Qoruyucu rəng qaynağı–melanin
ucgen

Qoruyucu rəng qaynağı–melanin

2273

 

Canlıların gözləri, əslində, işığa qarşı olduqca həssasdır və çox asanlıqla zədələnə bilirlər. Amma biz gözlərimizdəki Allah tərəfindən xüsusi yaradılan sistemlər sayəsində rahatlıqla günəşə baxa və ətrafımızı görə bilirik. Bu sistemlərdən biri də gözlərdəki piqment molekullarıdır.

Məlumdur ki, canlıların gözlərinin rəngi müxtəlifdir. Bu rəngi təmin edən də piqmentlərdir. “Melanin” gözə rəng verən piqment maddələrdən biridir. Saçınıza və dərinizə rəngini verən maddə də melanindir. Ancaq melaninin vəzifəsi təkcə rəng vermək deyil. Tədqiqatçılar gözdə olan melanin maddəsinin həm gözün zərərli şüalardan qoruduğunu, həm də görmə qabiliyyətini gücləndirdiyini müəyyən ediblər. Təbiətdə işığın səbəb olduğu zərərli təsirlərə qarşı ən təbii qoruyucu olan melanin maddəsi, xüsusilə, yüksək enerjili işıqları zəif enerjili işıqdan daha güclü şəkildə udur. Yəni mavidən çox ultrabənövşəyi şüaları, yaşıldan çox mavini udur. Bu yolla melanin gözün linzasını zərərli bənövşəyi və ultrabənövşəyi şüalardan qoruyur. Retinanın toxumasına zərər verən rəngləri müəyyən nisbətlərdə süzgəcdən keçirərək retinanın ən ideal səviyyədə qorunmasını təmin edir. Beləcə, sarı nöqtə xəstəliyi riskini azaldır. Göz melanini az olan insanlarda bu xəstəlik daha sıx müşahidə olunur.

Gözdəki melaninin 25%-i 50 yaşdan sonra itir. Melanin gözü qorumaqda çox əhəmiyyətli vəzifəyə sahibdir. Göründüyü kimi, melanin maddəsinin hər bir vəzifəsi bizə bu maddədəki xüsusi yaradılışı göstərir. Bu mükəmməl maddənin necə ortaya çıxdığı sualına veriləcək cavab, şübhəsiz ki, belə qüsursuz quruluşa sahib olan çoxfunksiyalı maddənin təsadüfən yaranmasının qeyri-mümkün olmasıdır. Melanin maddəsi kainatdakı hər şey kimi Allah tərəfindən xüsusi yaradılmış faydalı maddədir.

“Məgər onlar yer üzündə gəzib dolaşmırlarmı ki, (zalımların aqibətini) qəlbi ilə düşünüb, qulaqları ilə eşitsinlər? Çünki əslində (maddi) gözlər deyil, kökslərdəki qəlb kor olur”. (Həcc surəsi, 46)
PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr