Dəmir Quranda böyük diqqət yetirilən kimyəvi elementlərdən biridir. Quranın "Hədid", yəni "Dəmir" adlı surəsində belə buyurulur:
"...Biz həddindən artıq möhkəm olan və insanlara fayda verən dəmiri də nazil etdik (endirdik)..." (Hədid surəsi, 25)
Ayədə xüsusi olaraq dəmirlə bağlı işlədilən "ənzəlnə", yəni "endirmək" kəlməsi məcazi anlamda onun insanların xidmətinə verilməsi mənasında başa düşülə bilər. Fəqət kəlmənin yağış və günəş şüaları ilə bağlı işlədilən "göydən fiziki olaraq endirmə" şəklindəki həqiqi mənasına diqqət veriləndə ayənin çox mühüm elmi möcüzə olduğu aşkara çıxır. Çünki müasir astronomiya elmi Yerdəki dəmir mədənlərinin kosmosdakı böyük ulduzlardan gəldiyini sübut etmişdir.
«Hədid» surəsinin 25-ci ayəsində dəmir üçün işlədilən «ənzəlnə», yəni «endirmək» kəlməsinin məcazi mənada insanlara xidmət üçün verilmək mənasında olduğu düşünülə bilər. Lakin kəlmənin yağış və günəş şüaları barədə işlədilən «göydən fiziki olaraq endirmək» şəklindəki həqiqi mənası diqqətə alınanda ayənin yuxarıda ifadə etdiyimiz bu mühüm elmi həqiqətə işarə etdiyi görünür.
Təkcə Yerdəki deyil, bütün Günəş sistemindəki dəmir kənardan əldə edilmişdir. Çünki Günəşin hərarəti dəmir elementinin meydana gəlməsi üçün kifayət etmir. Günəşin 60000 C dərəcəlik səthinin və 20 milyon0 C dərəcəlik nüvə hərarəti vardır. Dəmir ancaq Günəşdən də böyük olan ulduzlarda bir neçə yüz milyard dərəcəyə çatan istidə əmələ gələ bilər. Nova və supernova adlandırılan bu ulduzlardakı dəmirin miqdarı müəyyən həddi keçdikdə, ulduzlar artıq onu saxlaya bilmir və partlayır. Dəmirin kosmosa səpələnməsi bu partlayışlar nəticəsində mümkün olur.
Bir elmi mənbədə bu məsələ ilə bağlı aşağıdakı məlumat qeyd edilir:
"Daha çox yaşı olan Supernova hadisələrini göstərən dəlillər də var. Dəniz tavanında yığılmış dəmir-60 Günəşdən 90 işıq ili uzaqlıqda təxminən 5 milyon il əvvəl meydana gələn bir supernova partlayışının dəlili olaraq izah edilir. Supernova partlayışında əmələ gələn dəmir-60 elementi 1,5 milyon il ömrü olan radioaktiv izotopdur. Yerin altındakı təbəqələrdə rast gəlinən dəmir-60 izotopu yaxın kosmosda olan elementlərin nüvə sintezi prosesindən keçərək əvvəlcə Yer atmosferinə, oradan da Yerin alt təbəqələrinə düşməsi nəticəsində meydana gəlmişdir".
Bütün bunlardan da göründüyü kimi, dəmir mədənləri Yerdə əmələ gəlməmiş, supernovalardan göy daşları vasitəsilə daşınaraq eynilə ayədə bildirildiyi şəkildə Yerə endirilmişdir. Bu məlumatın Quranın nazil olunduğu VII əsrdə elmi şəkildə təsbit edilməsinin qeyri-mümkünlüyü isə tam aydındır. Bu həqiqət yalnız hər şeyi sonsuz biliyi ilə əhatə edən Allah`ın sözündə - Quranda var. Dövrümüzün astronomik bilikləri bizə başqa elementlərin də Yer kürəsindən kənarda meydana gəldiyini göstərir. Ayədəki «dəmiri də endirdik» ifadəsindəki «də» vurğusu bu həqiqətə diqqəti cəlb etmək üçün ola bilər. Ancaq ayədə dəmirin xüsusilə vurğulanması XX əsrin axırlarında əldə edilən məlumatlar nəzərə alınanda daha çox maraq kəsb edir. Məşhur mikrobioloq Maykl Denton «Təbiətin taleyi» adlı kitabında dəmirin əhəmiyyətini bu sözlərlə ifadə etmişdir:
«Bütün metalların arasında dəmirdən daha çox zəruri əhəmiyyəti olanı yoxdur. Bir ulduzun nüvəsində dəmirin yığılması supernova partlayışına təkan verir və bununla da həyat üçün zəruri olan atomların bütün kainata yayılması təmin edilir. Dəmir atomlarının dünyanın ilk mərhələlərində nüvədə meydana gətirdiyi cazibə qüvvəsi ilə yaranan hərarət dünyanın başlanğıcındakı kimyəvi fərqliliklərə səbəb olmuş və atmosferin meydana gəlməsi ilə son nəticədə hidrosferin yaranmasını təmin etmişdir. Dünyanın mərkəzində mövcud olan ərimiş dəmir nəhəng bir maqnit vəzifəsini yerinə yetirir və dünyanın maqnit sahəsini yaradır. Bu maqnit sahəsi sayəsində Yer kürəsinin səthini yüksək enerjili dağıdıcı kosmik radiasiyadan qoruyan Van Allen radiasiya zolaqları meydana gəlir və həyat üçün mühüm əhəmiyyəti olan ozon təbəqəsini kosmik şüanın dağıdıcı gücündən qoruyur...» Dəmir atomu olmasaydı, kainatda karbona bağlı həyatın olması da mümkün olmazdı.
Supernovalar, dünyanın ilk dövrlərində hərarət, atmosfer, yaxud da hidrosfer mövcud olmazdı. Qoruyucu maqnit sahəsi olmaz, Van Allen radiasiya zolaqları meydana gəlməz, ozon təbəqəsi olmaz, (insan qanında) hemoqlobini meydana gətirən heç bir metal olmazdı, oksigenin reaktivliyini aşağı salan metal yaranmaz və oksidə əsaslanan bir metabolizm meydana gəlməzdi.
Həyatla, dəmirlə və qanın qırmızı rəngi ilə uzaqdakı bir ulduzun ölümü arasındakı bu sirli və yaxın əlaqə təkcə metalların biologiya baxımından mühüm olduğunu göstərməklə qalmır, həmçinin kainatın bioloji cəhətdən əhəmiyyətini vurğulayır.
Dəmir atomunun əhəmiyyəti bu izahlarla daha yaxşı başa düşülür. Quranda dəmirə xüsusi diqqət verilməsi də bu maddənin əhəmiyyətini göstərir. Peyğəmbərimizin (s) dövründə də dəmirdən istifadə edilməklə və müxtəlif alətlər düzəldilirdi, ancaq dəmirin insan həyatındakı əhəmiyyəti haqqındakı məlumatlar o vaxt kifayət qədər deyildi. Dünyanın nüvəsində dəmirin olduğu, insanın qanında dəmirin mövcudluğu və dəmirin canlı aləm üçün həyati əhəmiyyəti XX əsrə kimi hələ bilinməyən həqiqətlər idi.
Bütün bunlarla yanaşı, Quranda dəmirin əhəmiyyətinə diqqəti yönəldən bir sirr də var. İçində dəmirdən bəhs edilən «Hədid» surəsinin 25-ci ayəsi özündə çox maraqlı iki riyazi şifrəni ehtiva edir.
"Hədid" Quranın 57-ci surəsidir. "Hədid" kəlməsinin ərəbcədəki riyazi dəyəri, yəni "əbcəd" hesablanarkən qarşımıza çıxan rəqəm də eynidir: 57. (Əbcəd hesabları ilə bağlı ətraflı məlumat üçün baxın: "Quranda əbcəd hesabı" fəsli). "Hədid" kəlməsinin riyazi dəyəri isə 26-dır. 26 da dəmirin atom sayıdır.
Digər tərəfdən, ötən aylarda həyata keçirilən bir xərçəng xəstəliyinin müalicəsində dəmir-oksid hissəciklərindən istifadə olundu və müsbət nəticələrin əldə olunduğu müşahidə edildi. Almaniyanın bütün dünyada məşhur olan "Charite" xəstəxanasında doktor Andreas Cordanın rəhbərliyi altında çalışan heyət xərçəng xəstəliyinin müalicəsi üçün müəyyənləşdirdiyi yeni üsulla - maqnit maye hipertermiya, yəni yüksək hərarətli maqnetik maye tətbiqi üsulu ilə - xərçəng hüceyrələrini məhv etməyi bacardı. Xəstəxanada ilk dəfə 26 yaşlı Nikolaus H. adlı bir tələbə üzərində sınaqdan keçirilən bu üsulun nəticəsində həmin şəxsdə üç ay yeni xərçəng hüceyrələri müşahidə edilməmişdi.
İstifadə edilən bu müalicə üsulu qısa olaraq bu formadadır:
1. İçində dəmir-oksid hissəcikləri olan maye xüsusi şprislə şişin içinə göndərilir. Bu hissəciklər şiş hüceyrələrinə dağılır. Bu mayenin 1 sm3-ində dəmir-oksiddən meydana gələn və eritrositlərdən (qırmızı qan hüceyrələrindən) 1000 dəfə kiçik milyonlarla hissəcik mövcuddur və bunlar asanlıqla qan damarlarında qarışa bilir.
2. Xəstə bundan sonra güclü maqnetik təsiri olan bir cihazın altına yatızdırılır.
3. Kənarda tətbiq edilən bu maqnetik cərəyan şişin içindəki dəmir hissəciklərini hərəkətə gətirməyə başlayır. Bu əsnada özündə dəmir-oksid hissəciklərini ehtiva edən şişdəki şüa müsbət 450 C-yə qədər qalxır.
4. İstiliyə qarşı özünü qoruya bilməyən xərçəng hüceyrələri bir neçə dəqiqə ərzində zəiflədilir, ya da tamam məhv edilir. Bundan sonra aparılan kimyaterapiya ilə şiş tamamilə yox ola bilir.
Bu üsulun yayılması ölümcül olan bu xəstəliyin müalicəsi baxımından çox böyük elmi tərəqqidir. Xərçəng kimi geniş yayılmış bir xəstəliyin müalicəsində Qurandakı ifadə ilə «insanlara fayda verən dəmir»dən istifadə edilməsi çox diqqətəlayiq məqamdır («Hədid» surəsi, 25). Həmçinin Quranda həmin ayə ilə dəmirin insan sağlamlığı baxımından bu yöndəki faydalarına da işarə edilməsi mümkündür (ən doğrusunu Allah bilir).