Laqeyd insanlara təəccüblənirsiniz? Heyvanlara əziyyət verənlərə, balaca uşaqlara işgəncə verənlərə, zibillikdən yemək yeməyə çalışanlardan heç təsirlənməyən, hətta çevrilib baxmayanlara, özündən başqasını düşünməyənlərə, həqiqəti gizlədib yalan danışanlara, hər kəsə qəzəbli olanlara, təkcə özünü düşünənlərə…
Bu laqeydlik, vicdansızlıq bəzən çox böyük səviyyələrdə ola bilir. Halbuki bu elə də təəccüblü bir şey deyil. Çünki ətrafınızda bəzi insanlar sözün həqiqi mənasında görmür, eşitmir və anlamır. Bu kimi insanlara yaxşılığın, fədakarlığın önəmini izah etsəniz, yenə də özlərinə öncəlik verər, yaxud da zülmə qarşı həssas olmağı xatırlatsanız, çönüb gedərlər. Çünki onlar vicdanlarına qulaq asmayan, yəni hadisələrə daxili gözləri ilə baxmayan, daxili qulaqları ilə eşitməyən insanlardır.
Bəlkə də ilk dəfə eşidirsiniz, ancaq görməyimizi təmin edən gözlərimiz deyil, qulağımız da eşitməyimizi təmin etmir. Həqiqi mənada görməni və eşitməni təmin edən vicdanımızdır, yəni içimizdəki gözümüz və qulağımızdır.
İçimizdəki göz bütün hadisələrin qədərimizdə baş verdiyini və hər şeyin Allahın təqdiri olduğunu, hər anımızı saniyəbəsaniyə Allahın yaratdığını xatırlayaraq baxmağımızı təmin edir. Bizi doğruya və gözəlliklərə yönəldir, kədərdən uzaqlaşdırır. Eşitdiyimiz hər gözəl və ya pis sözün, hər yardım çağırışının, hər komplimentin Allahdan gəldiyini bilməyimizi təmin edən isə daxili qulağımızıdır. Daxili qulağımız da bizim səmimiliyə, gözəl əxlaqa yiyələnməyimizə səbəb olur. Laqeydlikləri ilə təəccübləndirən insanlarda bu xüsusiyyətlər ya yoxdur, ya da istifadə edilmədiyi üçün kütləşmişdir.
İman gətirməyən, yaxud da iman gətirdiyini deyib, ancaq iman zəifliyi içində olan insanların çox fərqli dünyaları var. Bu insanlar gözləri ilə baxır, qulaqları ilə eşidirlər. Amma əslində dərk etmələri fərqlidir. Allaha tam iman gətirmədikləri və qədərə də tam təslim olmadıqları üçün ruhlarında daima bədbəxtlik, narahatlıq və təlaş hakimdir. Hər şeyin Allahın nəzarətində olduğunu unudur, hər hansı bir çətinlik qarşısında təvəkkülsüz, səbirsiz olurlar. Əsəbidirlər, qısqancdırlar, eqoistdirlər, düşüncəsizdirlər. Ancaq bunları nəinki düzəltmək heç gizlətmək üçün belə cəhd etmirlər. Halbuki edilməli olan çox asandır.
Mənfi düşüncəni müsbətə çevirmək üçün bir anlıq niyyət yetərlidir. Məsələn, qəzəbini boğmaq, ya da qısqanmamaq üçün bir saniyə düşünülsə, doğrunun nə olduğu dərhal görünər. Bu anlıq niyyət dəyişikliyini təmin edən vicdanımızıdır.
İnsanın nəfsi isə ayədə bildirildiyi kimi, pislik üçün daima cəhd edir.
Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs (insana) pis işlər görməyi əmr edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!” (Yusif surəsi, 53)
Vicdanın səsi gözəllikdir
Allahın ilhamı, yəni vicdan inananlar üçün nemətdir. Doğruya yönəldən, yanlışı ayırd etməyi təmin edən bir gözəllikdir. Bir müsəlmanın imanının gücünü və əxlaqının üstünlüyünü göstərən çətinlik anlarında göstərəcəyi davranış gözəlliyidir. Bu üstün əxlaq, cəsarət, səbir, təvəkkül, dirayət, mətanət, tolerantlıq, əfvedicilik, fədakarlıq, mərhəmət, qədirbilmə, vicdan və etidallı xarakter olaraq qarşımıza çıxır.
Gündəlik həyatımızda müxtəlif çətinliklər və problemlərlə qarşılaşırıq ki, bunlar dünyadakı imtahanın, yəni axirət həyatımız üçün aldığımız dərsin vacib hissələridir. Əxlaqımızı gözəlləşdirməyimizi, ruhumuzu zənginləşdirməyimizi, cənnətlə müqayisə etməyimizi təmin edən, çətinliklərlə asanlıqların, komfortun, rahatlığın müqayisə edilməsindən yaranan yüksək zövq mənbəyidir.
Dünyada o insana qarşı hörmət və sevgini artıran, o insandan nümunə götürülməsini təmin edən, Allahın izni ilə hər kəsə müsbət təsir edən, hətta inkarçıların belə gizli və ya açıq şəkildə təqdirinə layiq olan, qısası faydaları və gözəllikləri çox olan Rəhmani nemətdir.
Allah dünya həyatında yaxşılıqla pisliyi, gözəlliklə çirkinliyi birlikdə yaratmış və hamısını cənnət və cəhənnəmə gedən yolda sınaq vasitəsi etmişdir. Dünyada bizə verilən vaxt, yəni imtahan müddəti yaxşılarla pislərin, səbir edənlərlə çətinlik qarşısında qorxanların, inkarçı düşüncə tərzinə qarşı mübarizə aparanlarla aparmayanların, nəfsinə uyanlarla vicdanının səsini dinləyənlərin bir-birindən qəti şəkildə ayrıldığı sınaq müddətidir.
Dünya həyatında yaxşılıq və pisliyin bu qədər iç-içə olmasının bir çox hikməti var. Bunlardan biri bu təzad içində yaxşılıqların və gözəlliklərin dəyərinin başa düşülməsidir. Çünki pislik və ya müsibətlər olmasa, insanın gözəlliklərin dəyərini anlaması mümkün olmayacaq. Eynilə almaz daşının adi daşların arasına qoyulduğu zaman gözəlliyini və göz qamaşdırıcılığını bəlli etməsi kimi.
İnsanlar keçici dünya həyatlarında yaxşılıq və pisliklərlə sınanırlar. Bu sınaqlarla da aralarındakı dərəcə fərqi ortaya çıxır. Pislər bir tərəfə, yaxşılar da digər tərəfə ayrılır. Yaxşıların tərəfində olmaq bizim əlimizdədir. Pislərə qarşı olmaq, yaxşılarla ittifaq edərək dünyada zülmü aradan qaldırmaq üçn çalışmaq da bizim əlimizdədir. Allah bütün inananları doğru yolda qətiyyətli etsin.
Adnan Oktarın «MBC Times»da dərc olunan məqaləsi:
http://www.mbctimes.com/english/unseeing-eyes-unhearing-ears