (səv) ən əhəmiyyətli xüsusiyyətlərindən biri isə insanlar üzərindəki bu öz əlləri ilə meydana gətirdikləri çətinlikləri aradan qaldırmasıdır. Allah bir ayəsində Peyğəmbərimizin (səv) bu xüsusiyyətini belə bildirir:

“O kəslər ki, əllərindəki Tövratda və İncildə (adını, vəsfini və əlamətlərini) yazılmış gördükləri rəsula–ümmi (heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya məkkəli) peyğəmbərə tabe olurlar. (O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki zəncirləri açar (şəriətin çətin hökmlərini götürər). Ona (o Peyğəmbərə) iman gətirən, yardım göstərən və onunla (Quranın) ardınca gedənlər məhz onlar nicat tapanlardır!”. (Əraf surəsi, 157)

 

Ayədə bildirilən "ağır yük" və "zəncirlər" insanların üzərlərindəki çətinliklərdir. Peyğəmbərimiz (səv)  həm həyatı ilə onlara nümunə olub, həm də ayədə bildirildiyi kimi onları yaxşılığa dəvət edib, pisliklərdən çəkindirərək insanların üzərlərindən çətinlikləri götürmüşdür.

Peyğəmbərimizin (səv) ən gözəl nümunə olduğu mövzulardan biri də təqvası, yəni sadəcə Allahın rizasını axtaran rəftarıdır. Peyğəmbərimiz (səv) yalnız Allahdan qorxub çəkindiyi və heç bir zaman insanların istəklərinə uymadığı üçün daim ən doğru yolda olmuşdur. Quran əxlaqının bu xüsusiyyəti insan üçün böyük bir asanlıq və gözəllikdir. İnsanları məmnun etməyə, özünü onlara bəyəndirməyə çalışan, həm Allahın, həm də insanların razılığını axtararaq, təqdir və tərif arxasından qaçan şəxslər üçün hər etdikləri iş böyük bir ağırlıqdır. Belə insanlar həm içlərindən gəldiyi kimi səmimi və azad düşünmür, həm də hər insanı eyni anda məmnun edə bilməyəcəkləri üçün axtardıqları tərif və təqdiri də tapa bilmirlər. Ən kiçik bir səhvlərində belə çaxnaşmaya düşür, gözünə girməyə çalışdıqları şəxslərin narazı olduqlarını gördükdə onların hörmət və etibarını itirmə qorxusunu daşıyırlar.

Halbuki, sadəcə Allahın rizasını axtaran, yalnız Allahdan qorxub çəkinən müsəlmanlar heç vaxt bacara bilməyəcəkləri və onlara dünyada və axirətdə çətinlik və itki gətirəcək bir yükün altına girməzlər. Heç vaxt insanların məmnuniyyəti, nə düşündükləri, qınanılacaqları kimi mövzuları düşünməzlər. Bu səbəbdən hər zaman rahatlıq və dinclik içindədirlər. Bir səhvləri olanda da bunun hesabını yalnız Allaha verəcəklərini, yalnız Allahdan bağışlanma diləmələri lazım olduğunu bildikləri üçün yenə bir çətinlik və narahatlıq içində olmazlar.

Peyğəmbərimiz (s.ə.v) həm sözləri, həm də davranışı ilə möminlərə ixlasla yaşamağı öyrətmiş və bütün bəşəriyyət üçün ağır bir yük olan "insanların razılığını güdməyi" onların üzərindən götürmüşdür. Əlbəttə bu, Peyğəmbərimizin (səv) inananların üzərindən götürdüyü çətinliklərdən yalnız biridir. Hz. Muhəmməd (səv) bu şəkildə dünyada və axirətdə xeyir və gözəllik gətirəcək bir çox mövzuda bütün müsəlmanlara nümunə olmuşdur.

 

Allah ixlaslı bir insanla Allaha şərik  qoşan şəxsin bir olmayacağını ayədə belə bildirir:

 

“Allah bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini məsəl çəkir. Onlar məsəlcə eyni ola bilərmi? Həmd  Allaha məxsusdur, lakin onların əksəriyyəti (bunu) bilmir”. (Zumər surəsi, 29)

 

Peyğəmbərimizin (səv)- möminlərin onlardan qaldırdığı tək çətinlik şirk deyil. Peyğəmbərimiz (səv) insanlara ağır gələn, onlara çətinlik verən hər cür çətinliyi aradan götürmüş, onları ən asan və ən gözəl olana çağırmış və hər şeyin həllini göstərmişdir. Bu səbəbdən Peyğəmbərimizin (səv) sünnəsinə itaət edənlər dinc və asan bir həyat yaşayarlar. Peyğəmbərimizin (səv) bu mövzudakı hədislərindən bəziləri belədir:

"... Sən, yəqin bir imanla, tam bir razılıq ilə Allah üçün  müqtədir olaraq çalış, ər buna müqtədir ola bilməsən, xoşuna gəlmən şeydə, səbirdə çox xeyir var. Bunu da bil ki, nüsrət səbirlə birlikdəlir, qurtuluş da çətinlikləlir, çətinlikdə asanlıq vardır, bir çətinlik iki asanlığı əsla məğlub etməkdir "

"Çətinlik gəlib bu qayanın içinə girsə, mütləq asanlıq da onun  arxasından gəlib içəri girər və oradan çətinliyi çıxarar"

 

“Yoxsa elə hesab edirsiniz ki, Allah sizlərdən cihad edənləri, Allahdan, Onun Elçisindən və möminlərdən başqasını özlərinə sirdaş tutmayanları sınamadan siz sərbəst buraxılacaqsınız? Allah nə etdiklərinizdən xəbərdardır” (Tövbə surəsi, 16)

 

“O kəslər ki, əllərindəki Tövratda və İncildə (adını, vəsfini və əlamətlərini) yazılmış gördükləri rəsula–ümmi (heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya məkkəli) peyğəmbərə tabe olurlar. (O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki zəncirləri açar (şəriətin çətin hökmlərini götürər). Ona (o Peyğəmbərə) iman gətirən, yardım göstərən və onunla (Quranın) ardınca gedənlər məhz onlar nicat tapanlardır!”. (Əraf surəsi, 157)

 

 

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo