Adnan Oktarın Gaziantep Olay telekanalında verdiyi canlı müsahibəsi (7 dekabr 2010)
Adnan Oktar: "De: "Kim azğınlıqdadırsa, Rəhman (olan Allah), ona möhləti verdikcə verər", yəni azğınlıqdadırsa, Rəhman olan Allah ona möhləti verdikcə verər. Məsələn, bəzən 100 il, bəzən 150 il. Darvinizmə Allah ən azı 150 illik möhlət verdi. "Özlərinə vəd ediləni (ya əzabı, ya da Qiyamət saatını) gördükləri zaman artıq kimin yerinin (mövqe, məqam) daha pis və kimin hərbi gücünün daha zəif olduğunu öyrənəcəklər". Bax, burada: "Ya əzabı, ya da Qiyamət saatını", yəni məhz burada, bu, təbii ki, Quran tərcüməsini hazırlayan insanın şərhidir, "(ya əzabı, ya da Qiyamət saatını) gördükləri zaman artıq kimin yerinin (mövqe, məqam) daha pis və kimin hərbi gücünün daha zəif olduğunu öyrənəcəklər". Biz buna, yəni şərhlərə bir əlavə daha edirik. Çünki şərh etmişdir, biz də bir şərh daha əlavə edirik. "De: "Kim azğınlıqdadırsa", belə ki, Dəccal, dəccaliyyət, "azğınlıqdadırsa, Rəhman (olan Allah), ona möhləti verdikcə verər", nə qədər? Məsələn, 150 il. "Özlərinə vəd ediləni", Mehdi (ə.s)-ı, Mehdi (ə.s)-ın zühurunu, İslam Birliyini və Türk-İslam Birliyini "gördükləri zaman, artıq kimin yerinin (mövqe, məqam) daha pis və kimin hərbi gücünün daha zəif olduğunu öyrənəcəklər" deyir. Mehdi (ə.s)-ın ordusunu gördükdə öz ordularının heç nə olduğunu anlamış olacaqlar. Hz. Mehdi (ə.s)-ın mənəvi gücünü gördükdə heç nəyə malik olduqlarını anlamış olacaqlar. Mehdi (ə.s)-ın hərbi gücünün silahı sevgidir, mərhəmətdir, məhəbbətdir. Dəccalınkı qandır, barıtdır. Mehdi (ə.s) təkcə sevgiylə hakim olacaq, ağılla, elmlə, sənətlə.