MÜZƏYYİN - Bəzəyən
ucgen

MÜZƏYYİN - Bəzəyən

2239
Bilin ki, Allah`ın Elçisi aranızdadır. Əgər o, bir çox işlərdə sizə güzəştə getsəydi, çətinliyə düşərdiniz. Lakin Allah sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır. Doğru yolda olanlar da bunlardır. (Hücurat surəsi, 7)
 
İmanı sevmək və imanın təsiri ilə maddi-mənəvi ləzzətlərdən zövq almaq, Allah`ı inkardan nifrət edib onu çirkin görmək hər nə qədər təbii davranış kimi görünsə də, əslində, tamamilə Allah`ın lütfü sayəsində qovuşulan nemətdir. Allah bu metafizik vəziyyəti yuxarıdakı ayəsi ilə bildirmişdir.
 
Bunun əksinə, Allah bu böyük  lütfkarlığın dəyərini möminlərə göstərmək üçün eyni vəziyyətin tərsini də inkar edənlər üçün yaratmışdır. İnkar edənlər imanın ehtiva etdiyi gözəllikləri möcüzəvi şəkildə görə bilmir, əksinə, dindən uzaq yaşayanların qaranlıq və əzablı zülm sistemindən zövq alırlar. İnkar edənlərin sistemlərinin ehtiva etdiyi bütün pisliklər onlar üçün gözəl göstərilmişdir. Allah Quranda bu sirri belə xəbər verir:
 

Məgər öz Rəbbindən aydın dəlilə istinad edən kimsə pis əməli özünə gözəl göstərilən və öz nəfslərinə uyan kimsələr kimi ola bilərmi?! (Muhəmməd surəsi, 14)

 
Allah`ı tanıyan və Onun üzərindəki rəhmətini görən, Onun sayəsində var olduğunu və sevib-xoşlandığı hər şeyin Ondan gəldiyini dərk edən mömin isə Allah sevgisinin və imanın üstünlüyünə çatır. İman edən insan Allah`dan başqa heç kimi məmnun etmə ehtiyacı hiss etmir və Allah`dan başqasından kömək gözləmir. Belə ki, ürəyi yalnız Allah`ı xatırlamaqla rahatlıq tapır. Allah rizası üçün bir iş görməyi, gözəl əxlaqlı olmağı, Allah`ın əmr və qadağalarını qorumağı, müsəlmanlara düşkünlüyü, axirət üçün saleh əməllər işləməyi sevinc və xoşbəxtlik vəsiləsi olaraq görür.
 
Şübhəsiz, bu cür möhkəm və güclü iman ancaq Allah`ın möminlərə olan lütfü sayəsində olur.
 

Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah dərgahındadır. (Ali-İmran surəsi, 14)

 

Pis əməli özünə gözəl göstərilib onu yaxşı hesab edənlə, (doğru yolla gedən kimsə eyni ola bilərmi?) Həqiqətən, Allah istədiyini zəlalətə salır, istədiyini də doğru yola yönəldir. Sən onlara görə özünü üzüb əldən salma. Şübhəsiz ki, Allah onların nə törətdiklərini bilir. (Fatir surəsi, 8)

 

Məgər ölü ikən diriltdiyimiz və özünə də insanlar arasında gəzmək üçün nur verdiyimiz şəxs qaranlıqlar içində qalıb oradan çıxa bilməyən kəs kimi ola bilərmi? Kafirlərə gördükləri işlər beləcə gözəlləşdirildi. (Ənam surəsi, 122)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr