Dünyada hücum və müharibələrin müxtəlif formaları yaşanır. Amma son dövrlərdə həyatımıza girən kiber hücumlar müharibə anlayışına başqa bir ölçü gətirdi. Kiber döyüşçülər silah olaraq yalnız bir neçə proqram əmrindən istifadə edirlər. Foton paketləri ilə fiberoptik kabellərə daxil ola bilir və işıq sürəti ilə hərəkət edərək hücumu dərhal başlayıb dərhal bitirirlər. Qurumlar qurumlara, hətta dövlətlər dövlətlərə kiber hücumlarla müdaxilə edə bilirlər. Belə ki, bəzi dövlət və şirkətlər öz haker qruplarını belə yaratmaq məcburiyyətində qaldılar. Hakerlərə möhtac inkişaf etmiş ölkələr təhdidin nə qədər böyük olduğunun fərqindədirlər. Bəs biz?
Kiber hücumlar ölkə daxilində və dövlətlərarası siyasətdə bir çox məqsəd üçün istifadə edilir. Casusluq, manipulyasiya, təbliğat, sistemləri içəridən dağıtmaq, kiber bombalarla təxribat, dələduzluq kimi hədəfləri var. Dünyanın ən böyük kiber hücumu 2001-ci ildə bütün inkişaf etmiş müdafiə sistemlərinə baxmayaraq, ABŞ-da baş verdi. Edvard Snowdenin sənədləri sızdırması ilə ortaya çıxan bu hücum heç bir dövlətin elektron mühitdə "gizli" fəaliyyətinin ola bilməyəcəyini təsdiqləmiş oldu.
İnternet sistemlərinin dövlət idarələrinə, bank sistemlərinə daxil olması gündəlik həyatda hər şeyi pratik hala gətirsə də, qarşı-qarşıya olduğumuz təhlükənin böyüklüyünü də artırır. Saysız-hesabsız faydası ilə yanaşı, internet bu gün insanları və şirkətləri hər cür kiber hücuma və informasiya oğurluğuna açıq hala gətirib. Əslində burada üzərində dayanılmalı olan anlayış "kiber kosmos" anlayışıdır. Kiber kosmos sadəcə interneti əhatə etmir. İnternetin əhatə etmədiyi bir çox kompüter şəbəkəsini da əhatə edir. Kompüterlər, planşetlər, ağıllı telefonlar tərəfindən istifadə olunan wi-fi vasitəsilə bu qapalı olmalı olan şəbəkələr internetə qoşulur və hücumlara açıq hala gəlirlər.
İnsanların şəxsi məlumatlarının ələ keçirilməsi müxtəlif dələduzluq əməllərinə yol açarkən, dövlətlərə aid şəxsi məlumatların ortaya çıxması hökumətləri devirir, ölkənin dünya birliyindəki statusuna və etibarına təsir edir. Kiber hücumlar ölkə daxilində internet üzərindən fəaliyyət aparan hər cür sistemi qısa müddətdə qarışıqlığa sürükləyəcək gücə sahibdir. Bunların arasında aviasiya, bankçılıq, dəmiryolu, xəstəxanalar, maliyyə sistemləri, su və elektrik şəbəkələri kimi həyatımızın parçası olan sistemlər var. Belə ki, təkcə 2015-ci ildə şirkətlərin kiber hücumlar nəticəsində 400 milyard dollar zərərə məruz qaldığı məlum olub. Hücumlar şirkətlər üçün ciddi risk hesab edildiyindən təhlükəsizlik sektorunun da eyni sürətdə inkişafını zəruri edir. 2016-cı ilin təkcə əvvəllərində təhlükəsizlik üçün 100 milyard dollar xərclənib. Qarşıdakı illərdə bu nisbətin iki dəfə artması sürpriz olaraq qarşılanmayacaq.
2016-cı ilin mart ayında Amerikada hökumət konqresə təqdim etdiyi büdcə layihəsində kiber təhlükəsizlik xərclərinə ayrılan büdcənin artırılmasını və bəzi sistemlərin bərpa olunmasını tələb edib. ABŞ-ın Müdafiə naziri Eşton Karter 2017-ci ildə kiber strategiyaya önəm verəcəklərini açıqladı və ABŞ daxilində hökumət başda olmaqla müxtəlif qurumlarda kiber təhlükəsizlik təlimləri keçirildi.
İnternet texnologiyalarını sui-istifadə edən dərin dövlət mexanizmləri və müxtəlif ideoloji qruplar isə bu virtual müharibə şəbəkəsinin ən təhlükəli hissəsini təşkil edirlər. Xüsusilə təhlükəli anarxist ideologiyaların qabaqcılları - şiddət tərəfdarı kommunistlər, faşistlər, vəhşi kapitalistlər, neonasistlər, zenofobiklər və bunun kimi hədəflərinə çatmaq üçün zorakılığı vasitə olaraq istifadə edən bir çox axın dövrümüzdə xüsusilə kiber hücumlara yönəlib. Kiber hücumlar məsələsində həmin qrupların başlıcalarının kommunist-sol görüşə bağlı olması təhlükənin miqyasını anlamaq baxımından əhəmiyyət kəsb edir. Belə ki, Şimali Koreya, Rusiya və Çin mənbəli müxtəlif kiber hücum qruplarının daim gündəmdə olması bu şübhələri artırır. Son dövrlərdə texnologiya firmalarında çalışan çinlilərin böyük əksəriyyətinin Çin ordusu tərəfindən kiber hücum vahidləri şəklində təşkilatlandırıldıqları ortaya çıxdı. Bu insanlar zəruri olacağı halda kiber hücum edəcək "haker-əsgərlər" olaraq tanınır və Çin ordusu tərəfindən "hərbçi" statusundadırlar. Ötən il ABŞ başda olmaqla kiber hücumlara məruz qalan bir çox dövlətin Çini məsul tutduğu xatırlasaq, kiber müharibələrin beynəlxalq münaqişəyə təkan vermə ehtimalını danmaq olmaz.
Həm insan həyatı, həm də dövlətlərin təhlükəsizliyi və sülh baxımından kiber hücumların gəldiyi səviyyəni yaxşı anlamaq və buna qəti həll yolu gətirmək çox əhəmiyyətlidir. Hücum istər silah, istər klaviatura ilə olsun, əgər qarşı tərəfə zərər vermək, anarxiya törətmək məqsədilə istifadə edilirsə, bunun adı terrordur. Fiziki terrorun dayandırılması necə ideoloji mübarizəyə bağlıdırsa, kiber terrorun dayandırılması da düzgün elmi işin həyata keçirilməsi ilə mümkün olur. Dövlətlər əllərindəki pulu silahlara xərcləyərkən, bir tərəfdən də kiber müdafiə üsullarına ayırma yarışına giriblər. Halbuki bu müdafiə xərcləri Suriyadan qaçmaq məcburiyyətində qalan ehtiyac içindəki insanlara rahatlıqla sığınacaq və yemək verəcək, Afrikadakı aclığı tamamilə bitirəcək miqdardadır. Bu döyüş və müdafiə xərcləri dünyada çarəsizliyi, yoxsulluğu tamamilə sona çatdırmağa kifayət qədərdir. Bu müdafiə xərci bir çox xəstəliyin müalicəsi üçün büdcə yaradılmasına stimul olacaq və tibb elminin inkişafına kömək edəcək miqdardadır. Bu müdafiə xərcləri ilə UNHCR, WHO, Beynəlxalq Amnistiya Təşkilatı, Unesco kimi yardım təşkilatlarına daha çox maliyyə vəsaitinin köçürülməsi təmin edilə bilər. Uşaqların, qaçqınların, yoxsulların bir çox probleminə çarə ola bilər. Amma bunun üçün eynilə fiziki döyüşlərdə olduğu kimi kiber döyüşlərdə da səbəbin üzərinə gedilməli, cəmiyyətləri anarxiyaya istiqamətləndirən səbəb elmi yollarla aradan qaldırılmalıdır.
Anarxiya düşüncə tərzidir. Silah isə bunun yalnız vasitəsidir. Dövrümüzdə edilən ən böyük səhv mentalitet yerinə silahı və o silahı istifadə edən insanı yox etməyə çalışma problemidir. Bu səhv edildikcə acları doydurmaq üçün xərclənməli pul, müdafiə xərclərinə getməyə davam edəcək.
Adnan Oktarın «Arab News»da dərc edilən məqaləsi: