International New York Timesa bağlı, Pakistanda dərc olunan The Express Tribune qəzetinin 8 noyabr 2014-cü il tarixli sayında, “Təkamül 101: Həkimlərə görə “Genetik sübutlar sığırlarla balinaların qohum olduğunu söyləyir”” başlıqlı məqalə dərc etdi. Bu cavab yazımızda haqqında danışılan məqalədəki bəzi iddiaların məntiqi ziddiyyətləri və məqalədəki elmə zidd şərhlər ələ alınır.
Balinalar dənizdə yaşayan yer üzünün ən böyük canlılarıdır. Metabolizmləri, çoxalma, tənəffüs, görmə, eşitmə və qan dövranı sistemləri özlərinə məxsus olub digər suda yaşayan heyvanlardan tamamilə fərqlidirlər. Məhz bu fərqlər təkamül tərəfdarları üçün həmişə çox əhəmiyyətli çıxılmaz vəziyyət olmuş və bu səbəbdən digər dəniz canlıları ilə balinalar arasında qohumluq qura bilməmişdirlər.
Nəzəriyyələrinə görə dəniz məməliləri üçün quruda yaşayan əcdad tapmaq məcburiyyətində olan darvinistlər, bəzi məhdud oxşarlıqlardan yola çıxaraq “əcdad namizədləri” müəyyənləşdirir və mülahizələr yürüdürlər. Haqqında danışılan məqalədəki “əcdad” isə sığırlar olmuşdur.
Çox maraqlıdır ki, keçmişdə də Çarlz Darvin balinaların əcdadı kimi özünə görə çaylarda balıq ovlayan ayılara işarə etmişdir:
(Bax. http://www.harunyahya.org/tr/Makaleler/4918/national-geographicten-yeni-bir-balina)
“Bir qrup ayının təbii seleksiya ilə, yaşayış sahələrində getdikcə daha suya uyğun hala gəlməsi, getdikcə daha böyük ağız qazanmaları və bunun balina qədər böyük bir canlıya çevrilmiş olmalarında heç bir çətinlik görmürəm”.
(Charles Darwin, On the Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, səh. 184)
İndi haqqında danışılan məqalədəki xətalı məntiqlərdən bəzilərini cavablandıraq:
“Sığırlar və balinalar tarixdə bir yerdə bir-biri ilə qohum idilər. Bu proqnozu bizə verdirəcək genetik sübut var”.
Əvvəlcə bu iddianın heç bir elmi dəlili, məsələn, fosil qeydlərində qarşılığı yoxdur və bir yarım əsrdən çoxdur ki, davam edən dəlil axtarışı darvinistlər üçün nəticə verməmişdir. Fosillər sığır və balinaların guya “qohum” olduqları iddiasını dəstəkləmək bir yana bu iddianı təkzib edir. Elə buna görə, darvinistlər genetik oxşarlıqlara yönəlmiş və bəzilərindən yola çıxaraq bu sözdə qohumun “riyazi olaraq təsdiqləndiyini” irəli sürmüşlər ki, bu da son dərəcə yanlış və əsassızdır.
Bu cümlədə işlədilmiş olan məşhur təkamülçü taktikadakı qərəzli yanaşma da diqqət çəkicidir. Görülməli olan, “Bu proqnozu etdirəcək genetik sübut var” ifadəsi əvəzinə dəlillərin ortaya qoyulmasıdır. Ancaq bu iddia lehinə hər hansı konkret sübut təqdim etmir, bunun əvəzinə növləri bir-birinə oxşatdırmaq üçün fərziyyələr uydurulur.
Təbiidir ki, fərqli canlılara da aid olsalar, molekulyar səviyyədə müqayisədə hüceyrə daxilində oxşar metabolik hadisələr üçün oxşar zülallar istifadə edildiyini görərik. Bunları kodlayan genlər arasında isə az və ya çox fərq var ki, bu da əslində canlılarda son dərəcə əhəmiyyətli dəyişikliklərə yol açacaq vəziyyətdir, ancaq darvinistlər bunu əhəmiyyətsiz kimi göstərərək bilərəkdən istisna edirlər.
Təkamül qərəzi ilə yazılan formullar və təkamülü dəstəkləmə fikrindən yola çıxılaraq edilən riyazi hesablamalar, müəyyən genetik kodun hədəf genetik koda çevrilməsi üçün nə kimi dəyişikliklər olması, bu dəyişikliyin nə qədər müddətdə reallaşa biləcəyini hesablama məqsədlidir. Buna görə də, son min il də, ya da milyon il fasilələrində, başlanğıc DNT-ni meydana gətirən əsas cütlərinin azaldığı və ya artdığı fərz etməkdə və hədəf DNT koduna dəyişiklik üçün lazım olan müddət hesablanır.
Əlbəttə ki, bu üsulda hər hansı iki canlı növü arasında qohumluq əlaqəsi qurmaqda sərhəd, şəxsi “xəyal gücü” olur. Buna görə kompüter proqramı ilə donuz insulin geninin insan insulin geninə çevrilməsi üçün nə qədər mutasiyanın, neçə milyon il ərzində reallaşacağını xəyali olaraq hesablanır. Bu şəkildə təxmini “riyaziyyat” və “statistika” metodları istifadə edilərək aparılan hesablamalar əlbəttə ki, həqiqətlərdən və elmdən çox uzaqdır və ehtimallardan ibarətdir.
“Bu emalatxana çalışması, biologiya və təkamülü, statistika və riyaziyyat məlumatlarını istifadə edərək daha yaxşı başa düşməyi təmin etdi”.
Riyaziyyat və statistika elminin üsul və metodlarını istifadə etmiş olmaq darvinist iddialara elmi dəyər qatmaz. Belə cəhd yalnız təkamülçü fikirləri göz boyama taktikaları ilə təsdiqləməyə çalışmaq mənasına gəlir.
Darvinistlər etməli olduğu, iddialarını paleontologiya, mikrobiologiya, genetika kimi elm sahələri dəstəkləməkdir, fərziyyələrlə məşğul olmaq deyil. Ancaq paleontologiya elminin təkamül dəyişikliyi baş vermədiyini göstərməsi təkamülçülər üçün əhəmiyyətli deyil, biokimya sahəsində, tək bir proteinin belə təsadüfən əmələ gəlməsinin sübut edilmiş olması da yenə darvinist xəyallara maneə deyil. Çünki elmi dəlil olmadığı üçün artıq kompüter başında hesablamalarla yaradılan nağıllara önəm verilir.
Canlıların DNT-lərini qərəzli şəkildə oxşatmağa çalışmaq ideoloji cəhddən başqa bir şey deyil. Balinalar ilə bunların əcdadları olduğu irəli sürülən quru məmələri arasında suyun saxlanması, görmə və xəbərləşmə kimi əsas fizioloji xüsusiyyətlər baxımından böyük fərqlər vardır.
Darvinistlərdən gözlənən isə bu fərqlərdən irəli gələn elmi müəmmaları yenə elmlə izah etmək və iki canlı arasında var olduğu irəli sürülən keçidin dəlillərini təkamülün iddiaları əsasında ortaya qoymaqdır. (Daha təfərrüatlı məlumat üçün baxın. http://tr.harunyahya.net/new-scientistte-balinanin-evrimi-masali/#_ednref3) Ancaq bunu edə bilməzlər, çünki elmin hər budağı bütün canlıların bir anda qüsursuz olaraq ortaya çıxdıqlarını göstərir. 500 milyondan çox fosil canlıların dəyişmədən günümüzə qədər gəldiyini sübut edir.
Elm darvinizmi inkar edir, təmənnasız olaraq, elmi metodları istifadə edərək kainatı öyrənən hər bir kəs bu həqiqəti dərhal görür və yaradılışın dəlilləri ilə qarşılaşır.