Ey iman gətirənlər! Allah qarşısında sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allah’dan qorxun. Allah etdiklərinizdən xəbərdardır! (Maidə surəsi, 8)
Allah ədalətlilərin ən xeyirlisidir. Onun nizamı bütün kainatı ehtiva etmişdir. O, ədalətini dünyada və axirətdə qullarına göstərəcək. Hər şeyi haqqı ilə görən, hər şeyin daxilini, xaricini bilən, hər şeydən xəbərdar olan Allah’ın bütün işləri hikmətli və ədalətlidir.
İnsanların həyatları boyu etdikləri bütün əməllər mütləq Allah’ın ədalətinə görə qiymətləndiriləcək. Allah Quranda zülm edənlərin zülmlərinin qarşılıqsız qalmayacağını, yaxşı bir sözün belə mükafatının veriləcəyini xəbər verir. Bütün bunların ədalətlə qiymətləndiriləcəyi yer axirətdir; Allah’ın sonsuz ədalətinin təcəlli edəcəyi yer...
Dünya həyatında inkarçıların peyğəmbərlərə və möminlərə yaratdıqları çətinliklər, atdıqlar ışərlər, etdikləri günahlar qarşılıqsız qalmayacaq. Möminlərin cənnətdəki dərəcələrini yüksəldən bütün bu çətinliklər, inkarçıların da cəhənnəmin ən alt təbəqələrinə düşmələrinə səbəb olacaq. Allah hesab günündə heç kimə haqsızlıq etməyəcək, dünyada onlara verdiyi vaxtın sonunda sonsuz ədalətinə uyğun olaraq hesabını görəcək. Şübhəsiz, Allah hər şeyi bilən və vədinə ən sadiq olandır. İnsanlar dünyada etdiklərinin qarşılığını axirətdə mütləq görəcəklər. Beləliklə, inkarçılar əməllərinin qarşılığını ən ağır şəkildə tapacaq, Allah’a imanlarında və bağlılıqlarında qərarlı olanlar isə etdiklərinin qarşılığını ən gözəli ilə Allah’dan alacaqlar.