"Şərq tərəfdən gələn və dahi (çox ağıllı, savadlı və anlayışlı, geniş fikirli) olduqları halda, paltarlarına insanların təəccüb etdikləri (heyranlıqla baxdıqları) insanların zühur etdiyini eşitdiyinizdə, bax o zaman şübhəsiz ki, qiyamətin kölgəsi üzərinizə düşmüşdür".
(Naim ibn Hammad Kitab-ul Fitən-121)
Peyğəmbərimizdən (s.ə.v) rəvayət edilən bu hədisdə Peyğəmbərimiz (s.ə.v.) Axır Zamanda, yəni bəşər tarixinin son dövründə zühur edəcək olan hz. Mehdi (ə) və tələbələrinin çox ağıllı və gözəl geyinən insanlar olacaqlarına işarə edir.
Hədisdə Peyğəmbərimiz (s.ə.v.) "dahi" ifadəsi ilə hz. Mehdi (ə) və tələbələrinin ağıl və dərrakə baxımından bir insanın çatacağı son həddə çatmış, çox ağıllı insanlar olduqlarına işarə etmişdir. Hədisdə Peyğəmbərimiz (s.ə.v.) onların digər əhəmiyyətli xüsusiyyəti kimi paltarlarına, yəni geyim tərzlərinə diqqət çəkmişdir. Hz. Mehdi (ə) və tələbələrinin geyim tərzlərinin digər müsəlmanlardan çox fərqli olması insanlarda onlara qarşı gizli ya da açıq heyranlıq hissinin meydana gəlməsinə səbəb olacaq. İnsanlarda belə bir heyranlığın meydana gəlməsi, hz. Mehdi (ə) və tələbələrinin öz dövrlərində yaşayan digər müsəlmanların ənənəvi geyim tərzlərindən fərqli geyim üslubları olduğunu da göstərir. Hz. Mehdi (ə) və tələbələri çox təmiz, gözəl və müasir geyimləri ilə insanların rəğbətini qazanacaqlar. Buna görə də cəmiyyətdə geyimləri ilə çox maraq oyadacaqlar. Hz. Mehdi (ə) və tələbələri Allahın dünyada verdiyi bütün nemətlərin həqiqi sahiblərinin və istifadə etməyə haqq sahibi olanların səmimi müsəlmanlar olduqlarını, təmiz, gözəl və qəşəng geyinmənin həm Quranda Allahın bir əmri, həm də Peyğəmbərimizin (s.ə.v) sünnəti olduğunu bütün dünyaya göstərəcəklər.