Bir hüceyrənin içindəki bir zülal istehsalı üçün ferment olaraq hərəkət edən altmış xüsusi zülal lazımlıdır.
Zülal sintezi üçün lazımlı olan bu fermentlərdən (zülallardan) biri belə əskik olsa hüceyrə zülalları meydana gətirə bilməz.
Bu səbəblə zülal sintezində vəzifəli olan zülallar imtina edilməzdirlər, bir zülalın istehsalı üçün hər birinin varlığı şərtdir və birlikdə sadələşdirilə bilməz kompleks bir sistem meydana gətirərlər.
Üstəlik bu altmış fermentin eyni anda mövcud olması yetərli deyil, həm də hamısının hüceyrə içində eyni çox kiçik bölgədə yerləşməsi lazımdır.
Hamısının hüceyrədəki doğru yerdə koordinasiya edilməsi və hədəfləndirilməsi şərtdir.
Həm də bunun üçün hüceyrə daxilindəki bütün orqanoidlər yerli yerində olmalı və vəzifələrini tam olaraq icra edə bilməlidirlər. Çünki zülal sintezindəki bütün mərhələlərdə hüceyrənin bütün orqanoidləri fəaliyyət göstərir. Əgər digər orqanoidlər vəzifələrini tam olaraq yerinə yetirə bilməsələr, əhəmiyyətli funksiyalar reallaşdırıla bilməyəcəyi üçün zülal sintezi də reallaşdırıla bilməz.
Hüceyrə daxilindəki bir zülalın belə meydana gəlməsi müdhiş bir sadələşdirilə bilməz komplekslik nümayiş etdirir. Darvinistlər, bir zülal üçün reallaşan hadisələri də açıqlamaqdan acizdirlər.
Acizdirlər, çünki yaradılan bütün aləmlər, kainatdakı nəhəng planetlərdən bir atomun zərrəsinə qədər hər biri, Allahın üstün Qüdrətini, möhtəşəm yaratmasını göstərməkdədir.
Qaynaq: William Dembski, Jonathan Wells, How to be an intellectually fulfilled atheist (or qeyd), Intercollegiate Studies Institute, 2008, səh. 52