Türkiyə, tədris planı və təkamül
ucgen

Türkiyə, tədris planı və təkamül

667

Türkiyədə reallaşan tədris planı dəyişikliyi və bununla əlaqədar son zamanlarda xüsusilə Avropanın təkamülçü mətbuatında çıxan xəbərlər çox sürətli şəkildə gündəmə gəldi. Buna görə Türkiyə ümumi dünya ədəbiyyatının əksinə, bu il yenilədiyi tədris planı proqramında artıq təkamül mövzusuna yer ayırmamışdır. Uzun zamandır nüfuzlu lobbi tərəfindən qorunan təkamül nəzəriyyəsinin demokratik islam ölkəsi olan Türkiyənin təhsil sistemindən çıxarılması,əlbəttə ki, təkamülçülərin diqqətinə səbəb olmuşdur. Onlarbu dəyişikliyə ən böyük təsirin Harun Yahya və əsərlərinin olmasını xüsusiləvurğulamışlar.

Bütün dünyanın bildiyi həqiqətdir ki, tədrisdədəyişiklik edilməsi mövzusunda uzun zamandır fəaliyyətlərimiz davam edir. Bu fəaliyyətlərin edilməsinin səbəblərindən biri elm adından irəli sürülmüş təkamül nəzəriyyəsinin həqiqətdə heç bir elmi dəlillə dəstəklənməməsidir. İndiyə qədər bir çox sahələrdə, xüsusilə, biologiya, genetika və paleontologiya kimi elm sahələrində gerçəkləşən tədqiqatlar təkamülün heç bir şəkildə reallaşmadığını ortaya çıxarmışdır. Bir zülalın meydana gəlməsi üçün 60 müxtəlif zülala gərək olması hüceyrənin təsadüfənyaranması  iddiasını tamamilə ortadan qaldırdı. Həmçinin 700 milyondan çox fosilin tapılması canlıların milyonlarla il ərzində heç bir dəyişikliyə uğramadıqlarını və bir ədəd belə ara-keçid fosilininolmadığını göstərdi.

Uzun illər fəaliyyətlərimiztədrisdə təkamülün də qalması, lakin həmin elmi dəlillərin də ayrıca dərs olaraq şagirdlərə izah edilməsinin üzərinə cəmlənmişdi. Elmi dəlillər şagirdlərə doğru və qərəzsiz təqdim edildiyi müddətcətəkamül nəzəriyyəsinin öyrədilməsinə hər hansı qorxu yox idi. Lakin bu təhsil sistemində şagirdlər heç bir mövzuda yönləndirilməyəcək və gördükləri elmi dəlillər qarşısında qərarlarını özləri verəcəkdilər.

Bu yanaşmamız qadağann üzərində qurulmayan, olduqca azad və demokratik bir yanaşmadır. Hər bir şagird gördüyü elmi dəlillər qarşısında doğrunun nə olduğunu dərk edəcək qabiliyyətdədir. Bizim tələbimiz onlara elmi seçim etmək üçün imkan yaradılmasıdır. İllərdir davam edən təkamül təhsili elmi dəlilləri ortadan qaldırma yönündədir. 700 milyondan çox fosilin mövcud olması, demək olar ki, heç bir təhsil müəssisəsində dilə gətirilməmiş, zülalların öz-özünə meydana gələ bilməyəcəyindən bəhs edilməmişdir. Ön plana çıxarılan mövzular isə Piltdaun adamı və ya Hekkelin rəsmləri kimi sonradan saxtakarlıq olduğu məlum olan bir qisim məşhur təkamül təxribatları olmuşdur. Həyatın yer üzündə anidən başladığını sübut etdiyinə görə Kembri partlayışını göstərən fosillər təkamülçülər tərəfindən tam 70 il boyunca gizlədilmişdir. Onlar yaradılışı müdafiə edənləriillərdir "elmdənkənar,irticaçı, fanatik” adlandırıb passivləşdirməyə çalışmışlar. Halbuki gizlətmə, aldatma və qadağan üzərində qurulan sistemin, əslində, təkamül nəzəriyyəsi olduğunu və məhz təkamülün elmdənkənar və mifik fəlsəfi fikir olduğunu açıq şəkildə görmək olur. Elm təkamülü təkzib edir.

Şübhəsiz ki, Allah diləsə, canlıları təkamül prosesi ilə də yarada bilərdi. Əgər belə bir yaradılış olsa idi, bunun dəlillərini həm təbiətdə, həm elmi təhlillərdə, həm də müqəddəs kitabların hər birində mütləq görərdik. Belə olsa idi, bunu ən çox müdafiə edən biz olardıq. Lakin nə kainatda, nə də müqəddəs kitablarda belə yaradılışın olmadığını görürük. Görünür ki, tamamilə elmin verdiyi dəlillərə söykənirik.

Təkamül ideologiyası dünyadakı bütün qəddar cərəyanların, kommunizm və faşizm kimi qorxu yayan ideologiyaların, münaqişə məntiqinin, dialektik materializmin və onun müdafiə etdiyi müharibə mədəniyyətinin əsasını təşkil edir.Təkamül nəzəriyyəsi ilə mübarizə aparmağımızın ən başlıca səbəblərindən biri də budur. Kommunist, faşist, anarxist ideoloqlar (Marks, Engels, Hitler, Lenin, Stalin, Pol Pot və s.) sözdə elmi əsaslarını darvinizmdən aldıqlarını açıq şəkildəbildirmişlər. Bütün diktatorlar darvinist olduqlarını etiraf etmişlər. Kütləvi qırğınları, məktəb cinayətlərini reallaşdıranların böyük qismi bunu təbii seleksiyaya xidmət etmək üçün etdiklərini, insanın heyvandan gələn dəyərsiz varlıq olduğunu, bu səbəbdən zəifləri sıradan çıxarmaqda problem olmadığını iddia etmişlər. Bu gün bütün kütləvi qırğınlar, hətta bir qisim ölkələrin digər ölkələrə yönələn şiddət siyasəti də bu ideologiyaya əsaslanır. Müstəmləkəçilik, köləlik, etnik münaqişələr, soyqırımlar öz əsasını təkamül ideologiyasından götürür. Buna görə də sosial darvinizmin dünyaya gətirdiyi zehniyyət dəhşətli qırğınlara və müharibələrə səbəb olmuşdur. Bunları nəzərə aldıqda təkamül nəzəriyyəsinin saxtakarlığının izah edilməsini niyə bu qədər vacib olduğu aydın olur.

Bu səbəbdən dərc etdirdiyim kitablar, bu kitabların əsasında müxtəlif fondlar tərəfindən təşkil edilən beynəlxalq konfranslar, sənədli filmlər, ölkə daxilində və xaricdə həyata keçirilən saysız fosil sərgiləri və həqiqi fosilləri əks etdirən 4 cildlik möhtəşəm “Yaradılış Atlası” bu istiqamətdəki fəaliyyətlərimizinəsaslarındandır.

Türkiyədə orta məktəb təhsilində əvvəllər əsaslı yer tutan təkamül nəzəriyyəsinə indi artıq yer verilmir. Lakin proqrama baxdıqda yenə də bir çox hissənin tədris edənin şərhinə buraxıldığını görmək olur. Tədris edənin öz fikirləri və ya ideologiyasına görə şagirdləri istiqamətləndirməsi riskli və təhlükəlidir. Bu vəziyyətdə şagird elmi həqiqətlərə görə öz qərarlarını verə bilməyəcək, tədris edənin ideologiyasının doğru olduğuna inanacaqdır.Məhz bu səbəbdən tədris planında yeni dəyişikliklərə də ehtiyac vardır. Tamamilə elmi dəlillərə və şagirdin azad fikrinə əsaslanan təhsil sisteminin olması gələcəkdəTürkiyəyə daha ağıllı və sağlam düşünən gənclər qazandıracaq. Gəncləryönəldilmədən, aldadılmadan, yalnız elmi dəlillərə söykənərək analiz edə biləcək, beləliklə, daha sağlam Türkiyə ortaya çıxacaq. Ümidimiz daha çox ölkədə bu şüurun inkişaf etməsi, təkamülün dünyagörüşü olaraqöyrədilməsi, lakin bununla birlikdə, onlara elmi dəlillərin də göstərildiyi yeni dərslərin əlavə edilməsidir.

Adnan Oktarın “New Straits Times”da yayımlanan məqaləsi:

https://www.nst.com.my/opinion/columnists/2017/07/256647/turkey-drops-darwins-theory

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr