Elm adamlarının okeanların minlərlə metr dərinliyində yaşayan xərçəng növü üzərində apardıqları araşdırmada çox xüsusi bir sistemin varlığı üzə çıxdı.
Biz yer üzündə milyonlarla canlı növü ilə birlikdə yaşayırıq. Onların çoxu bizdən uzaqda yaşayır.
Bu canlıları araşdıran elm adamları bizə onlar haqqında müdhiş məlumatlar verirlər. Beləliklə, getmək imkanımız olmayan yerlərdəki canlıları görmüş kimi oluruq.
Xüsusilə dəniz dərinliklərdə yaşayan canlıları araşdıran elm adamları dəniz səviyyəsindən 2500 metr aşağıda yaşayan bir xərçəng növünün mükəmməl göz dizaynına sahib olduğunu üzə çıxardılar. Elmi adı Bythograea thermydron olan baca xərçənglərinin gözləri dəyişkən xüsusiyyətə malikdir.
Bir baca xərçəngi sürfə dövründə okeanın orta dərinliklərində yaşayır. Təxminən 1000 metr dərinlikdəki bu sahəni böyüdükcə tərk edir və daha dərinə getməyə başlayır. Xərçəng yetkin dövrə çatdıqda 1500 metr aşağı düşərək təxminən 2500 metr dərinlikdə yaşamağa başlayır.
Bu qədər dərinlikdə ortaya çıxan yüksək təzyiqlərə ancaq bədənindəki xüsusi dizayn sayəsində tab gətirən xərçəng dəniz səviyyəsindən 250 qat daha çox təzyiqdə rahat şəkildə yaşayır.
Pensilvaniyanın Lankaster şəhərindəki Franklin & Marşal Universiteti nevroloqu Robert Cinksin rəhbərliyi altındakı qrup Sakit Okeanın 2500 metr dərinliyində yeni yumurtlamış bir xərçəngin yumurtalarını qaranlıq laboratoriya mühitində böyütdülər. Bu müddət ərzində inkişaf edən sürfələrin gözlərinin inkişafına nəzarət etdilər. Sürfə dövründə mürəkkəb göz quruluşuna sahib olan xərçənglərin yetkin hala gəldikcə tamamilə fərqli bir göz quruluşuna - sadə tor qişalı göz quruluşuna çevrildiyini gördülər.
Aparılan araşdırmaya əsasən, okeanın orta dərinliklərində planktonla üzən sürfələr bu dərinliklərə az da olsa çatan işığı qəbul edən və ağcaqanadlardakına bənzəyən mürəkkəb göz quruluşuna sahibdirlər. Bu gözlər fokuslaşa bilir və xərçənglər ətraflarındakı digər canlıları rahatlıqla görə bilirlər. Sürfə dövründən sonra böyüyən və ağırlaşan xərçənglər daha dərinə batmağa başlayırlar. Xərçənglərin gözləri bu dəfə dəyişən mühitlə birlikdə işıq saçan canlıların yaydığı mavi-yaşıl işığa qarşı həssas olmağa başlayır. Xərçəng yetkin hala gəldiyində isə burada möhtəşəm bir çevrilmə baş verir. Gözlər tamamilə dəyişir və iri, sadə tor qişalı gözlərə çevrilir. Bu tor qişada büllur olmur və görüntü meydana gəlmir. İşığa daha həssas olan bu gözlər zülmət qaranlıqda yalnız hidrotermal bacaların yaydığı zəif işıqları asanlıqla qəbul edir. Beləliklə, ətrafa 350 dərəcəlik istilik yayan və hər şeyi bişirən hidrotermal bacaları uzaqdan görə bilirlər.
Burada baş verən çevrilmə möcüzədir. Çünki mürəkkəb və ya sadə tor qişalı göz quruluşu bir-birlərdən tamamilə fərqli dizaynlara sahibdirlər. Bu qədər fərqli iki dizaynın qüsursuz şəkildə bir-birini əvəz etməsi göz hüceyrələri tərəfindən icra edilən əskiksiz bir planın varlığını tələb edir. Bununla yanaşı, bu kompleks plana aid bütün məlumatlar xərçəngin DNT-sində döllənmiş yumurta halında əskiksiz şəkildə mövcuddur. Bu məlumatlarda gözün hansı tərəfində hansı molekullarının dəyişəcəyi müəyyəndir. Gözün dəyişməsi ilə əlaqədar məlumatlar bu məlumat bankından qüsursuz şəkildə və dəqiqliklə təhlil edilərək çevrilmə planı müvəffəqiyyətlə tətbiq olunur.
Yaxşı, bəs xərçəngdəki bu üstün dizayn necə ortaya çıxmışdır? Xərçəngin düşünmə qabiliyyəti olmayan hüceyrələri ortaq bir əmrə tabedirlər. Əlbəttə, hər kompleks quruluşun dizaynçısı olduğu kimi, xərçəngin də bir dizaynçısı vardır. Uca Allah xərçəngi sahib olduğu qüsursuz orqan və sistemlərlə birlikdə yoxdan var edəndir. Təzyiqə tab gətirən quruluşu, foton dedektorlu gözləri, xüsusi məngənələri və okeanın dibində asanlıqla irəliləməsini təmin edən ayaqları ilə xərçəng Allahın yaradılış dəlillərindən yalnız biridir. Allahın yaratdığı canlılarda bizim üçün ibrətlər vardır.
Hidrotermal Bacalar
Hidrotermal bacaların kəşfi 1970-ci illərin sonlarına təsadüf edir. Okean dibində uzun yarıqlar boyunca uzanan bacaların kəşfi elm dünyasında böyük əks-səda doğurmuşdu. Bu yarıqlarda ərimiş halda olan qayalar suyu isidir və içindəki mineralları isinən su ilə birlikdə püskürdürlər. Püskürən minerallar çökür və zaman ərzində yığılaraq bacaları meydana gətirirlər. Bacaların ətrafındakı istilik 400 dərəcədır. Adətən 100 dərəcədə qaynayan su dərinliyin səbəb olduğu təzyiq üzündən bu qədər yüksək temperaturda belə qaynamır. Bu dərinliklərdə xərçənglər, bakteriyalar, 3 metr uzunluqda olan nəhəng soxulcanlar və heç rast gəlinməyən dərin su balıqları yaşayır. Burada həyat fotosintezə deyil, kemosentezə əsaslanır. Fotosintez günəş işığına əsaslanan reaksiyadır. Bu qədər dərinliyə günəş işığının çatması isə qeyri-mümkündür. Qidalanma zəncirinin ən alt təbəqəsi bakteriyalardır. Onlar bacalardan isti su ilə püskürən kükürd elementi ilə qidalanırlar. Kemosentez bakteriyalara enerji verən və kimyəvi reaksiyalara əsaslanan reaksiyadır. Digər canlılar da bu bakteriyaları yeyərək enerji əldə edirlər.
Həqiqətən, heyvanlarda (ev heyvanlarında) da sizin üçün bir ibrət vardır. Biz onların qarınlarında olandan (süddən) sizə içirdirik. Onlarda sizin üçün daha bir çox mənfəətlər də vardır. (Bəzilərini minir, bəzilərinin yunundan, bəzilərinin isə tükündən istifadə edirsiniz). Həm də onlardan yeyirsiniz! (Mumimin surəsi, 21)