Ernst Hekkellin saxtakarlığı
ucgen

Ernst Hekkellin saxtakarlığı

1636

Ernst Hekkel tərəfindən irəli sürülən Rekapitulyasiya nəzəriyyəsinə əsasən, canlı rüşeymləri inkişaf prosesi ərzində “əcdadlarının” keçirdiyi təkamül prosesini təkrarlayır. Məsələn, insan rüşeyminin ana bətnindəki inkişafı ərzində rüşeym əvvəlcə balıq, sonra sürünən xüsusiyyətləri göstərir, ən sonda insana çevrildiyi irəli sürülür.

 Halbuki, sonrakı illərdə bu nəzəriyyənin tamamilə təxəyyül məhsulu olan bir ssenari olduğu məlum olmuşdur. Məsələnin daha da maraqlı cəhəti isə Ernst Hekkelin, əslində, ortaya atdığı Rekapitulyasiya nəzəriyyəsini dəstəkləmək üçün rəsm saxtakarlıqları etməsidir. Hekkel balıq və insan rüşeymlərini bir-birinə bənzətmək üçün saxta rəsmlər çəkmişdir. Bu saxtakarlığın aşkar olunmasından sonra özünü müdafiə etmək üçün dediyi sözlər isə digər təkamülçülərin də buna bənzər saxtakarlıqlar etdiyini bildirməkdən ibarət idi.

 Məşhur “Science” jurnalinda yayımlanan məqaləyə əsasən, Hekkel təkcə orqanlar əlavə etmək və ya çıxarmaqla kifayətlənməmiş, eyni zamanda müxtəlif növləri bir-birlərinə bənzər göstərmək üçün ölçüləri ilə də oynamış, bəzən rüşeymləri həqiqi ölçülərindən on dəfə fərqli göstərmişdir. Nəticədə, Hekkelin rəsmlərinin biologiyadakı ən böyük saxtakarlıqlardan biri olduğu məlum olmuşdur.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr