18/65- Qatımızdan bir rəhmət verdiyimiz və Tərəfimizdən ona bir elm öyrətdiyimiz qullarımızdan bir qulu tapdılar.
Bu ayənin Əbcədi 2010 tarixini verir. Hz. Xızır (ə.s) özünəməxsus xüsusi bir elmə sahibdir.
18/66- Musa ona dedi ki: "Sənə öyrədilən doğru yolu mənə öyrətməyin üçün sənə tabe ola bilərəmmi?"
18/67- Dedi ki: "Həqiqətən sən, mənimlə birlikdə olsan, səbir göstərə bilmərsən".
Hz. Xızır (ə.s) "Məni dinsiz kimi görə bilərsən, şəriətə müxalif görərsən, bir yerləri bombalayır, yandırır, yıxır kimi görərsən, cinayət işləyir kimi görərsən, bütün bunlara səbir edə bilmərsən" deyir.
18/68- (Beləykən) "Mahiyyətini dərk edə bilmədiyin şeyə necə dözə bilərsən ?"
Bir mövzunun görünüşü ayrı, mahiyyəti isə tamam ayrıdır. Hz. Xızır (ə.s), Ulul Əzm bir peyğəmbərə "buna taqətin çatmaz, səbr edə bilməzsən" deyir.
18/69- (Musa:) "İnşaAllah, məni səbir edən (biri olaraq) görəcəksən. Heç bir işdə sənə qarşı gəlməyəcəyəm" dedi.
Hz. Musa (ə.s) "İnşaAllah" deyə sözə başlayır. İnşaAllah Kəhf hekayəsindəki kilid sözdür. Hz. Musa bu sözlə başlayır, bu, hz. Xızır (ə.s)-ın də axtardığı ifadədir.
18/70- Dedi ki: "Əgər mənə tabe olsan, mən sənə izah edənə qədər heç bir şey haqqında mənə sual vermə."
Deməli, çox səbirli olmaq lazımdır.
18/71- Beləcə, ikisi yola düşdü. Bir gəmiyə minincə, o bunu (gəmini) deşdi. (Musa) Dedi ki: "İçindəkilərini batırmaq üçünmü onu deşdin? And olsun, sən pis iş gördün".
Xızır görüşlərdə təkbətək görüşər, üçüncünü qəbul etməz.
Hz. Musa (ə.s) "bunu hamını öldürmək üçünmü etdin, haram bir hərəkət etdin" deyir. Halbuki Xızır (ə.s) vəhylə hərəkət edir, etdiyi doğrudur.
18/72- Dedi ki: "Həqiqətən, mənimlə birlikdə olsan, səbir edə bilməzsən demədimmi?"
Hz. Xızır (ə.s) "qətiliklə" deyir, ikinci bir ehtimal vermir, "çətindir" demir, "qəti gücün çata bilməz" deyir, çünki Allah vəhylə əvvəlcədən bildirir. Allah Xızır (ə.s)-a vəhylə hz. Musa (ə.s)-ın gücünün çata bilməyəcəyini söyləyir. Vəhylə bildiyi üçün mənimlə birlikdə olmağa qətiyyən gücün çatmaz, deyir.
18/73- (Musa:) "Unutduğuma görə məni qınama və bu işimə görə mənə çətinlik yaratma" dedi.
Hz. Xızırın xüsusiyyətlərindən biri də sorğulamaqdır.
"Mənə çətinlik yaratma" deyir. Deməli lazım olduğunda hz. Xızır (ə.s) çətinlik yaradırmış, xüsusiyyətlərindən biri də çətinlik yaratmaqdır.
18/74- Beləcə, ikisi (yenə) yola düşdülər. Bir uşaqla qarşılaşdılar, o dərhal tutub onu öldürdü. (Musa) Dedi ki: "Bir cana qarşılıq olmadan, tərtəmiz bir canamı qıydın? And olsun, sən pis bir iş gördün.
"Cinayət etdin, səhv hərəkət etdin" deyir, halbuki hz. Xızır (ə.s) vəhylə hərəkət edir.
Hz. Xızır (ə.s) bir daha vurğulayır, "qətiliklə" deyir, çünki vəhylə bildirilmişdir.
18/76- (Musa:) "Bundan sonra səndən bir şey soruşsam, artıq mənimlə yoldaşlıq etmə. Sən artıq mənim tərəfimdən üzürlüsən" dedi.
Hz. Xızır (ə.s) bir müddət sonra, işini gördükdən sonra geri çəkilər. Davamlı eyni yerdə olmaz.
18/77- (Yenə) Beləcə, ikisi yola düşdü. Nəhayət, bir qəsəbəyə gəlib yemək istədilər, lakin (qəsəbə xalqı) onları qonaq etmək istəmədi. Onda (qəsəbədə) uçmuş bir divar tapdılar, dərhal onu bərpa etdi. (Musa) Dedi ki: "Əgər istəsəydin, buna qarşılıq bir ödəniş ala bilərdin"
Hz. Xızır (ə.s)-ın yeməyə ehtiyacı yoxdur, amma hz. Musa (ə.s)-ın var. Hz. Xızır (ə.s) ürəyi istəsə yeyər, istəməsə yeməz.
Qəsəbə xalqı heybətlərindən çəkinir.
Dərhal divarı bərpa edir. Hz. Xızır (ə.s) eyni zamanda divar ustasıdır, bir xüsusiyyəti də budur. Bu, bütün masonları idarə altına alacaq deməkdir, hamısı əmrinə girəcək deməkdir, hətta girdi, inşaAllah.
Hz. Xızır (ə.s) heç bir işinə görə qarşılıq istəməz. Xüsusiyyətidir, nə yemək, nə pul, nə mənfəət, heç birini istəməz. Bir insanın bir şeyə ehtiyacı olar, onun heç bir şeyə ehtiyacı olmaz. Yuxuya, yeməyə ehtiyacı olmaz. Heç bir şeyə ehtiyacı olmaması hz. Xızır (ə.s)-ın xüsusiyyətidir.
(Adnan Oktarın 27 avqust 2010-cu ildəki reportajından şərhlər)