Elə ki (risaləti təbliğ etməkdən və ya dünya işlərindən) azad oldun, qalx (dua et)! (Axirət üçün çalış-vuruş!) Və ancaq Rəbbinə yalvar!(İnşihar surəsi, 7-8)
Allah bu ayələrdə möminlərə dayanmadan Allahın razılığı üçün yaşamağı və cəhd etmələrini əmr etmişdir. Möminlər imanın verdiyi şövqlə ayənin hökm etdiyi kimi Allah yolunda bir işi bitirincə dərhal bir başqa iş üçün yorulub səy göstərməyə davam edirlər. Çünki möminlər üçün boş vaxt deyə bir anlayış yoxdur.
Mömin hər gün vaxtlı-vaxtında etdiyi ibadətlərdən əlavə, qalan vaxtını boş işlərə ayırmır. Allah iman edənləri həyatları boyunca həm öz nəfslərini tərbiyə etməklə, həm də inkarçıların əxlaqına qarşı fikri mübarizə aparmaqla vəzifələndirmişdir. Bunun üçün bir çox vəzifələr yerinə yetirməlidirlər. Bu ixlaslı səyin sərhədi yoxdur. Buna görə möminlər üçün bir işin bitməsi, başqa bir işin başlamasının zamanının gəldiyinin göstəricisidir.
Allah ayənin davamında müsəlmanları ancaq Ona rəğbət bəsləməyə çağırmışdır. Yalnız Allah’a rəğbət bəsləməsı, tək dost və köməkçisi olaraq Allah’ı görməsi, yalnız Onun razılığını hədəfləməsi və yalnız Allah’ın məmnuniyyətini qazanması əsasdır. Mömin üçün Allah’ın onu bəyənməsi, ondan məmnun olması tək məqsəddir. Bu görə də mömin bütün həyatını, Allah’ın təyin etdiyi meyarlara görə tənzimləyir, Onun əmr və qadağalarına görə hərəkət edir. Onun üçün digər insanların razılığı, məmnuniyyəti məqsəd deyil. Yalnız Allah ondan razı olsun, lazım olsa bütün dünyanı özünə qarşı əks cəbhədə görsə də, onun üçün fərq etməz. Əhəmiyyətli olan əsl dost olan Allah’ın ondan məmnun olmasıdır. Belə bir insan kimin nə düşündüyünün, kimin nə söylədiyinin, digər insanların onu necə qiymətləndirdiklərinin dərdini çəkməz. Yalnız Allah’ın razı olması və yalnız Allah’ın sevməsi onun üçün kifayətdir. Beləcə yalnız Rəbbimizə rəğbət bəsləmiş olar.