Vasil Əhməd Əfqanıstanda Talibanla mübarizə aparan qəhramanlardan biri idi. 12 yaşında olmasına baxmayaraq, polis geyimində çəkilmiş şəkilləri vardı. Bir gün məktəbə gedərkən Taliban milisləri yolunu kəsdi və başına iki güllə vurmaqla onu öldürdülər.
Ölmək səbəbi əfqan polisi tərəfindən əlinə silah verilərək ölkədəki vətəndaş müharibəsinə daxil edilməsi idi. Bu hadisədən sonra Qabil rəhbərliyi bu tətbiqə son veriləcəyini bəyan etdi.
Amma əlbəttə ki, problem təkcə Əfqanıstanla məhdudlaşmır. Bütün dünyada təqribən 250 min uşağı zorla müharibəyə daxil edirlər. (1)
Bu uşaqlar hər an öldürülmə və ya istismar edilmə təhlükəsi altındadırlar. Bir qismi də cinayət törətməyə məcbur və təşviq edilir. Bəzən müxalif qruplarda, bəzən də hökumətin silahlı qüvvələrində istifadə edilirlər.
Məsələn, Türkiyədə terror təşkilatı PKK-nın “məcburi əsgərlik” adı altında ailələrindən zorla qaçırdığı uşaqlar uzun müddət ölkə gündəmində olmuşdur (2). Türkiyə hüquq mühafizə orqanları iki ildə PKK-nın 18 yaşından kiçik 2052 uşağı aldadaraq dağa qaçırdığını açıqlamışdır.(3)
Bənzər vəziyyət bir çox başqa ölkədə də var. Təkcə Cənubi Sudanda 16 min uşaq əsgər var. Konqo Demokratik Respublikasında isə 10 müxtəlif silahlı qrupun uşaq əsgər var.
Əfqanıstanda, Suriyada, İraqda, Yəməndə, Somalidə, Mərkəzi Afrika Respublikasında, Filippində, Myanma və Kolumbiyada bir çox yaşıdlarının məktəbə getdiyi, oyun oynadığı, ailələri ilə vaxt keçirdiyi vaxtlarda onlar güllə atır və ya güllə altında qalırlar.
Uşaq döyüşçüləri ucuz və rahatlıqla istifadə edilə biləcək vasitə olaraq görürlər. Məsələn, Uqanda və Şimali Keniyada bir uşağı əsgərliyə aparmağın xərci bir toyuq almağa bərabərdir. Onların hüquqlarını qoruyan olmadığı kimi, öz hüquqlarını da müdafiə etmələri mümkün deyil. Çox vaxt nə baş verdiyinin fərqində belə deyildirlər. Yanlış və doğrunu tam ayırd edə bilmədikləri üçün asanlıqla istiqamətləndirilirlər. Özlərini real oyunun hissəsi hesab edirlər. Cəbhəyə göndərilməzdən əvvəl çox qısa müddət təlim keçir və ya heç keçmirlər.
Uşaq Əsgərlər Qlobal Araşdırma hesabatına görə, uşaqların münaqişələrdə iştirakının ən aşağı həddi 7 yaşdır. Bəzilər daşıyıcı və ya poçtalyon, bəziləri də casus olaraq istifadə edilir. Məsələn, Myanmada uşaqlar minaları müəyyən etmək və ya partlatmaq üçün ağac budaqları ilə yolları süpürməyə məcbur edilirlər. Uşaqlar silah tutacaq səviyyəyə gəldikdə (adətən 10 yaş) cəbhəyə göndərilirlər.
Uşaq əsgərlərə, adətən, qəddar münasibət göstərilir. Səhvə yol verdikdə və ya qaçdıqda çox sərt cəzalar tətbiq olunur. Bir çox ölkədə əsir alınmış, qaçmış və ya təslim olmuş uşaq əsgərlər pis rəftar, işgəncə və hətta ölümlə üz-üzə qalırlar. (4)
Düşünüldüyü kimi, bu problem az inkişaf etmiş, demokratiyanın zəif olduğu ölkələrə xas deyil. Zəngin, inkişaf etmiş qərb ölkələrində belə uşaq əsgərlərə rast gəlmək mümkündür. Məsələn, Birləşmiş Krallıq 17 yaşındakı uşaqları Folklənd və Körfəz müharibəsində istifadə etmişdir. Birləşmiş Krallıqda 16 yaşındakı uşaqlar belə əsgərliyə qəbul edilir. Həmçinin bu ölkədə uşaq əsgərlərin orduya qəbul edilməsi halları getdikcə çoxalır. Birləşmiş Krallıqda 18 yaşına çatmamış vətəndaşların səsvermə hüququ qadağan edildiyi halda, ondan daha kiçik olanlara silahdan istifadə etmək hüququ verilir. (5)
ABŞ-ın 18 yaşından kiçik uşaqları Körfəz müharibəsinə, Somali və Balkanlara göndərdiyi məlumdur.
Almaniya Silahlı Qüvvələrində uşaq yaşdakı əsgərlər mərmilərlə gülləatma təlimləri keçirlər. Almaniya Silahlı Qüvvələrinin silah verdiyi 17 yaşındakı gənclərin sayı 2015-ci ildə 1515-ə çatıb.
Bu ölkələrdə adətən az olan hərbçi sayını artırmaq üçün hüquqi baxımdan uşaq yaşda sayılanlar əsgərliyə qəbul edilir. Reklam vasitəsilə uşaqlar əsgərliyə dəvət edilir. Bu reklamlarda uşaqların silahlandırılması çox vaxt qəhrəmanlıq hekayəsi ilə eyniləşdirilərək uşaqları müharibəyə həvəsləndirirlər.
Birləşmiş Krallıq və ABŞ-ın bu məsələ ilə bağlı normaları, şübhəsiz ki, Myanma, Sudan və ya Əfqanıstandaki qədər aşağı deyil. Ancaq yenə də uşaq əsgər həqiqətinin inkişaf etmiş ölkələrdə belə qarşımıza çıxması vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir. Lakin bir-iki qeyri-hökumət təşkilatından başqa bu mövzunu tənqid edən olmur.
Daha da maraqlısı 200-ə yaxın üzvü olan BMT-nin “uşaqların silahlı münaqişələrdə istifadə edilməməsi ilə bağlı protokol”unu təkcə 80 ölkənin imzalamasıdır.
Heç kim 12 yaşında bir uşağın əlində silahla müharibədə iştirakını atmosferə parnik qazı buraxılmasından daha əhəmiyyətsiz hesab etməməli və ya Afrikada cinayət olduğu deyilən əməl Londonda tətbiq edildikdə bunu görməməzliyə vurmamalıdır. Uşaq əsgərlər münaqişələrin artdığı belə bir vaxtda bütün dünya üçün həqiqətən çox ciddi problemdir. Bu problemə lazımi qədər diqqət yetirildikdə dünya sevgi və şəfqətlə böyüdülməli olan uşaqlar üçün daha təhlükəsiz dünya ola bilər.
İstinadlar:
Peter Hille, 14 ülkede çocuk askerler savaşıyor, 12 Şubat 2016, http://www.dw.com/tr/14-%C3%BClkede-%C3%A7ocuk-askerler-sava%C5%9F%C4%B1yor/a-19044420
Milliyet Gazetesi, PKK, şimdi de çocuk kaçırmaya başladı, 25 Nisan 2016, http://www.milliyet.com.tr/pkk-simdi-de-cocuk-kacirmaya-gundem-2233574/
Vatan Gazetesi, PKK 2 yılda 2 bin çocuğu dağa kaçırdı, 21 Eylül 2015, http://www.gazetevatan.com/pkk-2-yilda-2-bin-cocugu-daga-kacirdi-866116-gundem/
Biamag, Çocuk Askerler, 15 Haziran 2001, https://m.bianet.org/biamag/insan-haklari/2869-cocuk-askerler
Greg Barrow, UK 'shamed' over teenage soldiers , 12 June 2001, http://news.bbc.co.uk/2/hi/europe/1383998.stm
Adnan Oktarın “Daily News”də (Cənubi Afrika) yayımlanan məqaləsi:
http://www.harunyahya.org/tr/Eser-Tipi/262232/%C4%B0nsanl%C4%B1%C4%9F%C4%B1n-Kapanmayan-Yaras%C4%B1-%C3%87ocuk-Askerler