...Musanın əsası və Süleymanın üzüyü ondadır. ...Allah dilədiyi müddətə qədər onu gözdən iraq tutar. Daha sonra zühur edər və yer üzünü əvvəldən zülmlə dolduğu kimi ədalətlə doldurar. (Bihar-ul Envar, cild. 52, səh. 32; İsbat-ul Hudat, cild. 6, səh. 19)
Hz. Mehdinin zühurunun ən əhəmiyyətli əlamətlərindən biri əhd sandığının olması olacaq. Sandıq, istər müqəddəs mətnlərə, istərsə də tarixi qeydlərə görə Antakyadadır. Peyğəmbərimiz (s.ə.v)-in hədislərində bu əhd sandığını, hz. Mehdinin tapacağı xəbər verilmişdir.
Quranın Talut hekayəsində də əhd sandığı haqqında məlumat verilmişdir:
“Peyğəmbərləri onlara dedi: “Onun hökmdarlığının sənədi, sizə Tabutun (sandığın) gəlməsidir. Onda Rəbbinizdən “bir təhlükəsizlik duyğusu və əmin-amanlıq” ilə Musa ailəsindən və Harun ailəsindən geriyə qalanlar var; onu mələklər daşıyar. Əgər möminsinizsə, bunda şübhəsiz sizin üçün bir dəlil vardır”. (Bəqərə surəsi, 248)
Ayədə keçən “tabut” sözü, “sandıq” mənasını verir. Bu sandıq Talutun hökmdarlığının əlaməti içərisində müqəddəs əmanətlərin olduğu əhd sandığıdır. Bəhsi keçən əhd sandığı, yəni tabutun içində, üstündə ittifaq edilən rəvayətlərə görə, hz. Musanın əsası ilə Tövrat lövhələri və hz. Harunun əsası ilə əmmaməsi kimi müqəddəs əmanətlər vardır.
Quranda bildirildiyi kimi, əhd sandığı Talutun hökmdarlığının simvolu olduğu kimi, rəvayətlərə görə hz. Mehdinin də islam əxlaqını bütün dünyada hakim edərək müsəlmanların mənəvi liderliyini yerinə yetirməsinin simvolu olacaq. Peyğəmbərimiz (s.ə.v)-in hz. Mehdinin bu müqəddəs əmanətlərin olduğu əhd sandığını tapacağına dair hədisləri belədir:
“Ona hz. Mehdi deyilməsinin səbəbi gizli olan bir şeyin yolunu göstərməsidir. Antakya deyilən bir yerdən tabutu (müqəddəs əmanətlər sandığını) ortaya çıxardacaq”. (Suyuti, el-Havi Lil Feteva, II. 82)
“O, heç kimin bilmədiyi bir vəziyyətə bələd olduğu üçün özünə “hz. Mehdi” deyilmişdir. O, tabutu-Səkinəni Antakya mağarasından çıxardar”. (Naim bin Hammad, Kitab-ül Fiten)
“O (hz. Mehdi), tabutu-Səkinəni də Antakya mağarasından çıxardar”. (Naim bin Hammad, Kitab-ül Fiten)
“Hz. Mehdi, tabutu sekineyi Antakya mağarasından çıxardacaq”. (El-Kavlul Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 54)